Pirallahıda 800 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
Bakı, 22 aprel, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə bir sıra təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi fasiləsiz olaraq davam etdirilir. Bu günə kimi Pirallahı rayonu ərazisində yaşayan 800 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.