Azərbaycan Dövlət İnformasiya Agentliyi

Papaqçının papaq söhbəti-REPORTAJ

Təcrübəli usta Saleh İbrahimov: Papaq qoymuram...

Bakı, 21 dekabr, AZƏRTAC

Papaq keçmişimizin əmanəti, babalarımızın yadigarıdır. Bəs bu gün necə, onu başına qoyan varmı?

Bakının Balaxanı qəsəbəsində təcrübəli papaqçı Saleh İbrahimovla görüşməyə elə bununçün getdik.

Saleh kişi nə az, nə çox, düz 60 il əvvəl əlinə qayçı, iynə-sap götürüb. Ona bu işdə ilk xeyir-duanı böyük qardaşı Əsgər verib. Elə sənəti də ondan öyrənib.

“Rəhmətlik qardaşım çox gözəl sənətkar idi, hər cür müştərini razı salmağı bacarırdı. Ondan bir dəfə də narazı gedən müştəri görməmişdim. Elə bu sənətdə səbir, hövsələ, həssaslıqdan başqa birdə sifarişçilərlə dil tapmağı bacarmaq da mühüm məsələdir”, -deyə o, AZƏRTAC-ın müxbirinə söhbət açıb.

“Papağı qoymaq qaydası var. Onun əsl yeri qaşdan iki barmaq yuxarıdır. İntəhası, hər yerin öz adəti və tərzi var: yanakı qoyanı var, arxasını qaldıranı, gözünün üstə basanı var... İndi kimə nə demək olur ki?”

Divardakı asılqanda çoxlu papaqlar var, hətta müxtəlif rənglərdə olanı da. O, marağımızı görüb deyir: “İndi bəzi xanımlar arasında papaq qoymaq dəbə düşüb. Müxtəlif rənglərdə olan papaqların çoxunu xanımlar sifariş verib”.

Papaqçı indi material tapmağın çətinliyindən və xammalın bahalığından gileylənir. Ən çox astar kimi istifadə olunan cod kətan materialın qıtlığından əziyyət çəkdiklərini deyir.

Dərzi stolunun üstündə bir neçə gümüşü, qara, şabalıdı, tünd şabalıdı rəngdə qaragül quzu dəriləri var. Onun dediyinə görə, qədimi papaqlar Əfqanıstandan və Türkmənistandan gətirilən həmin dəridən tikilir. Suiti dərisindən tikilən norka papaq da var, ancaq bir papaq üçün lazım olan həmin dəri 500 manata satılır.

Baş geyimi ustası buxardan çıxardığı papağın kənarlarını əlindəki çəkiclə döyəcləyərək deyib: “Sifarişdən asılı olaraq hər cür papaq tikmişəm: milli papaq, hacı papağı, yarma papaq, Buxara papağı, süleymani papaq, çərkəzi papaq. Hacı papağını iki cür tikirik: birinin kənarlarında xətt olur, o birində yox. Xətlə olan papağı əsasən yaşlılar, ağsaqqallar, xətsiz olanı cavanlar qoyur. Hacı papağını əsasən ruhanilər, mömin adamlar xoşlayır. Tülkü və dovşan dərisindən rus papağı tikilir, kənarları tüklü olur, ortası dərinin tərs üzündən hazırlanır. Biz onu tikmirik, heç indi onu başına qoyan da yoxdur. Gürcü papağının arxası hündür, qabağı yastı olur. Ayrı-ayrı məşhur adamların adı ilə tanınan papaqlar var. Məsələn, stalinka, de qoll papağı. Yaxud moskvalıların qoyduğu papaq “moskviçka” adlanır. İndi təkdənbir buxara papağı da qoyanlara rast gəlirik. Onu ancaq saz aşıqları və rəqqaslar qoyur. Həmin papaqların hündürlüyü 15-16, bəzən 18 santimetr olur ”.

Onun dediyinə görə, qədimi buxara papaq kişiyə sanki əzəmət və yaraşıq bəxş edir. Təəssüf ki, indi onu sifariş verənlər çox azdır. Son illər əsasən yun və pambıq parçadan Bakı papağı deyilən baş geyimi daha çox yayılıb. Xüsusilə “xuliqanka” adlanan papaqlar indi dəb düşüb. Onun da ortasının səkkizguşəli tikilməsini sifariş verirlər. Papaqçı geyim vasitəsinin hazırlanma prosesi barədə danışarkən deyib: “Əvvəlcə ölçü götürülür, qaba kətan kəsilir, parça biçilib tikilir, qəlibə qoyulur, buxara veriləndən sonra artıq onu geyinmək olar. Diametri böyük olan papaqlar var ki, -el arasında onu “aerodrom” adlandırırlar - 3 saata hazırlamaq olur. Amma deyək ki, qədimi papaqların hazırlanması üçün üç-dörd gün vaxt lazım olur, çünki o əl işidir, tikilib hazırlanması üçün daha çox zəhmət çəkilir. Bu heç də kənardan göründüyü kimi, rahat və asan iş deyil. Papaq tikmək geniş səbir, həssaslıq və diqqət tələb edən işdir. Bir də görürsən iynə adamın əlinə elə batır ki, yeri bir müddət zoq-zoq zoqquldayır”.

Onun işlədiyi sex əvvəllər paytaxtın Sabunçu qəsəbəsində fəaliyyət göstərib. Üç il əvvəl "Bakı Abadlıq Xidməti" MMC tərəfindən Balaxanı qəsəbəsində aparılan yenidənqurma işlərindən sonra sex indi yeni ünvana köçüb. ”Bu sexə kimlər gəlməyib? Prezident, məmurlar, dövlət adamları... Nazirlərdən, deputatlardan da papaq alanlar olub. Mərhum deputat Qənirə Paşayeva da bir neçə dəfə gəlib, dörd-beş papaq almışdı. Ən çox bizim müsafirlərimiz xarici qonaqlar və turistlər olur, onlar milli papaq nümunələri ilə maraqlanırlar”.

Dərzi papağı necə qorumaq barədə də öz tövsiyəsini verib: “Çit torbanın içinə naftalin, yovşan və ya tütün atıb papağı onun içinə qoymaq, sonra ağzını möhkəm bağlayıb asmaq lazımdır. Onda papaq korlanmaz və xarab olmaz. Geyilməyən, istifadə edilməyən papağı mütləq asmaq lazımdır. Dəri papaq qara-yağışa düşəndə onu qətiyyən sobanın yanına qoyub qurutmaq olmaz. Yaxşı olar ki, bir-iki dəfə onun suyunu çırpıb özünün qurumağını gözləyəsən”.

“Saleh kişi, bəs özün papaq qoyursanmı?” deyə ağsaqqal papaq ustasından soruşduq. “Qoymaq istəyirəm, alınmır. Neçə dəfə başıma papaq qoymuşam, rastıma çıxan dost-tanış deyib ki, o papağı ver mənə. Başıma papaq qoyub küçəyə ayaq basan kimi ona müştəri çıxan olub. Ona görə papaq qoymuram, özüm də papaqsız gəzirəm...”

“İndi cavanlar bu sənətə gəlmir, onu öyrənmək istəmirlər. İndiyədək bir neçə nəfərə bu sənəti öyrətmişəm, ancaq heç biri qalıb işləmir, başqa peşənin dalınca gedirlər”, - deyə Saleh İbrahimov təəssüflənir. Təcrübəli papaqçının peşənin sirlərini öyrətdiklərindən biri də oğlu 29 yaşlı Rəhimdir. Onun haqqında isə belə dedi: “Maşallah olsun, Rəhim ata-baba sənətini çox yaxşı öyrənib, yaxşı da sənətkardır. Peşəyə də həvəsi var”.

Deməli, papaq da var, papaq altda oğlanlar da...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib