DÜNYA
ÖZBƏKİSTANIN XARİCİ İŞLƏR NAZİRLİYİ QIRĞIZISTANIN CƏNUBUNDA BAŞ VERƏN HADİSƏLƏRLƏ ƏLAQƏDAR BƏYANAT YAYMIŞDIR
Daşkənd 13 iyun (AZƏRTAC). Özbəkistanın Xarici İşlər Nazirliyi Qırğızıstanın cənubunda baş verən hadisələrlə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda deyilir: “Özbəkistan ictimaiyyəti və xalqı son günlər Qırğızıstanın cənubundakı Oş şəhərində baş verən hadisələri böyük narahatçılıq və həyəcanla qarşılayır. Oş şəhərinin küçələrində cinayətkar qrupların törətdiyi qətllər, zorakılıq və talanlar, yanğın və qarətlər bütün dünya ictimaiyyətinin qəzəbinə səbəb olmuşdur”.
Sənəddə qeyd edilir ki, Oşda baş verənlər Qırğızıstanda yaşayan millətlərin və xalqların nümayəndələri arasında tarixin sınağından çıxmış çoxəsrlik dostluq münasibətlərinə tamamilə ziddir.
Bəyanatda, həmçinin qırğız xalqının və onun sağlam qüvvələrinin cinayətkar dəstələrin azğınlığına son qoymaq üçün kifayət qədər həyat təcrübəsinə malik olduğu bildirilir və bu qüvvələrin ölkədə vəziyyətin sabitləşməsi, xalqlarının dinc və firavan həyatının təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə əminlik ifadə olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [13:25]
Estoniya Rusiya ilə sərhəddə monitorinq məntəqələri tikməyə başlayıb
- 03.06.2024 [13:14]
ÜST pandemiya sazişi üzrə danışıqları daha bir il uzadıb
- 03.06.2024 [12:36]
Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub
- 03.06.2024 [12:35]
Türkiyənin XİN rəhbəri Çində səfərdədir
- 03.06.2024 [12:25]
Kəşf olunmamış Anadolu: Frigiya – qaya sakinlərinin sivilizasiyası
- 03.06.2024 [12:04]
Polşada səfərbərliklə bağlı xəbərlərin kiber-hücum olduğu təsdiqlənib
- 03.06.2024 [11:55]