Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

«PENİTENSİAR MÜƏSSİSƏLƏRDƏ CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLMİŞ ŞƏXSLƏRİN SOSİAL ADAPTASİYASI HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 88; 2001-ci il, № 11, maddələr 669, 676; 2002-ci il, № 1, maddə 2, № 5, maddələr 237, 243; 2006-cı il, № 6, maddə 478; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 389-IIIQD nömrəli Qanunu) 5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.».

II. «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002-ci il, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003-cü il, № 6, maddə 256; 2004-cü il, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 66, № 12, maddə 1028; 2007-ci il, №6, maddə 560) 28-ci maddəsinin dördüncü hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

«Yoluxucu xəstəliklərə tutulmuş və epidemioloji baxımdan ətrafdakılar üçün ciddi təhlükə yaradan penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər stasionar müalicədən imtina etdikdə, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi hospitalizasiya olunurlar.».

III. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477; 2001-ci il, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 75; 2007-ci il, №6, maddə 561) 7-ci maddəsinə aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. ikinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

«Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər. »;

2. altıncı-onuncu hissələr yeddinci-on birinci hissələr hesab edilsin və aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

«Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs yaşayış sahəsinə yerləşdirilərkən, həmin yaşayış sahəsində himayəyə verilmiş valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşadıqda, qəyyumluq və himayə orqanının razılığı tələb olunur (cəza çəkməkdən azad edilmiş şəxs mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla).».

IV. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, (III kitab), maddə 586, № 12, maddə 835; 2001-ci il, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004-cü il, № 6, maddə 399; 2005-ci il, № 4, maddə 278; 2006-cı il, № 11, maddə 929; Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 389-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. XX fəslin adı aşağıdakı redaksiyada verilsin:

«Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası, onlara yardım göstərilməsi və nəzarət edilməsi»;

2. 175-ci maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 175. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası ilə əlaqədar cəzanı icra edən müəssisə və ya orqanın vəzifələri

175.1. Cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir.

175.2. Xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür.

175.3. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar, altmış iki yaşına çatmış məhkum kişilər və əlli yeddi yaşına çatmış məhkum qadınlar öz ərizələri və cəzaçəkmə müəssisəsi müdiriyyətinin təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evinə göndərilirlər.

175.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.».

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir