SİYASƏT
OMBUDSMAN APARATINDA DƏYİRMİ MASA
Ombudsman aparatından bildirmişlər ki, yığıncaqda QHT-lərin qeydiyyatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Ombudsman Elmira Süleymanova Azərbaycanda QHT sektorunun inkişafından, bu təşkilatların qeydiyyatının sadələşdirilməsindən, qeydiyyat müddətinin azaldılmasından danışmış, Ombudsman yanında fəaliyyət göstərən ekspertlər şurası tərəfindən bununla bağlı bir neçə təklifin hazırlandığını vurğulamışdır.
Görüşdə iştirak edən nümayəndələr Milli Məclisdə müzakirə olunan müvafiq qanun layihəsinə münasibətlərini bildirmişlər.
Yekunda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov Avropa Şurasına ekspertizaya göndərilmiş qanun layihəsinin payız sessiyasına çıxarılacağını, QHT-lərin qeydiyyatının sadələşdirilməsinin və qeydiyyat zamanı minimum sənədlərin tələb olunmasının vacibliyini söyləmişdir.
Bildirmişdir ki, üçüncü oxunuşa təqdim olunan qanun layihəsinin təsdiqi zamanı dəyirmi masada söylənilən tövsiyələr nəzərə alınacaq, ictimaiyyətin nümayəndələrinə öz fikirlərini bildirmək üçün şərait yaradılacaqdır.