DÜNYA
Peruda göyərtəsində turistlərin olduğu təyyarə qəzaya uğrayıb
![Peruda göyərtəsində turistlərin olduğu təyyarə qəzaya uğrayıb](/files/2022/1/1200x630/16440644382879858563_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
Peruda Aero Santos kompaniyasına məxsus turist təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
AZƏRTAC The Guardian nəşrinə istinadla xəbər verir ki, qəza fevralın 4-də Naska şəhərindəki aeroportun yaxınlığında baş verib. Təyyarə turistləri Naska hava xətti üzərindən Peru səhrasına aparırdı.
Polisin məlumatına görə, qəzada Niderland və Çilidən olan beş turist, həmçinin iki heyət üzvü həyatını itirib.
Təyyarənin yerə çırpıldıqdan sonra alışdığı bildirilir. Hüquq mühafizə orqanları faciənin səbəblərini aydınlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [20:01]
Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar
- 03.07.2024 [19:03]
Yaponiyada holoqrafik portretli əsginaslar buraxılır
- 03.07.2024 [18:44]