SİYASƏT
OMBUDSMAN APARATINDA DƏYİRMİ MASA
Ombudsman aparatından AZƏRTAC-a bildirmişlər ki, yığıncaqda QHT-lərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələsi ətrafinda geniş fikir mübadiləsi aparılmışdır.
Ombudsman Elmira Süleymanova Azərbaycanda QHT sektorunun inkişafından, bu təşkilatlarin qeydiyyatının sadələşdirilməsindən, qeydiyyat müddətinin azaldılmasından danışmış, Ombudsman yanında fəaliyyət göstərən ekspertlər şurası tərəfindən bununla bağlı bir neçə təkliflərin hazırlandığını vurğulamışdır.
Görüşdə istirak edən nümayəndələr Milli Məclisdə müzakirə olunan müvafiq qanun layihəsinə münasibətlərini bildirmişlər.
Yekunda Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Avropa Surasına ekspertizaya göndərilmiş qanun layihəsinin payız sessiyasına çıxaracağını QHT-lərin qeydiyyatının sadələşdirilməsini və qeydiyyat zamanı minimum sənədlərin tələb olunmasını söyləmişdir.
Bildirmişdir ki, üçüncü oxunuşa təqdim olunan qanun layihəsinin təsdiqi zamanı dəyirmi masada söylənilən tövsiyyələr nəzərə alınacaq, ictimaiyyətin nümayəndələrinə öz fikirlərini bildirmək üçün şərait yaradılacaqdır.