CƏMİYYƏT
Paytaxtda 241 min 944 sürücü inzibati qaydada cəzalandırılmışdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Yanvarın 1-dən sentyabrın 10-dək yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi tərəfindən keçirilən tədbirlər zamanı 241 min 944 inzibati protokol tərtib edilmişdir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, tərtib edilmiş protokolların 3.524-ü avtomobilin sərxoş halda idarə edilməsi, 1.172-si qəza şəraitinin yaradılması, 7.317-si qırmızı işıqqan keçmə, 2.839-u avtomobilin yüksək sürətlə idarə edilməsi, 1.796-sı sərnişin daşıma qaydalarının pozulması, 558-i dövlət nömrə nişanı olmadan avtomobili idarə etmə, 1.303-ü ötmə və manevr qaydalarını pozma, 3.762-si sürücülük vəsiqəsi olmadan avtomobili idarə etmə, 4.906-sı nəqliyyat vasitəsini pərdəli və plyonkalı idarə etmə, qalanları isə digər qayda pozuntuları ilə əlaqədar olmuşdur.