Patrisiya Lalond: Azərbaycan Fransa üçün yaxşı nümunə ola bilər VİDEO
Paris, 28 may, AZƏRTAC
Azərbaycan mənim çox sevdiyim ölkədir. Bu ölkəni yaxından tanımaq imkanım olub. Vaxtilə müsəlman ölkələrində qadın hüquqlarını araşdırarkən Azərbaycanın bir çox bölgələrini gəzmişəm. Burada tolerantlıq hökm sürür, insanlar bir-birinin dini inanclarına, etnik kimliyinə hörmətlə yanaşırlar və sülh şəraitində yaşayırlar.
Bu fikirləri sabiq Avropa deputatı, siyasətçi Patrisiya Lalond Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunmuş qəbulda AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, bu gün Fransa cəmiyyətində müşahidə edilən problemlərə nəzər yetirsək, Azərbaycan Fransa üçün yaxşı nümunə ola bilər.