Peşə Təhsil Mərkəzində mənəvi dəyərlərimiz təbliğ olunub
Bakı, 6 may, AZƏRTAC
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Mənəvi dəyərlərimizi qoruyaq” mövzusunda tədbir keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini tələbələrə aşılamaq məqsədilə təşkil olunub.
Mərkəzin direktoru Azad Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb və milli-mənəvi dəyərlərimiz, cəmiyyətdə gənclərin rolu və digər məsələlər barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, müasir gəncliyimiz Azərbaycan dövlətçiliyinin qorunması üçün dünyəvi əxlaqi dəyərlərə sahib olmalı və yüksək təhsil almaqla cəmiyyətimiz üçün faydalı şəxsiyyət kimi formalaşmalıdır.
Mərkəzin direktor müavini Camal Rəsulov çıxış edərək, belə qəbildən olan tədbirlərin gənclərimizin formalaşmasında ən vacib amillərdən olduğunu qeyd edib.
Tədbirdə narkomaniya, zərərli vərdişlərə qarşı, əxlaqi tərbiyə və sosial şəbəkələrdən istifadə ilə bağlı slaydlar və videoçarxlar nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:55]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:50]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [15:53]
BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib
- 10.06.2026 [15:50]
Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub
- 10.06.2026 [15:43]
Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir
- 10.06.2026 [14:15]