PEKİNDƏ İMPERATOR SARAYININ ƏRAZİSİNDƏ ELİT HOTEL TİKİLİR
AZƏRTAC xəbər verir ki, Pekində YUNESKO-nun ümumdünya irs obyektləri siyahısına daxil olan Yay imperator sarayının ərazisində dəbdəbəli qapalı kurort tikiləcəkdir.
Məbədləri, pavilyonları və yaşayış binaları olan park ansamblından ibarət Yay sarayı Çin paytaxtının ən məşhur və yaraşıqlı yerlərindən biridir, təqribən 290 hektar sahə tutur, ərazisində üç mindən çox tikili yerləşir.
Onlardan bir neçəsi tarixi kompleksin üslubuna tam uyğun surətdə bərpa ediləcək və elit kluba çevriləcəkdir.
Tikintini Sinqapurun dünyanın 12 ölkəsində 18 elit hotelin sahibi olan “Aman Resorts” şirkəti aparır. Filippində bir ada və Balidən şərq tərəfdə qoruq onun mülkiyyətindədir.
Əvvəlcə güman edilirdi ki, hotel avqustda - yay Olimpiadası ərəfəsində açılacaq, lakin işlərin mürəkkəbliyi üzündən açılış, çox güman, payıza keçiriləcəkdir.
258 yaşı olan sarayın ərazisində hotelin tikilməsi Pekin sakinlərinin və turistlərin narazılığına səbəb olmuşdur. Onlar hesab edirlər ki, mədəni abidələrin yerləşdiyi ərazilər kommersiya məqsədi ilə istifadə üçün nəzərdə tutulmamışdır və gediş gəlişdən ötrü bağlı olmamalıdır.
Pekinin əsas görməli yeri olan Qış imperator sarayının ərazisində yerləşmiş Starbucks qəhvəxanası təqribən bir il əvvəl ictimaiyyətin təzyiqi altında bağlanmışdır.
Hökmdarların istirahəti üçün ilk pavilyonlar hələ XII əsrdə yay iqamətgahının yerində tikilmişdir. XV əsrdə burada ilk məbəd meydana gəlmiş, XVIII əsrin ortalarında isə böyük süni gölü olan gözəl park salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]