Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

PREZİDENT İLHAM ƏLİYEV İKT-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN HÜQUQ MÜHAFİZƏ ORQANLARI RƏHBƏRLƏRİNİN BAKIDA KEÇİRİLƏN KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV İKT-NİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN HÜQUQ MÜHAFİZƏ ORQANLARI RƏHBƏRLƏRİNİN BAKIDA KEÇİRİLƏN KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Bakı, 21 aprel (AZƏRTAC). Aprelin 21-də Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən konfransının iştirakçılarını qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Əziz dostlar!

Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Bu gün Bakıda İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin hüquq mühafizə orqanları rəhbərlərinin konfransı keçirilir. Bu, çox əlamətdar hadisədir. Mən ümid edirəm ki, konfrans çox maraqlı, çox uğurlu keçəcək və onun nəticələri ölkələrimiz arasında olan əməkdaşlığın dərinləşməsində öz mühüm rolunu oynayacaqdır.

Azərbaycan İslam Konfransı Təşkilatında fəal rol oynayır. Bakıda bizim təşəbbüsümüzlə İKT çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir, nazirlər və digər strukturların nümayəndələri Bakıda olmuşlar. Biz bunun tərəfdarıyıq. Biz istəyirik ki, İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlıq daha da güclənsin, İslam həmrəyliyi daha da möhkəm olsun və ölkələrimiz arasında qarşılıqlı dəstək bütün beynəlxalq təşkilatlarda özünü göstərsin. Biz bu həmrəyliyi görürük, ancaq siz də yəqin razılaşarsınız ki, gələcəkdə daha da böyük işlərin görülməsinə ehtiyac var.

Hüquq mühafizə orqanlarının əməkdaşlığı hər bir ölkənin təhlükəsizliyi üçün önəmli rol oynayır. Çünki bugünkü dünyada beynəlxalq təhlükəsizlik tədbirlərinin görülməsi böyük zərurətdir. Heç bir ölkə özünü tam sığortalanmış hiss edə bilməz. Ölkənin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, yalnız müştərək səylərlə biz həm bölgədə, həm dünyada təhlükəsizliyin təmin olunması işində uğurlar qazana bilərik. Beynəlxalq cinayətkarlığa qarşı məhz müştərək mübarizə uğur gətirə bilər. Beynəlxalq terrorçuluq əleyhinə görülən tədbirlər yalnız əlaqələndirilmiş şəkildə səmərəli ola bilər.

Biz Azərbaycanda təhlükəsizliyin təmin olunması üçün çox böyük işlər görürük. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndə burada vəziyyət o qədər də ürəkaçan deyildi. Həm qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, eyni zamanda, cinayətkarlıq çox yüksək səviyyədə idi. Bu gün isə Azərbaycan və ölkəmizin paytaxtı Bakı şəhəri təhlükəsizlik baxımından dünyanın, demək olar ki, ən sakit yerlərindən, şəhərlərindən biridir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Əlbəttə, biz istəyirik ki, bölgəmizdə sülh, əmin-amanlıq tam bərqərar olsun.

Bir daha demək istəyirəm ki, sizin fəaliyyətinizdən həm təmsil etdiyiniz ölkələrin təhlükəsizliyi asılıdır, eyni zamanda, beynəlxalq əməkdaşlıq məsələləri sizin iştirakınızla həll olunur. Ona görə bir daha demək istəyirəm ki, mən Bakıda keçirilən bu konfransa müxtəlif səbəblərdən çox böyük önəm verirəm. İlk növbədə, bir daha demək istəyirəm ki, bu, İKT çərçivəsində əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək, praktik cəhətdən hüquq mühafizə orqanları arasında əməkdaşlığın təmin olunmasına xidmət göstərəcəkdir. Mən ümid edirəm ki, konfrans zamanı ikitərəfli görüşlər də keçiriləcək, buna da böyük ehtiyac vardır. Bütövlükdə, Azərbaycanla, ölkəmizin reallıqları ilə tanış olmaq, hesab edirəm ki, sizin üçün də maraqlı olacaqdır. Bir də demək istəyirəm ki, baxmayaraq, ölkəmiz müstəqil dövlət kimi gəncdir, ancaq müstəqilliyimizin ilk illərindən İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verir.

Bir məsələni də böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu il Azərbaycanın paytaxtı Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilibdir. Bu, bizim üçün böyük şərəfdir. Bu, bütün İslam dünyasının Azərbaycana, onun tarixinə, mədəniyyətinə verdiyi qiymətdir. Biz böyük təntənəli mərasimlər keçirdik və İslam ölkələrini təmsil edən mədəniyyət nümayəndələri bu tədbirlərdə fəal iştirak etmişlər. Bütün il ərzində Bakıda İslam mədəniyyətinin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçiriləcəkdir. Hesab edirəm ki, ümumi işimizə bu da çox önəmli töhfədir. Ümid edirəm ki, indiki konfrans da çox uğurlu, səmərəli keçəcəkdir. Eyni zamanda, əminəm ki, Bakıya səfəriniz sizin üçün çox xoş keçəcək, siz burada özünüzü doğma vətəninizdəki kimi hiss edəcəksiniz.

Bir daha sizi salamlayıram və sizə uğurlar arzulayıram.

İslam Konfransı Təşkilatı baş katibinin siyasi məsələlər üzrə müavini İZZƏT KAMAL MÜFTİ konfransın iştirakçıları adından minnətdarlıq edərək dedi:

- Bismillahir-rəhmanir-rəhim!

Zati-aliləri cənab Prezident!

Sizi İslam Konfransı Təşkilatının hazırkı konfransında və bu mötəbər görüşdə iştirak edən həmkarlarım, qardaşlarım, nümayəndə heyətləri adından salamlamaqdan şərəf duyuram və bizi qəbul etdiyinizə görə dərin təşəkkürümüzü və minnətdarlığımızı ifadə etmək istəyirəm.

İcazə verin, əvvəlcə, mənə onların adından danışmaq şərəfini həvalə etdiklərinə görə nümayəndə heyətlərinin bütün üzvlərinə və rəhbərlərinə təşəkkürümü bildirim. Ümid edirəm ki, onların bu böyük etimadını doğruldacağam.

Mən İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunun səmimi salamlarını Sizə çatdırmaq istəyirəm. O, bu konfransa böyük önəm verdiyini və onun işində iştirak etmək istəyini bildirmişdi. Təəssüf ki, əvvəlcədən planlaşdırılmış tədbirlərə görə, bu konfransda iştirak etmək şərəfini mənə həvalə etdi. Bir daha onun salamlarını Sizə çatdırmaq istərdim.

Cənab Prezident, bu görüşdə çox məsələlərdən, real işlərdən bəhs edildi. İcazənizlə, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi münasibətilə Sizi təbrik etmək istərdim.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Sizin müdrik rəhbərliyinizlə İslam Konfransı Təşkilatı ilə olan əlaqələrinə və İKT-nin bir sıra tədbirlərinə ev sahibliyi etdiyinə görə Sizə minnətdarlığımı bildirirəm. 2006-cı ildə xarici işlər nazirlərinin konfransını, informasiya nazirlərinin toplantısını və Azərbaycanın birinci xanımının təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda keçirilmiş iclası xatırlatmaq istərdim.

Bütün bu tədbirlər ölkənizin İslam Konfransı Təşkilatındakı roluna Sizin diqqətinizin bariz nümunəsidir. Bu diqqət, maraq Mərkəzi Asiya regionunda da hiss olunmaqdadır.

Bütün bunlar Azərbaycanın siyasi, iqtisadi və elmi sahələrdə əldə etdiyi nailiyyətləri ilə yanaşı, İslam ölkələri ailəsində də öz layiqli yerini tutması üçün Sizin göstərdiyiniz səylərin bariz nəticəsidir.

Azərbaycanın İslam Konfransı Təşkilatının hüquq mühafizə orqanları rəhbərlərinin dünyada mütəşəkkil cinayətkarlıqla mübarizəyə, təhlükəsizliyin təmin olunmasına yönəlmiş konfransına ev sahibliyi etməsi, belə bir tədbirin Azərbaycanda keçirilməsi Sizin İslam Konfransı Təşkilatı ilə münasibətlərə verdiyiniz önəmi göstərir. Təbii ki, heç bir ölkədə təhlükəsizlik təmin edilmədən inkişafdan və tərəqqidən danışmaq olmaz. Təhlükəsizliyin təmin edilməsi bir çox problemlərin həllinə imkan verir. Mən burada İki Müqəddəs ocağın xadimi, Kral Abdullanın təhlükəsizliklə bağlı informasiyaların toplanmasına dair beynəlxalq mərkəzin yaradılması təşəbbüsünü qeyd etmək istərdim. Bu mərkəz müxtəlif ölkələrin hüquq mühafizə orqanları rəhbərlərinə problemlərin həllində daha səmərəli əməkdaşlığa imkan verəcək və cinayətkarlığa qarşı mübarizədə, İslam dövlətlərinin bir-biri ilə, eləcə də digər dünya dövlətləri ilə əməkdaşlığına kömək edəcəkdir.

Mən burada İslam Konfransı Təşkilatının üzvü olan bütün dövlətlərin beynəlxalq səviyyələrdə daim Azərbaycanın Dağlıq Qarabağ problemi, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi və Xocalı faciəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiklərini qeyd etmək istəyirəm. İslam Konfransı Təşkilatı bu yöndə səylərini davam etdirir. Biz hamımız ümid edirik ki, Sizin müdrik siyasətiniz və səyləriniz nəticəsində və qardaş İslam dövlətlərinin dəstəyi ilə Dağlıq Qarabağ, o cümlədən Xocalı tezliklə azad ediləcəkdir. Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətinin bir çox İslam ölkələrinin problemlərinin həllində göstərdiyi səylərə görə öz minnətdarlığımızı bildirmək istərdim. Yaşadığımız çətin dövrdə İslam ölkələrinin bir-biri ilə əməkdaşlığının böyük əhəmiyyəti vardır. Bu baxımdan İslam Konfransı Təşkilatı böyük nüfuza malikdir. Buna görə biz qurum çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə bütün səylərimizi birləşdirməliyik.

Zati-aliləri cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə bir

daha minnətdarlığımızı bildirir, Azərbaycan xalqına və ümumiyyətlə İslam ümmətinə xeyir, sülh və əmin-amanlıq arzulayıram.

Çox sağ olun.

Prezident İLHAM ƏLİYEV təşəkkür edərək dedi:

- Xoş sözlərinizə görə təşəkkür edirəm. Xahiş edirəm ki, mənim ən səmimi salamlarımı İslam Konfransı Təşkilatının baş katibi və bütün təşkilatda işləyən dostlarımıza çatdırasınız.

Biz İslam Konfransı Təşkilatı tərəfindən həmişə xoş münasibət, dəstək görürük və qeyd etdiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində İslam Konfransı Təşkilatı Azərbaycanın haqlı mövqeyini daim birmənalı şəkildə müdafiə etmişdir. Təşkilat dəfələrlə bu məsələ ilə əlaqədar müvafiq qərarlar, qətnamələr qəbul etmişdir. Eyni zamanda, digər təşkilatlarla ünsiyyətdə olduğu zaman İKT daim bu məsələni qaldırmış və Azərbaycanın haqlı olduğunu dəfələrlə bəyan etmişdir.

Onu da qeyd etmək istəyirəm ki, keçən ilin mart ayında Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal edilmiş torpaqlarında vəziyyətlə bağlı aparılmış müzakirələrdə bizim mövqeyimizi ən çox dəstəkləyən İslam ölkələri olmuşdur və böyük səs çoxluğu ilə qəbul edilmiş qətnamədə haqq-ədalət öz əksini tapmışdır. Mən bu fürsətdən istifadə edərək, bizi dəstəkləmiş bütün ölkələrə, xüsusilə İslam ölkələrinə bir daha öz minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm.

Bu münaqişə bölgə üçün ən böyük təhlükədir. Buna baxmayaraq, Azərbaycan son illər ərzində öz imkanlarını böyük dərəcədə genişləndirə bilmişdir. Son dörd il ərzində Azərbaycan iqtisadi artım baxımından dünya miqyasında birinci ölkədir. Ötən beş ildə bizim iqtisadiyyatımız 2,6 dəfə artmışdır. Sənaye istehsalı 2,5 dəfə artmışdır. Beş ildə yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür, 750 mindən çox yeni iş yerləri açılmışdır. Ölkəmizin bütün yerlərində böyük quruculuq, abadlıq işləri aparılır, nəhəng infrastruktur layihələri icra olunur və iqtisadiyyatın şaxələndirilməsi üçün lazımi tədbirlər görülübdür. Baxmayaraq ki, bu gün dünyanı maliyyə-iqtisadi böhranı bürüyüb, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı inamla inkişaf edir və artır.

Əlbəttə ki, bölgədə sülhün təmin olunmaması, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması həm bizim üçün, həm də bölgə üçün böyük təhlükədir. Artıq dünya da görür ki, dondurulmuş münaqişələr uzun müddət ərzində bu vəziyyətdə qala bilməz. Bölgədə keçən il yaşanan qanlı hadisələr bunu bir daha göstərdi. Bizim istəyimiz, tələbimiz beynəlxalq hüquq normalarına əsaslanır.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarını xarici qoşunlar işğal edibdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Dağlıq Qarabağın özündən on minlərlə azərbaycanlı qovulmuşdur. Azərbaycanın Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda yerləşən yeddi rayonundan 700 mindən çox azərbaycanlı qovulmuşdur. Ermənistandan 250 mindən çox azərbaycanlı qovulmuşdur. Bu gün Azərbaycanın işğal edilmiş torpaqlarında hər şey dağıdılıbdır. Bütün binalar, məktəblər, xəstəxanalar, muzeylərimiz talan edilibdir, milli sərvətlərimiz məhv edilib, yaxud da ki, talan olunubdur. Bizim müqəddəs ocaqlarımız, məscidlərimiz ermənilər tərəfindən yerlə-yeksan edilibdir. Bu gün Bakının mərkəzində hər kəs vaxtilə burada tikilmiş erməni kilsəsini görə bilər. Bu gün Azərbaycanda həm məscidlər tikilir, həm kilsələr tikilir və budur bizim tolerantlığımız, budur bizim başqa xalqların dinlərinə, mədəniyyətlərinə münasibətimiz. Baxmayaraq ki, bizim məscidlərimiz Azərbaycanın torpağında ermənilər tərəfindən dağıdılıbdır, biz erməni kilsəsini bərpa etmişik. Bax, bu, bizim mədəniyyətimizin təzahürüdür. Biz sadəcə olaraq istəyirik ki, beynəlxalq hüquq normaları tətbiq olunsun. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilibdir. Yəni dünya miqyasında bu qurumdan önəmli və böyük qurum yoxdur. Bu qətnamələrin qəbul edilməsindən artıq 20 ilə yaxın vaxt keçir, Ermənistan tərəfi isə buna məhəl qoymur. Danışıqlar, bizim bütün səylərimiz nəticə vermir və işğalçı qüvvələr hələ də bizim torpaqlarımızda yerləşibdir. Ona görə bizim işimiz haqq işidir. Bizim heç bir başqa ölkənin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verməyəcəyik və heç vaxt dünya birliyi qondarma Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayacaqdır. Azərbaycan heç vaxt buna icazə verməyəcək və istənilən yollarla öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Sadəcə olaraq biz istəyirik ki, bunu sülh yolu ilə, danışıqlar yolu ilə edək. Əgər Ermənistan tərəfi konstruktivlik göstərərsə, danışıqlar masasında olan təkliflər razılaşmanın əldə edilməsi üçün yaxşı əsas ola bilər. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və tarixi ədalət bərpa olunmalıdır.

Dağlıq Qarabağ dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır və ölkəmiz müstəqil dövlət kimi Birləşmiş Millətlər Təşkilatına üzv olduqda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərtilə tanınıbdır. Biz sadəcə olaraq, istəyirik ki, öz ərazi bütövlüyümüzü bərpa edək. Əgər münaqişə öz həllini taparsa, Dağlıq Qarabağda yaşayan, Azərbaycanda azlıq təşkil edən erməni əhalisi gələcəkdə sülh, əmin-amanlıq şəraitində yaşayacaqdır.

Mən bir daha demək istəyirəm ki, bu məsələ təkcə bizim üçün deyil, bölgə üçün böyük təhlükədir. Bölgənin hərtərəfli inkişafı və genişmiqyaslı əməkdaşlığı bu məsələ həll olunmadan təmin edilə bilməz. Bölgədə təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində çox səylər göstərilir, amma Dağlıq Qarabağ münaqişəsi həll olunmadan tammiqyaslı əməkdaşlıq ola bilməz.

Mən bir daha bu məsələ ilə əlaqədar Azərbaycanın haqq işini dəstəkləyən bütün qardaşlarımıza öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bilin ki, Azərbaycan xalqı bilir və yaxşı dərk edir ki, onun dostları kimlərdir. Bayaq qeyd etdiyim kimi, keçən il BMT-nin Baş Məclisində keçirilən səsvermə, əslində, həqiqət anı idi. O səsvermədə Azərbaycanın real dostları bir daha öz mövqeyini göstərdi, o səsvermə Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Biz öz siyasətimizdə bizim üçün dost, qardaş ölkələrin bizə olan münasibətini ilk növbədə əsas tuturuq. Biz bütün ölkələrlə yaxşı əlaqələr yaratmaq fikrindəyik və bu istiqamətdə böyük addımlar atılıbdır. Azərbaycan bu gün dünya miqyasında tanınan ölkədir və bizə hörmətlə yanaşırlar. Ancaq əlbəttə ki, hər bir ölkə üçün çətin anlarda əsas dostlar özünü göstərir.

Ona görə bir daha deyirəm, mənim üçün bugünkü konfrans da xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Bakıda bizim qardaşlarımız bizim qonaqlarımızdır. İslam Konfransı Təşkilatının üzvü olan bütün ölkələrə mənim çox böyük hörmətim var, böyük məhəbbətim var.

İstəyirəm onu da biləsiniz ki, baxmayaraq, müstəqil dövlət kimi gəncik, İslam həmrəyliyinin möhkəmlənməsi üçün biz Azərbaycanda çox işlər görürük. Mən qəti əminəm ki, əgər biz bütün İslam ölkələri arasında bu həmrəyliyi, qarşılıqlı dəstəyi tam şəkildə təmin edə bilsək, təşkilata üzv olan ölkələrin daxili problemləri də daha da asanlıqla həll oluna bilər.

Bir sözlə, mən bir daha sizi ürəkdən salamlayıram. Ümid edirəm ki, Bakıda keçirdiyiniz günlər sizin üçün xoş olacaqdır və siz vətənə yaxşı təəssüratlarla dönəcəksiniz. Sağ olun.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar

Azərbaycan, Özbəkistan və Qvineya ritm ustaları “Xarıbülbül” festivalında geniş konsert proqramı ilə çıxış ediblər

Türkiyə Superliqası: “Fənərbağça” və “Qalatasaray” növbəti qələbələrini qazanıblar

Azərbaycan Premyer Liqası: “Sumqayıt” ikinci pilləyə qalxıb

İngiltərə Premyer Liqası: “Arsenal” yenidən zirvəyə yüksəlib

Meksikada rekord istilər səbəbindən bir həftə ərzində təxminən 30 nəfər ölüb

Sumqayıtda “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim edilib

Şalva Papuaşvili: ABŞ və bəzi Qərb dövlətləri Gürcüstanda şəffaflığın olmasını istəmirlər

Sinoptiklər xəbərdarlıq edirlər...

Yelkən Federasiyanın vitse-prezidenti: Növbəti hədəf “Los Anceles-2028” Yay Olimpiya Oyunlarıdır

Gürcüstan Prezidenti müxalifəti son dərəcə diqqətli olmağa çağırıb

Mingəçevirdə insanların istirahət etdiyi parkda avtoxuliqanlıq edən sürücü həbs olunub

Naxçıvan Dövlət Filarmoniyası Türkiyədə konsert proqramı ilə çıxış edib

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini mayın 14-də qəbul edəcək

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Qərbi Azərbaycan İcması Fransa siyasi dairələrində geniş vüsət almış azərbaycanofobiyanı kəskin şəkildə qınayıb

İrakli Kobaxidze: Gürcüstanda polisə qarşı zorakılıq etmək istəyənlər var

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək