Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Prezident İlham Əliyev son 20 ildə apardığı islahatlarla güclü ordu yaratmağa nail oldu – ŞƏRH

Prezident İlham Əliyev son 20 ildə apardığı islahatlarla güclü ordu yaratmağa nail oldu –  ŞƏRH

Bakı, 15 oktyabr, AZƏRTAC

Milli Müdafiə Universitetinin dosenti, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Zəfər Nəcəfov “Prezident İlham Əliyevin son 20 ildə ordu quruculuğu sahəsində nailiyyətləri” adı məqalə yazıb.

Məxsusi olaraq AZƏRTAC üçün yazılan araşdırma məqaləsini təqdim edirik:

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycanda hakimiyyətdə olmasından 20 il ötür. Bu illər ərzində Azərbaycan Cənubi Qafqazda bütün parametrlər üzrə lider dövlətə çevrilib. Əslində Azərbaycanın modern bir dövlətə çevrilməsi ideyası Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyətinin əsas leymotivini təşkil edib. Ulu Öndər Azərbaycanı parçalanmadan xilas etdisə, dövlətimizin başçısı İlham Əliyev ölkəmizin regional və beynəlxalq münasibətlərdə mövqeyini xeyli gücləndirdi. Heç şübhəsiz, bu nailiyyətlərin zirvəsində ordu quruculuğunun rasional şəkildə davam etdirilməsi və nəticədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulması hesab olunur. 2023-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gələn ölkə başçısı İlham Əliyev ordu quruculuğunu idarəçiliyin prioritet istiqaməti kimi saxlanılması istiqamətində ciddi və uzunmüddətli işlər görməyə başladı. Bu istiqamətdə həyata keçirilmiş islahatların əsas vektorları aşağıdakılar hesab edilir:

1.Ordu quruculuğunun prioritet istiqamət kimi saxlanılması və onun maddi-texniki bazasının, müdafiə sənaye kompleksinin yaradılması və inkişaf etdirilməsi.

Son 20 ildə Azərbaycanın müdafiə xərclərinin artım dinamikasına nəzər salmaq bəs edir ki, bu sahəyə dövlət diqqətinin mahiyyətini dərk edəsən. Qeyd edilən illərdə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dollardan 5,3 milyard manat vəsaitədək yüksəlib. Bu, Azərbaycanın müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri ən böyük hərbi büdcəsidir (manatla).

2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsində, inkişafında və şaxələndirilməsində mühüm rol oynayıb. Həmin illərdən başlayaraq Azərbaycanın müdafiə büdcəsi neft gəlirləri hesabına kəskin şəkildə artıb, ordunun maddi-texniki bazası müasirləşdirilib, yeni silahlar alınıb, hərbi və hərbi-texniki əməkdaşlıqda şaxələndirmə həyata keçirilib, Silahlı Qüvvələrimiz NATO-nun çoxmillətli qüvvələri tərkibində 2008-ci ilədək Kosovoda və İraqda, 2021-ci ilin yayınadək Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib və öz beynəlxalq əməkdaşlığını genişləndirməyə müvəffəq olub. Bundan əlavə, 2012-ci ildən etibarən Azərbaycan ilə Türkiyə arasında ikitərəfli, 2013-cü ildən isə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi təlimlərin əsası qoyulub.

Müxtəlif tədqiqat mənbələrinin verdiyi məlumata görə, 2009-2019-cu illərdə Azərbaycan hərbi ehtiyaclara 20 milyard dollar xərcləyib. Bir başqa mənbəyə əsasən 2010-2020-ci illər arasında Azərbaycan ordu quruculuğuna 24-42 milyard dollar xərcləyib. Göstərilən statistik faktlar ordu quruculuğuna olan dövlət diqqətinin əyani sübutu hesab edilir.

2. Azərbaycanda ordu quruculuğunun konseptual əsasları. İlham Əliyevin hakimiyyəti illərində ölkənin hərbi quruculuğunun tərkib hissəsi olan milli və hərbi təhlükəsizliyin konseptual əsaslarını özündə əks etdirən strateji xarakterli bir sıra sənədlər - “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Təhlükəsizlik Konsepsiyası, Hərbi Doktrina, Dəniz Təhlükəsizlik Strategiyası, Silahlı Qüvvələr haqqında Qanun qəbul edilib. Həmin qanunlarda ölkəmizin hərbi sahədə maraqları, ona qarşı real və potensial təhdidlər və müdafiə siyasəti yer alıb. Xüsusən də Milli Təhlükəsizlik Konsepsiyasında (2007) hərbi təhlükəsizliklə bağlı məsələlər ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin tərkib hissəsi kimi ifadə edilib.

3. Azərbaycanın müdafiə potensialının şaxələndirilməsinin milli və hərbi təhlükəsizliyimizin qorunması və təmin olunması baxımından  əhəmiyyəti.

Azərbaycan-Rusiya hərbi-texniki əlaqələrinin inkişafı nəticəsində əvvəllər Rusiya Azərbaycanın bir nömrəli silah təchizatçısına çevrilmişdi. Lakin Azərbaycan paralel olaraq, İsrail və Türkiyə ilə hərbi əməkdaşlığı da inkişaf etdirməyi bacardı və ordu quruculuğu sahəsində Rusiyanın üstünlüyünə imkan vermədi. Məhz bu əməkdaşlıq sahəsində Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı üzərində inamlı qələbə qazandı.

Postmüharibə dövründə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirib və mini türk ordu modelinə keçib, Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalayıb. Ölkəmizdə komando tipli hərbi hissələr yaradılıb. Ümumilikdə, İkinci Qarabağ müharibəsindən sonra 200-ə yaxın hərbi təyinatlı obyekt əsaslı təmir edilib və ya yenidən inşa olunub.

Bir ay öncə, Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin tam bərpa olunması orduların beynəlxalq reytinqində Silahlı Qüvvələrimizin daha da irəliləməsinə zəmin yaradacağı şübhə doğurmur.

Son 20 ildə Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi sistemli fəaliyyətlər aşağıdakı nəticələrə gəlməyə imkan verir:

1. Azərbaycan modern, yüksək təlim keçmiş, müasir müharibə tələblərinə yaxşı uyğunlaşmış güclü ordu yaratmağa nail olub. Ölkənin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün yüksək səviyyədə təmin edilməsi şübhə doğurmur.

2. Öz silah arsenalını mütəmadi olaraq yeni nümunələrlə zənginləşdirən Azərbaycan milli səviyyədə də müdafiə təyinatlı silahların istehsalına xüsusi önəm verir.

3. Ölkəmiz müdafiə potensialını şaxələndirməklə Rusiyanı hərbi-texniki sahədə üstünlüyü ələ keçirməsinə imkan vermir.

4. Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinə 44 gün ərzində son qoyan Azərbaycan ən müasir müharibələrə mükəmməl hazırlıq nümayiş etdirməklə dünyanın qabaqcıl ölkələrinin hərbi qərargahlarını Vətən savaşını öyrənməyə vadar etdi.

5. Əldə etdi tarixi qələbə ilə Azərbaycan qardaş Türkiyənin və dost İsrailin hərbi sənaye kompleksinin nəyə qadir olduğunu da isbatladı.

6. Azərbaycanın güclü və qalib orduya malik olması İranın ölkəmizə qarşı aqressiv ritorikasının dəyişməsinə, Türkmənistanla mübahisəli neft yataqlarının dostluq yatağına və türk dünyasının güclü və nüfuzlu təşkilata çevrilməsinə, ölkəmizə qarşı qərəzli münasibət bildirənlərə layiqli cavab verilməsinə və nəhayət, tarixi torpaqlara qayıdışın mümkünlüyünə olan inamın artmasına gətirib çıxarıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı