İQTİSADİYYAT
“Opera Mobile Store” əlavələr mağazasının auditoriyası 100 milyon istifadəçini ötmüşdür
Bakı, 30 yanvar (AZƏRTAC). “Opera Mobile Store” mobil əlavələr mağazasının aylıq aktiv istifadəçilərinin sayı 100 milyonu ötmüşdür.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumata görə, mağazada “Android”, “Java”, “BlackBerry”, “Symbian” və “iOS” əməliyyat sistemləri üçün 200 mindən çox əlavə vardır və “Opera Mobile Store” bu göstərici üzrə dünyada beşinci yeri tutmuşdur. Bu bazarın lideri “Apple App Store” əlavələr mağazasının kataloqunda bir milyondan çox “iOS” proqramı yer almışdır.
Ötən il “Opera Mobile Store”un aylıq istifadəçilərinin sayı 172 faiz artmışdır. Müqayisə üçün qeyd edək ki, “Apple App Store” mağazasında hələ ötən ilin iyununda 575 milyon istifadəçi qeydə alınmışdır.