Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak etmiş, Şıxlar kənd sakininin qonağı olmuşdur

Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak etmiş, Şıxlar kənd sakininin qonağı olmuşdur

Sabirabad, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Prezident İlham Əliyev Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbinin açılışında iştirak etmişdir.

Bu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Sabirabad rayonuna da ziyan dəymişdi. Təbii fəlakətdən zərər çəkən digər rayonlarla yanaşı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Sabirabadda da kompleks tədbirlər həyata keçirilmişdir. Rayonda təbii fəlakətdən 33 yaşayış məntəqəsi ziyan çəkmişdir. Ümumilikdə, 9 min evə ziyan dəymişdir. Uçmuş evlərin yerində hökumət komissiyasının qərarına əsasən 630 yeni evin tikintisi nəzərdə tutulmuşdur. Qısa müddətdə 317 evin tikintisi tam başa çatdırılmışdır. Daşqınlardan ziyan çəkən yaşayış məntəqələrində zəruri infrastrukturun yaradılması və həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirilmişdir. Yeni evlər müasir tələblərə uyğun inşa olunmuşdur.

Daşqınlar nəticəsində Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqlarına əsasən məktəbdə əsaslı təmir və yenidənqurma tədbirləri aparılmışdır.

Prezident İlham Əliyev məktəb binasının əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxdı. Məlumat verildi ki, avqust ayından başlayaraq görülən işlər nəticəsində məktəbin üç korpusdan ibarət ikimərtəbəli binası müasir standartlara uyğun surətdə yenidən qurulmuşdur. Bütün lazımi avadanlıqla təchiz olunmuş təhsil ocağının həyətyanı sahəsinə asfalt döşənmiş, ətraf abadlaşdırılmışdır.

Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.

Məktəbin akt zalında Prezident İlham Əliyevə “Daşqınlarla mübarizə layihəsi çərçivəsində Azərbaycan-Niderland əməkdaşlıq proqramı” təqdim olundu. Məlumat verildi ki, bu layihə Niderlandın “Del Tares” və “Royal Haskoning” şirkətləri ilə birgə Azərbaycanın müvafiq qurumları tərəfindən hazırlanmışdır.

Prezident İlham Əliyev layihənin icrası ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Təbii fəlakət bölgəsində görülən işləri əks etdirən sxemlərlə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.

Prezident İlham ƏLİYEV sakinləri təbrik edərək dedi:

-Sabirabad rayonunda böyük tikinti işləri gedir, qısa müddət ərzində 400-dən yuxarı ev tikilib və təmir olunubdur. Bu proses davam edir. Elə etməliyik ki, qalan bütün işlər də tezliklə həllini tapsın. Bu il biz misli görünməmiş təbii fəlakətlə üzləşmişdik. Yaxın tarixdə belə bir hadisə olmamışdır. Əlbəttə ki, bu təbii fəlakət bütün imkanlarımızın səfərbər olunmasını tələb edirdi. Mən çox məmnunam ki, bütün qurumlar çox operativ, çox səmərəli işlədilər. İlk növbədə, xilasedicilər böyük peşəkarlıq göstərmiş və insanları vaxtında təhlükəsiz yerlərə köçürmüşlər. O yerlərdə müvəqqəti yaşamaq üçün şərait yaradıldı, ərzaqla təmin olunma, təhsillə bağlı məsələlər həllini tapdı. Hər bir müvəqqəti məskunlaşma yerində tibbi məntəqələr təşkil olundu. Yəni, Azərbaycan dövləti ilk növbədə, insanların təhlükəsizliyini təmin etmək üçün səylərini göstərmişdir və əlbəttə, xilasetmə işləri yüksək səviyyədə aparıldı. Bir dənə də itki, zərərçəkən olmamışdır.

O ki qaldı, dağılmış evlərə, uçmuş binalara, Azərbaycan güclü dövlətdir və biz öz gücümüzə arxalanaraq bütün bu təmir-tikinti işlərini apardıq. Bu gün, bir neçə ay keçəndən sonra artıq evlərin böyük əksəriyyətinin tikintisi reallaşıbdır. Üç min beş yüz ev ya uçmuşdur, ya da qəzalı vəziyyətə düşmüşdür. Artıq ölkə üzrə təxminən 1500 ev tikilibdir. Sabirabad rayonunda inşası gözlənilən evlərin 77 faizi artıq tikilibdir. Təkcə evlər deyil, məktəblər, məscidlər, tibb məntəqələri, sosial obyektlər böyük vəsait tələb edən məsələlərdir. Eyni zamanda, biz bunu qısa müddət ərzində etməli idik ki, qış gələnə qədər bütün bu işlərin böyük əksəriyyəti öz həllini tapsın.

Bu gün artıq görülən işlər bir daha onu göstərir ki, Azərbaycan ilk növbədə güclü, böyük maliyyə imkanlarına malik olan dövlətdir. Azərbaycanda sosial siyasət bizim üçün prioritet məna daşıyır. Bu il dünyanın müxtəlif yerlərində, başqa qitələrdə, Avropa ölkələrində təbii fəlakətlər - yanğınlar, sellər, daşqınlar geniş vüsət almışdır. Biz televiziya vasitəsilə görürdük ki, əksər hallarda bütün bu fəlakətlər böyük itkilərlə, insan itkiləri ilə müşayiət olunurdu. Mən qeyd etdiyim kimi, biz Azərbaycanda bütün qüvvələri səfərbər edib insan itkisinə yol vermədik. Digər tərəfdən, Avropa ölkələrində bütün təmir-bərpa işləri, onun maliyyə dəstəyi sığorta şirkətləri tərəfindən həyata keçirilir. Azərbaycanda hələ bu praktika tətbiq olunmur və burada uçmuş evlərin 70 faizi çiy kərpicdən tikilmişdi, keyfiyyətsiz evlər idi. Azərbaycan dövləti bütün bu yükü öz üzərinə götürdü. Dərhal qərar qəbul edildi, büdcəyə dəyişiklik edildi, 300 milyon manat əlavə olundu ki, biz bütün bu işləri tezliklə görək. Artıq bir neçə ay ərzində gedən tikinti-quruculuq işləri göstərir ki, biz bu işin öhdəsindən gələ bilmişik. Bütün bu təmir və bərpa işlərini öz gücümüzə arxalanaraq, heç bir xarici yardım almadan, tezliklə və keyfiyyətlə görə bilmişik. Bu, bir daha onu göstərir ki, qarşımızda duran bütün vəzifələr layiqincə yerinə yetirilir. Bir də onu göstərir ki, istənilən təbii fəlakət qarşısında Azərbaycan dövləti və Azərbaycan vətəndaşları bütün qüvvələri səfərbər edib öz dəyanətlərini göstərə bilirlər. Biz bütün bu işləri qısa müddət ərzində gördük və əminəm ki, bax burada, bu evlərdə insanlar rahat yaşayacaqlar. Onların yaşayış səviyyəsi daha da yaxşılaşdı və əvvəlki dövrlə müqayisəedilməz dərəcədə işlər görüldü.

Təkcə Sabirabadda deyil, seldən, daşqınlardan əziyyət çəkmiş bütün başqa bölgələrdə bu gün geniş tikinti işləri gedir. Əslində bu bölgələr tikinti meydançasına çevrilibdir. Azərbaycanın bütün bölgələrində bu işlər gedir. Sizi bu evlərin istismara verilməsi münasibətilə təbrik edirəm və hamınıza cansağlığı arzulayıram.

X X X

Məktəbin direktoru Əhəd ŞÜKUROV dövlətimizin başçısına bütün görülən nəhəng işlərə görə rayon sakinlərinin ən xoş arzularını çatdıraraq dedi:

-Uzun müddətdir yaddaşımızdan çıxmayacaq bu gün bizim üçün müqəddəsdir. Bizi təbii fəlakət nəticəsində yaranmış ağır vəziyyətdən çıxaran, bizə yeni həyat bəxş edən əziz Prezidentimiz, bu gün görüşümüzə gəlmisiniz. Buna görə biz Sizə dönə-dönə minnətdarıq.

Sizin səyiniz sayəsində bütün idarə, təşkilat və müəssisə rəhbərləri səfərbər olundu, Şirvan şəhərində çadır şəhərciyi quruldu. Ərzaqla, tibbi xidmətlə, bir sözlə, hər cür şəraitlə təmin edildik, dövlət orqanlarının nümayəndələri tərəfindən nəzarətdə olduq. Xilasedicilərimiz köçürmə işlərini yerinə yetirərkən hətta həyatlarını təhlükə altına qoyaraq, bütün evləri bir-bir gəzib tam əmin olurdular ki, orada heç kəs qalmamışdır. Biz Azərbaycan dövlətinin, onun müdrik rəhbərinin insan rifahına böyük qayğısını gördük. Elə buna görə insanlarımızın duaları sizlərlədir, əziz Prezidentimiz.

Əhəd Şükürov o çətin günlərdə dövlətimizin başçısının fəlakət zonasına gəlməsini və yerli sakinlərlə birlikdə olmasını daşqınların yaratdığı problemlərin təcili surətdə aradan qaldırılmasına xüsusi təkan verdiyini bildirərək dedi:

- Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli dövlətin vətəndaşıyıq. Sevinirik ki, dövlətimizin Sizin kimi insanpərvər, gözəl, xalqının qeydinə qalan Prezidenti vardır. Ona görə, xalqımızın gələcəyi naminə böyük işlərinizdə Sizə uğurlar, səadət, ailənizə xoşbəxtlik arzulayırıq, əziz Prezidentimiz. Çox sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: O günlər bir daha göstərdi ki, Azərbaycan xalqı nəyə qadirdir. Təkcə texniki imkanlardan, maliyyə vəsaitindən söhbət getmir. Əgər güclü iqtisadiyyatımız olmasaydı, əvvəlki illərdə bu güclü potensialı yaratmasaydıq, biz bu işin öhdəsindən çətin gələ bilərdik. Ancaq bununla bərabər, o çətin günlər göstərdi ki, Azərbaycan xalqı çox işlərə qadirdir və bütün xalq səfərbər olunmuşdu. Sahilbərkitmə işlərinin aparılması üçün Bakıdan, başqa yerlərdən maşın karvanı ilə böyük daşlar, qayalar gətirilirdi. Ancaq o fəlakətin qabağında bəzi hallarda biz gücsüz idik. Çünki sular, sellər bütün bəndləri dağıdırdı, göllər daşırdı. O vaxt qarşımızda ancaq və ancaq insanları xilas etmək, bununla bərabər, sahilbərkitmə işlərini görmək məsələsi dayanmışdı. Bu gün xarici mütəxəssislər tərəfindən hazırlanmış təqdimat barədə mənə məlumat verildi. Biz göstəriş vermişdik ki, fəaliyyətimizi xarici mütəxəssislərlə bərabər görüləcək işlər əsasında quraq. Elə edək ki, gələcəkdə özümüzü bu bəladan birdəfəlik sığortalayaq. Bu gün görülən işlər artıq onu göstərir ki, biz düzgün istiqamətdə addımlayırıq. Xaricdən dəvət olunmuş mütəxəssislər bizim üçün böyük bir inkişaf planı hazırlayırlar. Onun əsasında bütün işlər öz həllini tapacaqdır. Sahilbərkitmə, bəndbərkitmə işləri, suların idarə olunması və tənzimlənməsi, su anbarlarının fəaliyyəti, çayların lildən təmizlənməsi, yəni, bütün bu kompleks tədbirlər görüləcək ki, gələcək illərdə özümüzü bu bəladan xilas edə bilək.

Ancaq bir də demək istəyirəm ki, bu ilin yaz ayları bizim üçün nə qədər çətin olsa da, o qədər də şərəfli idi. Çünki son illər ərzində Azərbaycanın hər bir yerində biz ancaq tikinti-quruculuq, abadlıq, inkişaf görürük. Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşayırlar, maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır. Bütün şəhərlər, rayonlar abadlaşır, yollar salınır, müəssisələr tikilir - yəni, bu illərdə biz bunu görürdük. Allah bizi bu bəladan qoruyurdu. Ancaq nə edək ki, təbiət qarşısında bəzən insanlar aciz olurlar. Ancaq Azərbaycan xalqı bu fəlakət qarşısında bir daha gücünü, məharətini, peşəkarlığını göstərdi. Bu kəndin sakinləri ilə bərabər, bütün qurumlar - dövlət məmurları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, ordumuz, polis qüvvələri gecə-gündüz işləyirdilər. Təhlükə altındakı məntəqələrdən insanları başqa yerə köçürmək, sonra o yerləri, o evləri qorumaq üçün nə qədər böyük işlərin görülməsi tələb edilirdi. Deyə bilərəm ki, biz bir dənə də xoşagəlməz hala rast gəlmədik. Bu çətin anlarda, əlbəttə, hər bir vətəndaş bir məqsədi güdürdü ki, təbii fəlakətdən əziyyət çəkənlərin tezliklə köməyinə gəlsin, onlara dəstək versin. Həm dövlət qurumları, dövlət şirkətləri, eyni zamanda, özəl şirkətlər də özlərini yaxşı tərəfdən göstərdilər. Özəl şirkətlər bazar iqtisadiyyatı əsasında fəaliyyət göstərirlər. Onlar da bütün bu işləri təmənnasız görürdülər. Texnika, fəhlələr, işçilər gəlirdi, işləyirdilər. Onlar da öz üzərlərinə böyük maliyyə öhdəliyi götürmüşdülər və sonra da dövlətdən bir manat da kompensasiya istəməmişlər. Yəni, bu da göstəricidir.

Bütün bu anlar, aylar yenə də deyirəm, nə qədər çətin olsa da, bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşlarına həmişə ilk növbədə qayğı göstərir və göstərəcəkdir. Azərbaycanda güclü sosial siyasət aparılır və istənilən məsələni həll etmək üçün bizdə həm iradə, həm güc, həm də peşəkarlıq vardır. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı arzulayram.

X X X

Tədbirdə iştirak edən Sabirabad rayonunun Şıxlar kəndinin sakini Ağaşirin TARIVERDİYEV də qısa vaxt ərzində təbii fəlakət zonasında aparılan genişmiqyaslı işlərə görə Prezidentə sakinlərin minnətdarlığını bildirdi. O, dövlətimizin başçısını evinə qonaq dəvət etdi.

Prezident İlham Əliyev sonra Şıxlar kəndinə gəldi. Dövlətimizin başçısı Ağaşirin Tarıverdiyevin yeni mənzilində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, daşqınlardan ciddi zərər çəkmiş Şıxlar kəndində yeni evlər tikilmişdir. Yeni mənzillərdən 292-si ikiotaqlı, 272-si üçotaqlı, 27-si isə dördotaqlıdır. Evlərdə kommunal infrastruktur da müasir tələblərə uyğun qurulmuşdur. Yeni mənzillərin inşası ilə yanaşı, rayon ərazisindəki 344 evdə bərpa-gücləndirmə işlərinə də başlanmışdır. Həmin evlərdən 64-ü artıq hazır vəziyyətə gətirilmişdir. Daşqınlardan ziyan çəkmiş 2.947 ailəyə maddi yardım göstərilmişdir.

Prezident İlham Əliyev çay süfrəsi arxasında yeni evin sahibləri ilə söhbət etdi.

######

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir