İQTİSADİYYAT
Pərakəndə əmtəə dövriyyəsinin həcmi 10 faiz artıb
Bakı, 31 yanvar, AZƏRTAC
2014-cü ildə pərakəndə əmtəə dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 10 faiz artaraq 22 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, istehlak mallarının 99,8 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,5 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,5 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,8 faizi əmtəə bazarlarında satılıb. Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2013-cü ilin səviyyəsini 10 faiz üstələyib, bu bölmə üzrə real artımın 65,7 faizi sahibkarların ticarət fəaliyyəti sayəsində yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [18:22]
AQC sədri CAATS prezidenti seçilib
- 03.06.2024 [17:34]
® “Unibank”ın dəstəyi ilə uşaqlar üçün bayram tədbiri keçirilib
- 03.06.2024 [16:52]
Bakıda “III Milli Kibertəhlükəsizlik Forumu” keçirilib
- 03.06.2024 [16:34]
® “Azerconnect Group” Milli Kibertəhlükəsizlik Forumunun əsas tərəfdaşıdır
- 03.06.2024 [16:25]
Pul bazası azalıb
- 03.06.2024 [16:21]