İDMAN
PENİTENSİAR XİDMƏTİN MÜHAFİZƏ ALAYINDA YARIŞ KEÇİRİLMİŞDİR
Bakı, 3 mart (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən mühafizə alayında martın 5-də qeyd olunacaq Bədən Tərbiyəsi və İdman günü ilə bağlı keçirilən voleybol yarışı başa çatmışdır.
Voleybol yarışının final oyunundan əvvəl alayın xüsusi təyinatlı bölüyünün döyüş və idman bacarığı nümayiş etdirilmişdir.
Voleybol yarışında isə mühafizə alayının 2-ci və 8-ci bölüklərinin komandaları qarşılaşmışdır. Yarışda 2-ci bölüyün komandası qalib gəlmişdir.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək Bədən Tərbiyəsi və İdman günü münasibətilə alayın şəxsi heyətini təbrik etmiş, qalib komandalara kubok, müvafiq dərəcəli diplom və medallar təqdim etmişlər.