Penitensiar xidmətin mühafizə alayında treninq-məşğələ keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Penitensiar xidmətin mühafizə alayında istismarda olan mühəndis-texniki vasitələrin etibarlı və fasiləsiz iş rejiminin təmini metodikasının tədrisi məqsədilə əməkdaşlar üçün metodiki və praktiki təlim məşğələsi keçirilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə iştirakçılara son dövrlər ədliyyə sahəsində aparılan geniş islahatlar, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi və yeni müasir texnoloji nailiyyətlərin tətbiqi nəticəsində cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarının mühafizəsi üçün əldə olunmuş müasir mühəndis-texniki vasitələrinin tətbiqi və istifadəsi barədə məlumat verilib.