Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan-Azərbaycan strateji qardaşlığı möhkəmlənir TƏHLİL

Özbəkistan-Azərbaycan strateji qardaşlığı möhkəmlənir  TƏHLİL

Bakı, 26 avqust, AZƏRTAC

Özbəkistan bu gün “Özbəkistan – 2030” strategiyası çərçivəsində kompleks islahatlar yolu ilə inamla irəliləyir. Bu genişmiqyaslı proqram əhalinin həyat keyfiyyətinin hərtərəfli yüksəldilməsi, milli iqtisadiyyatın möhkəmləndirilməsi, turizm potensialının artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlib. Strategiyanın uğurla həyata keçirilməsi artıq öz bəhrəsini verməklə, ölkənin həm regionda, həm də beynəlxalq aləmdə mövqelərini gücləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri Aktam Xaitov bildirib.

O qeyd edib ki, Özbəkistanda islahatların ən vacib istiqamətlərindən biri vətəndaşların rifahının artırılmasıdır. Təkcə 2024-cü ildə əhalinin real gəlirləri 6,3 faiz artıb, yoxsulluq səviyyəsi isə 2020-ci illə müqayisədə 17 faizdən 11 faizədək azalıb.

İqtisadi artım davamlı xarakter alıb. 2024-cü ilin yekunlarına görə, Özbəkistanın ümumi daxili məhsulu 6,1 faiz artaraq Mərkəzi Asiyanın ən yüksək göstəricilərindən biri olub. Rəsmi məlumatlara görə, 2024-cü ildə Özbəkistanın əsas kapitalına yönəldilmiş investisiyaların ümumi həcmi 38,36 milyard ABŞ dolları ekvivalentində olub. Bununla yanaşı, ötən il birbaşa xarici investisiyalar 53,6 faiz artaraq 11,9 milyard ABŞ dolları təşkil edib. İqtisadiyyatın real sektorunda 250 mindən çox yeni iş yeri yaradılıb.

Turizmin inkişafına xüsusi diqqət yetirilir. Belə ki, keçən il Özbəkistanı turizm məqsədilə 8,2 milyon xarici vətəndaş ziyarət edib, bu isə pandemiyadan sonrakı rekord göstəricidir. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Özbəkistana 6,6 milyon xarici turist səfər edib, yəni, 24,2 faiz artım qeydə alınıb. Həmçinin 2024-cü ildə ölkə vətəndaşları 22,7 milyon daxili turizm səfəri həyata keçiriblər.

2025-ci ilin əvvəlinə Özbəkistanda ümumi tutumu 161 min çarpayılıq 6,1 mindən çox yerləşmə müəssisəsi (otellər, hostellər və qonaq evləri) fəaliyyət göstərir. Ölkədə 2,5 mindən çox otel mövcuddur ki, onların da 18 faizi 4-5 ulduzlu obyektlərdir. Bütün bunlar müstəqil qiymətləndirmələrlə də təsdiqlənir. Ümumdünya Turizm Təşkilatına görə Özbəkistan Avrasiyada ən sürətlə inkişaf edən turizm sektoruna malik ölkələr siyahısına daxil olub.

Daxili islahatlar fonunda xarici siyasət vektorunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Aktam Xaitov deyib: “Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi Özbəkistanın praqmatizm və şəffaflığa əsaslanan yeni diplomatiyasının parlaq nümunələrindəndir. 2024-cü ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi tarixi maksimum səviyyəyə yüksəlməklə 250 milyon dollardan çox olub. Hökumətlərarası Birgə Komissiya yaradılıb, tekstil sənayesi, kimya və logistika sahələrində birgə layihələr həyata keçirilməkdədir. Azərbaycan biznesi Nəvai və Cizzak vilayətlərində investisiyalara böyük maraq göstərir.

Beləliklə, sürətlə dəyişən geosiyasi şərait və regional həmrəyliyə artan tələbat fonunda Özbəkistan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq daha möhkəm və məzmunlu xarakter alır. Dövlətlərimiz qarşılıqlı hörmət, praqmatizm və qardaşlıq həmrəyliyi əsasında əməkdaşlığın necə qurula biləcəyini nümayiş etdirir. Üstəlik, ölkələrimiz dayanıqlılıq, açıqlıq və sülhə yönəlmiş regional əməkdaşlığın nümunələrindən birinə çevrilirlər.

Bu ilin iyul ayının əvvəlində Bakıda keçirilən Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası iki ölkə münasibətlərinin inkişafında yeni mərhələ olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri qarşılıqlı etimad və strateji dəstəyin mühüm simvoludur.

Özbəkistanın dövlət başçısı xüsusi vurğulayıb ki, səfər və Şura iclası iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümündə keçirilir. Bu hadisə yalnız simvolik deyil, həm də dərin praktik məna daşıyır. Belə ki, Daşkənd ilə Bakı arasında siyasi, iqtisadi, humanitar və nəqliyyat əlaqələri görünməmiş məzmun alıb, ölkəmizin Prezidentinin qeyd etdiyi kimi, “münasibətlərimiz tarix boyunca heç vaxt bugünkü kimi yüksək səviyyədə olmamışdır”.

Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri xüsusi qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı və investisiya cəlbediciliyinin artırılması strategiyasını ardıcıl həyata keçirməklə Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əsas rol oynayıb: “Bu səylər sayəsində ölkə Avrasiyanın mühüm enerji və logistika mərkəzinə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursu əsas tərəfdaşlarla, o cümlədən Özbəkistanla daha yaxın münasibətlərə xidmət edir. Azərbaycanın iqtisadi uğurları Özbəkistanla enerji, nəqliyyat, kənd təsərrüfatı və ticarət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu əlaqələrin dərinləşməsi iki ölkənin iqtisadiyyatlarının vahid məkan daxilində inteqrasiyası üçün yeni imkanlar açır.

Birincisi, Özbəkistan ilə Azərbaycanı ortaq məqsədlər, baxışlar və istəklər birləşdirir. Xalqlarımız hər zaman qardaşlıq və etimad münasibətləri üçün əsas olan tarix, oxşar dəyərlər, dil və mədəniyyətlə bir-birinə bağlıdır. Bununla əlaqədar olaraq mənim üçün prinsipial əhəmiyyət daşıyan bir məqamı ayrıca vurğulamaq istərdim. Azərbaycanda yüksək səviyyədə təşkil olunmuş beynəlxalq tədbirlərdə iştirakım sayəsində mənə iki dəfə işğaldan azad edilmiş ərazilərə səfər etmək nəsib olub. Qədim və simvolik Şuşa şəhərinə səfər mənim üçün yaddaqalan hadisə idi. Azərbaycan xalqı üçün dərin tarixi, mədəni və mənəvi əhəmiyyətə malik Şuşa bu gün yenidən mədəniyyət və dirçəliş mərkəzi statusunu bərpa edir. Mən də öz növbəmdə fürsətdən istifadə edərək Azərbaycan xalqının Qələbə sevincinə qoşulur, partiyamız adından Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən böyük Zəfəri tarixi ədalətin təntənəsi kimi qiymətləndirirəm. Mən şəxsən yerindəcə əmin oldum ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan keçmiş münaqişə bölgəsi də daxil olmaqla, regionda mehriban qonşuluq, əməkdaşlıq və tərəqqi mühiti yaratmağa çalışır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin və infrastruktur layihələrinin icra sürətini yüksək qiymətləndirməklə xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın ortaya qoyduğu nümunə yaradıcı yanaşma və milli birlik modelidir.

İkincisi, qarşılıqlı siyasi etimad mütəmadi dövlətlərarası əlaqələrlə möhkəmlənir. Son aylarda Xivədə ilk Parlamentlərarası Forum, Əndicanda 60-dan çox sazişin imzalanması ilə nəticələnən Rektorlar Forumu, eləcə də Bakıda Hökumətlərarası Komissiyanın iclası və Regionlar Forumu baş tutub. Bütün bunlar tərəfdaşlıq proseslərinə mərkəzi hakimiyyətdən regionlara və universitetlərə qədər ən müxtəlif səviyyələrdə cəlb olunmanın göstəricisidir.

Üçüncüsü, iqtisadi gündəm Ali Dövlətlərarası Şuranın ikinci iclasının əsas mövzusu olub. Təsadüfi deyil ki, 2025-ci il iki ölkə arasında İqtisadi Əməkdaşlıq İli elan edilib.

Hazırda Azərbaycan və Özbəkistanda təxminən 300 birgə müəssisə fəaliyyət göstərir. Birgə investisiya layihələrinin portfeli 4 milyard dollara çatıb və bu, yalnız başlanğıcdır. Yaxın illərdə ticarət və investisiya həcmlərinin illik 1 milyard dollara çatdırılması planlaşdırılır.

Sözügedən iclasda sənaye, infrastruktur, kənd təsərrüfatı, turizm, səhiyyə və maliyyə sahələrində layihələri əhatə edən xüsusi Əməkdaşlıq Proqramı təqdim edilib. Eyni zamanda, birgə investisiya şirkətinin fəaliyyətinin fəallaşdırılması, Sahibkarlar Şurasının yaradılması, Sənaye və İqtisadi Zonalar Forumunun təşkili təşəbbüsləri dəstəklənib. Bu, tərəflərin yalnız ənənəvi ticarətə deyil, əlavə dəyər zəncirlərinin, yüksək texnologiyalı sektorların və dayanıqlı inkişafın kompleks şəkildə inkişafına sadiqliyini göstərir”.

Aktam Xaitovun sözlərinə görə, imzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında 2025-2027-ci illər üzrə sənaye əməkdaşlığı Proqramı”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Özbəkistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2025-2027-ci illər üçün kənd təsərrüfatı və ərzaq təminatı sahəsində əməkdaşlığın gələcək inkişafı üzrə Praktiki Fəaliyyət Planı (“Yol xəritəsi”)” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə kompleks tədbirlərin və layihələrin formalaşdırılması və həyata keçirilməsinin təmin edilməsi üzrə Fəaliyyət Planı” mühüm əhəmiyyət kəsb edir.

“Görüşün ən önəmli nailiyyətlərindən biri Özbəkistanın Avropaya “yaşıl” elektrik enerjisinin ixracı üzrə birgə layihənin icrasının sürətləndirilməsinə dair razılaşma olub. Bu layihə Mərkəzi Asiya və Cənubi Qafqazda “yaşıl keçid” strategiyasının daha geniş hissəsi ola, perspektivdə regionun enerji müstəqilliyini və ekoloji təhlükəsizliyini gücləndirə bilər.

Digər önəmli məqam Trans-Xəzər Nəqliyyat Dəhlizində (Orta Dəhliz) nəqliyyat əlaqələrinin inkişafıdır. 2025-ci ilin əvvəlindən başlayaraq Özbəkistan və Azərbaycan yükdaşımalara “e-Permit” elektron icazə sistemi tətbiq edib, bunun nəticəsində illik daşımaların həcmi 1 milyon tonu keçib. Orta Dəhliz inkişaf etdikcə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən strateji arteriyaya çevrilir. Gələcəkdə bu marşrut geosiyasi cəhətdən qeyri-sabit ərazilərdən yan keçməklə Şərqlə Qərb arasında logistikanın əsas elementinə çevrilə bilər.

Bundan başqa, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu”nun imzalanması da Xəzər dənizində dəniz logistikasının genişləndirilməsi üçün yeni imkanlar açır.

Humanitar sahədə imzalanan sənədlər isə göstərir ki, Daşkənd və Bakı arasındakı strateji tərəfdaşlıq yalnız praqmatik maraqları deyil, həm də dayanıqlı və inklüziv inkişaf məsələlərini əhatə edir. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyi arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası ilə bağlı 2025-2027-ci illər üzrə Tədbirlər Planı” da imzalanıb.

Bütün bunlar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə iki ölkənin səyləri kontekstində xüsusilə vacibdir. Belə olan halda biz ekoloji problemlər, təhsil, sosial dəstəyin də diqqət mərkəzində olduğu sosial siyasətdə regional liderlik nümunəsini görürük”, - deyə A.Xaitov vurğulayıb.

O, ölkələrimiz arasında mədəni əlaqələrin də gücləndiyini qeyd edərək bildirib: “Belə ki, Azərbaycanın “Şirvan” sazçı folklor qrupunun Xivədə keçirilən IV Beynəlxalq Baxşı Sənəti Festivalında “Qran-Pri” mükafatını qazanması əlamətdar hadisədir. 2025-ci ildə gənclər və mədəniyyət mübadiləsi sahəsində bir sıra birgə tədbirlər də həyata keçirilir.

Bakıda “Özbəkistan” parkının tikintisinə başlanması və Özbəkistan səfirliyinin yeni binasının açılışı mühüm rəmzi addımlardır. Buna cavab olaraq Özbəkistanda “Azərbaycan” parkının və “Sea Breeze” turizm kompleksinin tikintisinə hazırlıq gedir. Bu təşəbbüslər mədəni və diplomatik dəyərə malikdir, qardaş xalqa hörməti və iki xalqın mənəvi yaxınlığını möhkəmləndirmək istəyini nümayiş etdirir.

Beynəlxalq və regional gündəmdə ölkələrin liderləri həmrəyliyi və beynəlxalq platformalarda bir-birinə dəstəyi gücləndirmək niyyətlərini təsdiqləmişlər. Özbəkistan ardıcıl olaraq bütün münaqişələrin və mübahisəli məsələlərin yalnız sülh yolu ilə, diplomatiya əsasında həllinə tərəfdardır. Azərbaycanın bu yanaşmanı dəstəkləməsi iki ölkənin beynəlxalq təşkilatlarda ortaq səsini gücləndirir”.

A.Xaitovun sözlərinə görə, müasir dünyada təkcə dövlətlərarası deyil, həm də partiyalararası münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi bir dövrdə Özbəkistan və Azərbaycan yetkin, strateji cəhətdən düşünülmüş qardaşlıq münasibətlərinin nümunəsini nümayiş etdirirlər: “Bu kontekstdə xüsusi olaraq vurğulamaq istərdik ki, 2022-ci ilin noyabr ayında Prezident İlham Əliyevin partiyamızın nümayəndə heyətini qəbul etməsi yüksək dərəcədə rəmzi məna daşıyan bir hadisə idi. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin bu diqqəti UzLiDeP tarixində ən yaddaqalan səhifələrdən biri kimi həkk olunub.

Şəxsən mənim üçün bu qəbul iki dost ölkə arasında yüksək etimad və qarşılıqlı anlaşmanın növbəti parlaq təsdiqi, həmçinin Azərbaycan tərəfinin Özbəkistanla tərəfdaşlığın inkişafına xüsusi diqqət yetirməsinin sübutu oldu. Azərbaycan dövlətinin lideri Yeni Azərbaycan Partiyası ilə UzLiDeP arasında qarşılıqlı fəaliyyətin yüksək səmərəliliyini vurğulayaraq, qarşılıqlı səfərlərin davam etdirilməsi, dialoqun dərinləşdirilməsi, əməkdaşlıq platformalarının genişləndirilməsi və siyasi əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etdi.

İki ölkə liderlərinin siyasi iradəsinin bariz nəticəsi 2024-cü ildə Azərbaycanda böyük bir sənədin - Yeni Azərbaycan Partiyası ilə Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumunun imzalanması oldu. Bu sənədin imzalanması əldə olunmuş razılaşmaları möhkəmləndirməklə yanaşı, bərabərlik, qarşılıqlı dəstək və ortaq hədəflərə əsaslanan partiyalararası əməkdaşlığın yeni mərhələsinə start verdi. Bu sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin müddəalarının həyata keçirilməsinin bir nümunəsinə çevrildi.

Bu gün sözügedən memorandum çərçivəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərləri uğurla həyata keçirilir, təşkilati-ideoloji xarakterli aktual məsələlər ətrafında partiyalararası müzakirələr, partiya quruculuğu və seçicilərlə iş sahəsində qabaqcıl təcrübə mübadiləsi aparılır.

Beləliklə, YAP ilə UzLiDeP arasında partiyalararası əlaqələr Azərbaycan-Özbəkistan strateji dialoqunun dərinləşməsi üçün mühüm mexanizmə çevrilir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə xidmət edir, bütövlükdə, regional sabitlik, inkişaf və tərəqqiyə dəyərli töhfə verir.

Bu, açıq şəkildə göstərir ki, ölkə daxilində aparılan islahatlar onun beynəlxalq nüfuzu ilə birbaşa bağlıdır. Partiyalarımız institutları inkişaf etdirməklə, iqtisadiyyatı gücləndirməklə və humanitar əlaqələri genişləndirməklə nəinki daxili problemləri həll edir, həm də mehriban qonşuluq və regional sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verirlər. Bu baxımdan, imzalanmış Memorandum, sadəcə, bir sənəd deyil, həm də Özbəkistan ilə Azərbaycan arasında strateji əlaqələr fonunda praktik bir yol nümunəsinə çevrilib, öz səmərəliliyini və həyati əhəmiyyətini nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır

ABŞ İsraildəki bazalara 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib

Maks Verstappen Meksika Qran-Prisinin qalibi olub

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO

AZƏRTAC-ın xüsusi müxbiri “24news” internet televiziyasında Azərbaycan-Gürcüstan əlaqələrindən danışıb

Qazaxıstanda dünya çempionatının son günü: Azərbaycan güləşçilərinin nəticələri

“Makron diktaturası” müzakirələri: Tənqidçilər ölkədə avtoritar meyillərin gücləndiyini bildirirlər

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub

Frantişkovı Laznedə tarixi kurort binasının döşəməsində akvarium quraşdırılıb

Fransada etirazlar Makron hakimiyyətinə qarşı siyasi qarşıdurmanı dərinləşdirir: müxalifət prezidentdən məsuliyyət tələb edir

Bu saata olan əsas xəbərlər

Xetaq Qazyumov: Dünya çempionatındakı nəticəyə görə məsuliyyəti öz üzərimə götürürəm

Geridə qalan həftə Gürcüstanın həyatında nələr baş verib?

Lənkəran Dövlət Dram Teatrında “Nəfəsim Vətən” tamaşasının premyerası olub

Premyer Liqa: “Neftçi” və “Kəpəz”dən qələbə

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

Moskvada Tsaritsino parkında terror aktı törətməklə hədələyən yeniyetmə saxlanılıb

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Fransada demokratiya və insan hüquqları nə dərəcədə qorunur? VİDEO

Ali Tsokayev: Bürünc medal qazanmaqdan daha çox qızılı əldən verməyimi düşünürəm

Azərbaycanın özəl sektorunun təmsilçiləri İstanbulda COMCEC çərçivəsində sammitdə iştirak edirlər

ABŞ-də futbol matçından sonra silahlı hücum: bir nəfər ölüb, 8 nəfər yaralanıb

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

OPEC+ ölkələri hasilat səviyyəsinin saxlanılması barədə qərar qəbul ediblər

Azərbaycan güləşçisi İslam Bazarqanov dünya çempionatını beşinci pillədə başa vurub

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medalı əldən verib

Avropadakı sosial böhran fonunda Almaniyada gənclərin etirazı:“Gen Z regelt” aksiyaları nədən xəbər verir?

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Başqalarına demokratiya dərsi keçən Avropada nələr baş verir? VİDEO

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq YENİLƏNİB

Kimya İnstitutu NASCO29-da təmsil olunub

Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Media: Fransada toqquşmalarda 60 nümayişçi və onlarla polis yaralanıb

Bakıda “Baku Women’s Cancer Forum” beynəlxalq elmi forumu keçirilib

Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib

Avropada dərinləşən böhran - TƏHLİL

Türkiyədə 19 yeni vilayətin yaradılması təklif olunur

Media və Yayım Şurası bəyanat yayıb

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

Azərbaycanlı professor Türkiyə universitetinin rektorluğuna namizədliyini irəli sürüb

Şervin Nəcəfpur: Norveçi Odlar diyarı, Azərbaycanı isə vikinqlərin ölkəsi ilə tanış etmək istəyirəm MÜSAHİBƏ

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda yanğın və xilasetmə üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi

Salyanda qəza zamanı yük maşını iki yerə ayrılıb, ölənlər var - FOTO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 1 noyabr

Prezident: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

Anna Yusubova: “Qələbə qaçışı” xalqımızın ruhunu yüksəldir

“Qələbə qaçışı”nın qalibi: Bu tədbir bizim üçün xüsusi məna daşıyır

Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib

Azərbaycançılıq ideyası xalqımızı birləşdirən ən mühüm milli dəyərdir - ŞƏRH

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Böyük Qayıdışın növbəti ünvanlarından biri Eyvazxanbəyli kəndi olacaq VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Bakıda VI “Qələbə qaçışı”na start verilib VİDEO

Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu gün Kənd Təsərrüfatı İşçiləri Günüdür: Uğurlar, çağırışlar və gələcəyə baxış

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Paytaxtın Nizami rayonunda yanğın olub VİDEO

Azərbaycan Premyer Liqası: “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edəcək

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Bakıdan Tbilisiyə ilk əlavə reys 100 faiz doluluqla yola düşüb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Şəkidə minik avtomobili dərəyə aşıb: 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO

Ebola virusu yayılan ölkələrin sayı artır

Tramp: ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır

Almaniyadakı kütləvi aksiyaların iqtisadi və siyasi səbəbləri var – TƏHLİL

Möhsün Rzayi: İran ABŞ-yə inanmır

Albaniyada polislərlə etirazçılar arasında yenidən toqquşmalar olub

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB VİDEO

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub