Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Paris Şəhər Şurasının COP29-u boykot etmək barədə qərarı gülməli və cılız görünür ŞƏRH

Paris Şəhər Şurasının COP29-u boykot etmək barədə qərarı gülməli və cılız görünür  ŞƏRH

Bakı, 25 may, AZƏRTAC

Paris Şəhər Şurasının Azərbaycanın COP29-a ev sahibliyini boykot etmək barədə qərarı gülməli və bir o qədər də cılız görünür. Bu məsələyə etinasızlıq edərək, heç reaksiya verməmək də olardı. Lakin digər tərəfdən məsələyə daha qlobal yanaşsaq və son dövrlər Fransanın davranışlarını nəzərə alsaq, görməməzlikdən gəlmək düzgün olmazdı. Fransa Azərbaycanın apardığı xarici siyasətə sayğı göstərməyə bilər, hətta beynəlxalq hüquqa, beynəlxalq münasibətlərlə bağlı etiketə, dövlətlərarası davranış qaydalarına da hörmətsizlik edə bilər, amma ən azı özünə, öz tarixinə, dövlətçilik ənənələrinə hörmət etməlidir. Axı Fransanın da daxil olduğu Avropanın müxtəlif təsisatları, bütövlükdə Qərb dünyada demokratiyanın, insan haqlarının, ədalətin və bir sıra mütərəqqi dəyərlərin daşıyıcısı, müdafiəçisi qismində çıxış edir, dünyanın mədəni, qabaqcıl kəsimini təmsil edirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli söyləyib.

O qeyd edib ki, Fransa, ilk növbədə, onun tərəfdaşlarının qınaq hədəfi olmalı, onun bu isteriyadan, hikkədən əl çəkməsi, cılız, primitiv ambisiyaları naminə böyük ideyaları, hər kəs tərəfindən qəbul edilmiş normaları, elementar mənəvi, etik qaydaları tapdalamasına yol verməməsi üçün tədbirlər görməlidirlər.

“Sirr deyil ki, şanlı Qarabağ Zəfərindən, xüsusilə də antiterror tədbirlərindən sonra Fransa Azərbaycana qarşı “cəbhə” açıb. Əlbəttə ki, bunun görünməyən səbəbləri var. Bu, tamam başqa söhbətin mövzusudur. Amma, görünən odur ki, bu illər ərzində Fransanın Azərbaycan əleyhinə atmadığı addımlar, etmədiyi bəd əməllər qalmadı. Ən pisi də odur ki, Azərbaycanın göstərdiyi dözümə, təvazökarlığa, alicənablığa, etdiyi xoşməramlı jestlərə rəğmən bədxah niyyətlərindən əl çəkmək də istəmir, iftira və böhtanları bütün əndazələri aşır. Otuz illik işğalı, Xocalı soyqırımını, yüz minlərlə qaçqını, xaraba qalmış şəhərləri, kəndləri görməzlikdən gələn, torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyü uğrunda apardığı haqlı mübarizəyə qısqanclıqla yanaşaraq, Azərbaycana qarşı çirkin iftiralar, Kalendoniyada baş verən hadisələrə görə sərsəm ittihamlar irəli sürən Fransa siyasətçilərinin şüvənliyinin, həyasızlığının hüdudu yox kimi görünür. Axı bu isteriyanın səbəbi nədir? Fransa niyə bu qədər hikkəli, bu qədər qərəzlidir? Nədir onu narahat edən? Azərbaycan əleyhinə etdiyi hərəkətlər hər dəfə uğursuzluqla nəticələndikdə, qurduğu tələlər boşa çıxdıqda, daha da hiddətlənir, bütün mümkün fürsətlərdən, kürsülərdən Azərbaycana qarşı istifadə etməyə çalışır”, - deyə Əhməd Abbasbəyli bildirib.

Fransanın bəzi siyasi mahiyyət daşıyan məsələlərdə öz dövlət maraqlarına uyğun Ermənistana sonsuz məhəbbətindən, təəssübündən çıxış edərək Azərbaycana qarşı qərəzli yanaşdığını, iftira və böhtan kampaniyası təşkil etdiyini vurğulayan siyasi şərhçi əlavə edib: “Bəs COP29-la bağlı məsələyə göstərilən münasibətə nə deyək? Bu paxıllığın səbəbi nədir? Axı bu, bütün dünyanı narahat edən problemin həllinə yönəlik məsələdir. Azərbaycan əleyhinə qərara səs verən Paris Şəhər Şurası üzvləri və ümumiyyətlə, Fransanın siyasi elitasında Azərbaycanın düşmənlərinin əxlaqı və mənəvi keyfiyyətləri bir yana, savadsız olduqlarını söyləmək, yəqin ki, düzgün olmaz. Onlar anlamırlar ki, birincisi, bu qərarı kimsə, ayrıca bir dövlət, qrup və sair qəbul etməyib. Bu nə Fransanın iradəsi çərçivəsində, nə də yalnız Azərbaycanın və onun tərəfdarlarının seçimi deyil. Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib və bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. İnanmıram ki, Azərbaycanı sancmaq istəyən məlum qurumun üzvləri bu məsələdən xəbərdar olmasınlar. Əgər belədirsə, onda bu nə “meydan oxumaqdır”, bu nə demarşdır? Yüzlərlə dövlətlərin qəbul etdiyi mötəbər qərara açıq-aşkar hörmətsizlik etmək, yekdil qərarı heçə saymaq cəsarətini Avropanın ən çirkli (bütün mənalarda), ən natəmiz şəhərinin rəhbərliyi haradan alır?”.

COP29-un bəşəriyyəti narahat edən, dünyada iqlim dəyişikliyi probleminə həsr olunduğunu vurğulayan Ə.Abbasbəyli deyib: “Əslində normal halda, ən azı öz dövlətinin, vətəndaşlarının gələcəyini, geniş mənada isə bütün Yer kürəsinin gələcəyini düşünən hər kəs bununla bağlı öz töhfəsini verməyə çalışmalıdır. Amma nədənsə Fransa tərəfi ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə, bu fəaliyyəti sual altına qoymağa, əbəs yerə siyasiləşdirməyə cəhd edir. Bəlkə bu canfəşanlığın arxasında başqa məqamlar var? Bəlkə Fransa dünyanı narahat edən bu cür qlobal problemin həllində maraqlı deyil? Yoxsa iqlim dəyişikliyi ilə bağlı tədbirdə Fransa hansısa əməllərinin, cinayətlərinin üzə çıxacağından narahatdır? Yoxsa ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq cəhdlərinin daha qaranlıq məqamları var? Planetin ekoloji təmizliyinin qorunmasına, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürülən beynəlxalq təşəbbüslərə həsr olunan tədbir Fransanı niyə pəjmürdə edir? Bəlkə bu qarşıdan gələn Paris Olimpiadası ilə bağlı çoxdan səslənməkdə olan, son günlər isə daha aktuallaşan, hətta Fransanın özündə belə, mütərəqqi, sağlam düşüncəli adamların ciddi etirazına səbəb olan problemlərlə, xüsusilə də Parisin sanitar-gigiyena vəziyyəti, ekoloji durumuna, Sena çayının acınacaqlı vəziyyəti ilə narahatlıqdan, dünyanın diqqətini cəlb etmək üçün artan çağırışlardan yayınmaq məqsədi daşıyır? Bəlkə bu məsələdən diqqəti yayındırmaq cəhdidir? Axı nə üçün Fransa öz problemləri ilə məşğul olmur?. Bu məsələdə diqqəti çəkən digər məqam isə Fransa-Ermənistan münasibətləridir. Nəzərə alsaq ki, 2023-cü ilin dekabrında Ermənistan COP29-un ev sahibliyinə namizədliyini geri götürərək Azərbaycanı dəstəkləyib, belə olan halda Fransanı yandıran nədir? Bu, artıq erməni təəssübkeşliyinə də oxşamır. Yəni, Fransa öz “kiçik bacılarının” qərarına da hörmət etmir?”.

Siyasi şərhçinin sözlərinə görə, əslində Avropanın ən çirkli şəhərlərindən birinin rəhbərliyinin çıxardığı qərarla bağlı qaranlıq, eyni zamanda, ziddiyyətli məqamlar, məkrli məqsədlər çoxdur. Təbii ki, Fransanın belə addımlar atmasının səbəbi kimi, son zamanlar rəsmi Parisin ölkə daxilində ciddi problemlərin, narazılıqların yaranmasına səbəb olan fəaliyyətini, xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, dənizaşırı bölgələrində Fransaya qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətlərini də vurğulamaq lazımdır.

“Bu hadisələrə əsl qiyməti zaman, layiqli, tutarlı cavabı da Azərbaycan dövləti, rəşadətli və məğrur xalqımız verəcək.

Fransa siyasətçiləri niyə başa düşmək istəmirlər ki, Azərbaycan nə Fransanın əsrlər boyu müstəmləkəsində olmuş və ya ona bu gün vassallıq etməyə hazır olan bəzi oyuncaq dövlətlərdən deyil, nə də kimlərinsə iftira və böhtanlarından, hədə qorxusundan çəkinən deyil. Fransanın bütün oyunlarına baxmayaraq Azərbaycan yıxılmayacaq, irəliyə doğru gedəcək, daha da inkişaf edəcək. Azərbaycana qarşı mübarizədə Avropanın özündə belə keçmiş müttəfiqlərini itirə-itirə gedən, təklənən Fransa nə qədər ki, gec deyil, bu ədalətsiz, qərəzli, birtərəfli, haqsız əməllərindən əl çəkə bilsə, bəlkə də dünya siyasətində sürətlə düşməkdə olan nüfuzunu, beynəlxalq aləmdə gündən-günə ləkələnən imicini qoruya bilər”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib YENİLƏNƏCƏK

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq

ANAMA əməkdaşları qanvermə aksiyasına qoşulublar

Deputat: Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin təqdimatı oldu

Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək

Qobustan rayonuna diametri 15 millimetr olan dolu düşüb

Şuşada “By Youth For Youth” Beynəlxalq Forumu öz işini başa vurub YENİLƏNİB

Heydər Əliyev adına Hərbi İnstitutun məzunları: Azərbaycan Bayrağının dalğalandığı hər bir nöqtədə xidmət etmək şərəfdir

Qarabağ və Şərqi Zəngəzurda növbəti peşə kursları təşkil edilib

Sosial-İqtisadi Kollecdə Silahlı Qüvvələr Günü qeyd olunub

Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi mövzusunda beynəlxalq seminar başa çatıb

“SABAH” qruplarına professor-müəllim heyəti işə dəvət olunur