Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Oqtay Əsədov: Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç vaxt bu qədər dərindən hiss edilməyib

Bakı, 15 sentyabr (AZƏRTAC). Avropa məkanına inteqrasiya, demokratik dəyərlərin inkişafı müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmizin nüfuzu beynəlxalq aləmdə durmadan artır. Dünyanın bir sıra nüfuzlu təşkilatlarının bərabərhüquqlu üzvü olan Azərbaycan mühüm beynəlxalq tədbirlərə intensiv şəkildə ev sahibliyi edir. Dövlətimizin başçısı Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesləri, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında beynəlxalq tribunadan məharətlə istifadə edir. Artıq Azərbaycan qlobal layihələrdə iştirakına və siyasi gedişlərinə görə çağdaş dünyanın önəmli üzvünə çevrilib. Dünyada mövcud olan ikili standartlar siyasətinə baxmayaraq artıq bu gün beynəlxalq aləm Azərbaycan reallıqlarını, torpaqlarımızın işğalı faktını etiraf etmək məcburiyyətindədir.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropada demokratiyaya və insan haqlarına qarşı təhlükənin yaranması məsələsi Norveçin paytaxtı Oslo şəhərində sentyabrın 10-dan 13-dək keçirilən Parlament Sədrlərinin Avropa Konfransında geniş müzakirə olunub.

Altmışa yaxın parlament rəhbərinin qatıldığı konfransda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edib. Nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər. Parlament Sədrlərinin Avropa Konfransında “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət - tarazlığın əldə olunması” mövzularında müzakirələr aparılıb.

Milli Məclisin sədri konfransda “Avropada demokratiya, suverenlik və təhlükəsizlik” mövzusunda çıxış edib.

Oqtay Əsədov deyib ki, toplantı üçün seçilmiş mövzu Avropanın bu günü və gələcəyi ilə bağlı olan mühüm məsələlərin böyük bir kompleksini müzakirə etməyə imkan yaradır. Davamlı inkişafın ümdə şərtləri olan üç ali dəyər - demokratiya, suverenlik və təhlükəsizlik bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birindən asılıdır. Suverenliyin və təhlükəsizliyin təmin edilməsi demokratik proseslərin genişlənməsinə və dərinləşməsinə şərait yaradır, yaxud əksinə, dövlətin idarə edilməsində demokratik prinsiplərin həyata keçirilməsinin keyfiyyəti suverenliyin və təhlükəsizliyin təmin edilməsi səviyyəsini müəyyən edir.

Ötən əsrin son rübündə Avropa ölkələrində demokratiyanın inkişafı yolunda qarşıya çıxan çətinliklər, əsasən daxili amillər - yəni ölkələrin özündə baş verən dəyişikliklər, xüsusən cəmiyyətin sosial strukturunun təkamülü, əhali təbəqələrinin sosial, iqtisadi, siyasi davranış standartlarının və motivlərinin yenilənməsi və digər amillərlə bağlı idi. Bugünkü demokratiyanın qarşılaşdığı problemlər terrorizm, beynəlxalq cinayətkarlıq kimi ekzogen xarakterli amillərin dövlətlərin daxili həyatına getdikcə artan təsiri, bəzi ölkələrdə isə bunlardan əlavə, həm də etnik separatizm, davakar millətçilik, xarici işğal, dövlət suverenliyinin pozulması ilə müəyyən olunur.

Müasir dövrün çağırışları demokratik idarəçilik problemlərinin ötən dövrdə təşəkkül tapmış paradiqma çərçivəsində həllinin mümkünlüyünü şübhə altına alır. Məsələ bundan ibarətdir: indiyə qədər olduğu kimi seyrçi mövqe tutaraq demokratik inkişaf üçün çətinliklərin üst-üstə yığılmasını və artmasını gözləyək, yoxsa demokratik dəyərlər sistemi üçün təhdidlər doğuran təhlükəsizlik problemlərinin, xüsusən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qəsdlərin, etnik separatizmin, davakar millətçiliyin qarşısının alınması üçün vahid yanaşma formalaşdırmağa cəhd göstərək?

Məsələnin məhz bu cür qoyuluşunu Azərbaycan dövlətinin nümayəndələri dəfələrlə müxtəlif forumlarda təklif ediblər. Bunun səbəbi hamınıza çox yaxşı məlumdur. İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal altındakı ərazilərdə, eləcə də Ermənistan ərazisində dəhşətli soyqırımı əməlləri ilə müşayiət olunan etnik təmizləmə aparılıb, 1 milyondan artıq azərbaycanlı yurd-yuvasından didərgin salınıb.

Milli Məclisin sədri deyib: “Bizim təkidli çağırışlarımızın kökündə həmişə bir fikir dayanıb: suverenliyə və təhlükəsizliyə qəsd demokratiyaya və qanunun aliliyinə qəsddir. Eyni zamanda, biz bu ideyanı avropalı həmkarlarımızın diqqətinə çatdırmaq istəmişik ki, üzv ölkələr arasında daha böyük vəhdətə nail olmaq məqsədinə can atan Avropa Şurasının üzvlərindən birinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə qəsd olunursa, bu, bütün birliyə, ümumi dəyərlərimizə qəsd kimi dəyərləndirilməlidir. Belə bir Şərq məsəlini xatırlatmaq istəyirəm: “Yağış yağanda tək bir insanın qapısına düşmür”.

Təəssüf ki, bütün bu illər boyu Avropanın siyasi gündəmi üçün digər məsələlər daha aktual hesab olunub. Deyə bilərəm ki, Avropa Şurasının digər bir üzvü tərəfindən silahlı təcavüzə məruz qalmış Azərbaycanın hüquq və ədalətə söykənən tələblərinə müvafiq qaydada reaksiya verilsəydi, Azərbaycanın təhlükəsizliyi Avropanın təhlükəsizliyi hesab olunsaydı, ikili standartlar kənara qoyulsaydı və hər şey öz adı ilə çağırılsaydı, yəni separatizm “xalqın öz müqəddəratını təyin etməsi”, terrorçuluq “milli-azadlıq mübarizəsi” adlandırılmasaydı, bəlkə də indi bu dərəcədə ciddi təhlükələrlə üz-üzə qalmazdıq.

Avropa böyük sınaqlar qarşısındadır. Bu gün biz artıq təhlükəsizliyin ayrı-ayrılıqda bu və ya digər aspektindən deyil, məsələn, ərzaq, informasiya və ya enerji təhlükəsizliyindən deyil, ümumi təhlükəsizlikdən, dövlətlərin suverenliyinə və fiziki bütövlüyünə olan təhlükələrdən danışmalı oluruq. Təbii ki, zamanın bu ciddi çağırışlarına yalnız birlikdə, bütün dövlətlərin birgə səyləri ilə adekvat cavab vermək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi tarix boyu heç vaxt bu qədər dərindən hiss edilməyib. Bölüşdüyümüz dəyərləri qorumaq üçün kollektiv məsuliyyət daşıdığımızı birmənalı dərk etməliyik.

Bu gün etnik separatizmə və davakar millətçiliyə, özgə torpaqlarının qəsb edilməsinə göz yumulmasının bütün Avropada suverenlik və demokratiya üçün nə dərəcədə təhlükəli olduğu hamılıqla qəbul edilməlidir. Avropa ölkələri bir daha birmənalı şəkildə bəyan etməlidirlər ki, xalqların öz müqəddəratını təyin etməsi yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Hesab edirəm ki, bir çox universal və regional sənədlərdə əksini tapmış bu müddəanın konvensial formada təsbit edilməsinə ehtiyac var. Bununla da bu məsələ ətrafında hər cür möhtəkirliyə son qoyulmuş olardı. Hamınız razılaşarsınız ki, müəyyən edilmiş və hamılıqla tanınmış dövlət ərazilərinin və sərhədlərinin özbaşına və qanunsuz pozulması cəhdlərinin qarşısı kollektiv səylərlə dərhal alınmalı, mənfi presedentlərin yaranmasına heç cür yol verilməməlidir.

Oqtay Əsədov deyib: “Azərbaycan parlamenti adından bəyan etmək istəyirəm ki, bu gün qitəmizin üzləşdiyi ağır problemlərin həlli və Avropada demokratiyanın, suverenliyin və təhlükəsizliyin etibarlı şəkildə qorunması üçün biz digər Avropa ölkələrinin parlamentləri ilə səylərimizi birləşdirməyə və birgə fəaliyyət göstərməyə hazırıq”.

Qeyd edək ki, Parlament Sədrlərinin Konfransının açılış mərasimi sentyabrın 11-də Norveçin qədim parlament binasında olub. Milli musiqi səsləndirildikdən sonra Avropa Şurasına üzv olan dövlətlərin parlament rəhbərlərini salamlayan Norveç parlamentinin (Stortinq) rəhbəri Olemik Tomesson belə bir tədbirin Norveçdə keçirilməsinin ölkə Konstitusiyasının 200 illik yubileyi ilə əlaqədar olduğunu diqqətə çatdırıb.

Konfransın açılış mərasimində çıxış edən Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör son dövrlərdə dünyada baş verən hadisələrdən danışıb.

AŞPA-nın baş katibi Torbörn Yaqland isə Avropa İttifaqının və Avropa Məhkəməsinin İnsan Haqları üzrə Avropa Konvensiyasına qoşulmasının vacibliyini qeyd edib.

Konfransda Utoya və Oslo faciəsinin ildönümündə ksenofobiya və milli ekstremizmə qarşı etiraz əlaməti olaraq 22 iyulun “Nifrətə qarşı” günü kimi qeyd olunmasına dair razılıq əldə olunub.

Sentyabrın 11-də Milli Məclisin sədri Oqtay Əsədov AŞPA-nın sədri Ann Brasörlə görüşüb. A.Brasör Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladıb. O, Oqtay Əsədovun konfransdakı çıxışını qeyd edərək bildirib ki, bu gün Avropa üçün təhlükə yaradan hadisələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir “katalizator” qismində çıxış edir. Bu fakt özü bugünkü Avropa üçün bir həyəcan təbili olmalıdır.

Görüşdə Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlərdən bəhs edilib, AŞPA sədrinin Azərbaycana gözlənilən səfəri müzakirə olunub.

Konfrans çərçivəsində Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek və İsrail Knessetinin sədri Yuli-Yoel Edelsteyn ilə də görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, ölkələrimiz arasındakı iqtisadi-siyasi münasibətlərdən söhbət açılıb. Onlar Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkələrinə dəvət ediblər. O.Əsədov parlamentlərarası əlaqələrdən, eləcə də beynəlxalq təşkilatlarda əməkdaşlıqdan razılığını bildirib. O, hazırda münasibətlərimizin inkişaf etdiyini vurğulayıb.

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin Norveçə səfəri sentyabrın 13-də başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub

Prokurorluq Astarada baş verən qəsdən adam öldürmə faktına görə cinayət işi başladıb

Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib

Qaxda baş verən qəzada bir ailənin üç üzvü ölüb - YENİLƏNİB VİDEO

Astarada güllələnmə olub, bir nəfər ölüb - YENİLƏNİB

Avro-2024: Almaniya-Danimarka matçı bərpa olunub - YENİLƏNİB

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin TƏQVİM PLANI

“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

AZƏRTAC-ın əməkdaşı dövlət qurumları arasında oxatma yarışının qalibi olub

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

FHN-in qüvvələri Hacıqabulda subasmaya məruz qalan ərazilərə cəlb olunublar VİDEO

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer edib

“Qarabağ” Abdullah Zubirlə müqaviləni uzadıb

“Neftçi” Monteneqro millisinin futbolçusunu transfer edib

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi finala vəsiqə qazanıb

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinə yekun vurulub

ƏƏSMN: Pensiyanın bir növündən digər növünə keçid də proaktiv qaydada həyata keçiriləcək

Gəncədə zəncirvari yol qəzası olub VİDEO

FHN: Torpaq sürüşməsi səbəbindən Qoydan kəndində təhlükə altında olan evlərin sakinləri köçürülür

Budapeşt Avropa İttifaqına sədrliyin qəbul edilməsi ərəfəsində yenidən Brüsseli tənqid edib

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə rəsmən start verib  YENİLƏNİB VİDEO

Belaruslu mütəxəssis: Bakıdakı festival Şahmat Olimpiadası üçün yaxşı sınaq olacaq

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb

Sahil zolağı tullantılardan təmizlənib

ICESCO Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edəcək

Növbəti hədəf - Qərbi Azərbaycana qayıdış

Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycan futzal millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılır - EKSKLÜZİV

Məzahir Pənahov: Afrika ölkələrindən əməkdaşlıqla bağlı təkliflər var

Marneulidə azərbaycanlı alimin “Müasir təlim texnologiyaları” kitabının təqdimatı keçirilib

Tbilisidən Azərbaycan sərhədinə qədər yeni beton yolun tikintisi bu ilin sonuna başa çatacaq

Qlobal iqlim dəyişmələri və yaratdığı problemlər - MƏQALƏ

BŞİH və RİİB əməkdaşları futbol oynadılar

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

Parlament seçkilərində seçkiqabağı təşviqat avqustun 9-da başlayacaq

Səmərqənddə İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu keçirilib

“Çelsi” növbəti transferini açıqlayıb

Deputatlığa namizədin qeydə alınması üçün zəruri seçki sənədlərinin təqdim edilməsi iyulun 13-dən başlayacaq

Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar

Bruno le Mer: Bir vaxtlar Yunanıstanda olduğu kimi, Fransa da Aİ-nin maliyyə nəzarəti altına düşə bilər

Qarabağdan süzülən “yaşıl işıq”

İctimai asayişin keşiyində gecə-gündüz fədakarlıqla dayanan Azərbaycan polisi hörmətə və ehtirama layiqdir

İsrail mediası: Azərbaycana turist axını artıb

Bakıda beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib VİDEO

THY aviaşirkəti il ərzində 900 pilot və 1000 bələdçini işə götürəcək

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Maliyyə vəsaitinin azaldılması Nigeriyanın şimal-şərqində kəskin aclıq riski yaradır

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

İsveçin səhiyyə sektorunda AI texnologiyası tətbiq olunur

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun günü” keçirilib

Xalq yazıçısı Elçinin Türkiyədə yeni kitabı çap olunub

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Avropa Kardioloqlar Cəmiyyəti Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Türkiyəli nazir: Türkiyənin himayədar ailə modeli Azərbaycanda da tətbiq edilir

“The Defense Post”: Azərbaycan “C-27J Spartan” hərbi-nəqliyyat təyyarəsi alıb

® “Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıb

Şamaxıda yük maşını yoldan çıxaraq dərəyə aşıb VİDEO

Azərbaycan ilə Monteneqro arasında sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb

Məktəblilərimiz Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycanla Macarıstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Cavid Hüseynov tanınmış mütəxəssisin köməkçisi təyin olunub

Qubada qanunsuz tikintinin qarşısı alınıb VİDEO

“Bağçada rahat yer” musiqili tamaşası III Bakı Piano Festivalının yaddaqalan hadisəsi olub

Bakıda qanunsuz saxlanılan tapança oğurlanıb VİDEO

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib

İranda prezident seçkiləri: Pezeşkiyan və Cəlili ikinci tura keçib

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqlayıb

Sabahın hava proqnozu açıqlanıb

UNEC “Məzun günü” keçirib: bu il universiteti 5300-ə yaxın tələbə bitirir

“Turan Tovuz” iki futbolçu ilə müqaviləni yeniləyib

İspaniya futbol tarixinin ən yaxşı müdafiəçisi bəlli olub

Keniyada etiraz aksiyaları zamanı azı 30 nəfər ölüb

Hesabat: Ötən il Fransada irqçilik halları 32 faiz artıb

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib

Macarıstan Etnoqrafiya Muzeyi dünyanın ən yaxşı ictimai binası elan edilib

Azərbaycan basketbol hakimlərinin bilik və bacarıqları artırılır

ABŞ kəşfiyyat peykini orbitə çıxarıb

“Egemen Qazaqstan” qəzeti: Azərbaycanda medianın sərbəst fəaliyyəti üçün bütün şərait yaradılıb

Polis işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün tədbirləri davam etdirir

İtaliyalı ekspert: Azərbaycan karbohidrogen istehsalçısı kimi dünya iqtisadiyyatında mühüm yer tutur - MÜSAHİBƏ

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib