Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev XIX Azərbaycan Beynəlxalq qida sənayesi və VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdurVIDEO

Bakı, 22 may (AZƏRTAC). Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində “WorldFood Azerbaijan-2013” XIX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri ilə tanış olmuşdur.

Kənd təsərrüfatı naziri İsmət Abasov dövlətimizin başçısına məlumat verdi ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan aqrar bölmənin inkişafı respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasına, əhalinin rifahının yüksəlməsinə önəmli töhfəsini verməkdədir. Ən son texnologiyaların qida sənayesində tətbiqi bu sektorun inkişafı, istehsal olunan məhsulların keyfiyyəti və rəqabətə davamlılığı baxımından çox mühümdür. Bu baxımdan ölkəmizdə təşkil olunan sərgilər böyük əhəmiyyət kəsb edir və aqrar sahənin inkişafına müsbət təsirini göstərir.

Qeyd olundu ki, ənənəvi “WorldFood Azerbaijan-2013” və “Agrihort Azerbaijan-2013” sərgiləri ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir.

Vurğulandı ki, builki sərgilərin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğu dövrə təsadüf etməsi bu tədbirlərin əhəmiyyətini daha da artırır. Azərbaycan iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatı və emal sənayesinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət kənd təsərrüfatının davamlı inkişafı üçün əlverişli şərait yaratmışdır. Təşkil olunan hər iki sərgi bu inkişafın daha bir göstəricisidir.

Bildirildi ki, hər iki sərgi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilir. “WorldFood Azerbaijan-2013” sərgisində MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir. İştirakçıların ümumi sayının 38 faizini təşkil edən yerli şirkətlər də sərgidə böyük fəallıq göstərirlər. Bu il sərgidə Naxçıvan Muxtar Respublikası ayrıca pavilyonla çıxış edir. Bu pavilyonda Naxçıvanın məşhur mineral suyu, habelə xörək duzu, un və qənnadı məmulatları nümayiş etdirilir.

Budəfəki qida sənayesi sərgisində 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40 faiz artması bu tədbirə marağın ildən-ilə çoxaldığını göstərir.

Diqqətə çatdırıldı ki, qida sənayesi sərgisi ilə eyni məkanda keçirilən və artıq yeddinci dəfə təşkil olunan “Agrihort Azerbaijan-2013” sərgisi aqrar kompleksin aparıcı nümayəndələrini, habelə kənd təsərrüfatı məhsullarının istehsalçı və təchizatçılarını bir araya gətirir. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün, habelə istixana avadanlığı, suvarma sistemləri, toxumlar, gübrələr, heyvanlar və balıqlar üçün yemlər və s. məhsullar nümayiş etdirilir.

Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış oldu.

ABŞ-ın Ət İxracı Federasiyasının stendi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, federasiya bütün dünyada Birləşmiş Ştatların ət məhsullarını təşviq edən, bu ölkənin qırmızı ət məhsulları üçün yeni imkanların yaradılması və mövcud beynəlxalq bazarların genişləndirilməsi ilə məşğuldur. Şirkət, habelə istehlakçıların ABŞ-da istehsal olunan ət məhsullarının keyfiyyət xassələri haqqında maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

Bildirildi ki, Hollandiyanın “Royal Brinkman” şirkəti 1885-ci ildə yaradılmışdır. Əsasən bağçılıq və istixana təsərrüfatları üçün avadanlıq istehsalı ilə məşğul olan şirkət 125 ildir ki, dünyanın bu sahədə ən aparıcı qurumlarından biridir. Şirkətin dünyada 250-dən çox nümayəndəliyi vardır. Bu şirkətin nüfuz qazanmasının əsas səbəbi müştərilərini yüksək keyfiyyətli xidmət və məhsullarla təmin etməsidir.

Sərgidə ziyarətçilərə imkanlarını geniş çeşiddə təqdim edən müəssisələrdən biri də “AzFP Co LTD” MMC-dir. Müəssisənin “Milla” brendi ilə istehsal etdiyi 50 adda süd və dondurma məhsulları istehlakçıların rəğbətini qazanmışdır. Bundan başqa, şirkət polistirol və polipropilen kisələr, eləcə də birdəfəlik plastik qablar da hazırlayır. Gündəlik istehsal gücü 250 ton olan müəssisə qısa zamanda Azərbaycanın bütün bölgələrində geniş alıcı kütləsi toplamışdır.

Bildirildi ki, İranda manna yarmasından hazırlanan makaronun ilk və ən böyük istehsalçısı olan “Zar Macaron” şirkəti də keyfiyyətli və yüksək səviyyəli məhsullar hazırlayır.

Prezident İlham Əliyev “Helmaks” şirkətinin stendi ilə də tanış oldu.

Qeyd edildi ki, şirkət qaramalın və davarın kəsilməsi üçün yüksək səviyyəli texnika hazırlayır. “Helmaks” şirkəti dünyada ən müasir avadanlığın layihələndirilməsi və istehsalı üçün davamlı olaraq tədqiqat və təkmilləşdirmə işlərini həyata keçirir.

“Shebekinsky machine-building plant” ASC isə çörək və şirniyyat məmulatlarının hazırlanması üçün nəzərdə tutulan sobaların istehsalı sahəsində 70 illik təcrübəyə malikdir.

Prezident İlham Əliyev Latviyanın da pavilyonuna baxdı.

Diqqətə çatdırıldı ki, Latviya sərgidə üç şirkətlə təmsil olunur. Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin məqsədi daha çox xarici investisiyalar cəlb etməklə latviyalı sahibkarların həm daxili, həm də xarici bazarlarda rəqabətə davamlılığını artırmaq və biznesin inkişafını təşviq etməkdir. Latviyanın “Jaunpils Süd Zavodu” şirkəti pendir və kəsmik istehsalı ilə məşğuldur. Məhsul istehsalında heç bir konservantdan istifadə edilmir. Əsas ofisi Riqada yerləşən “Laima” şirkəti isə Latviyanın ən böyük şirniyyat istehsalçısıdır.

Dövlətimizin başçısı “Grand Motors” şirkətinin pavilyonunda da oldu.

Diqqətə çatdırıldı ki, şirkət sərgidə kənd təsərrüfatı texnikası və avadanlığını təqdim edir. 2005-ci ildən fəaliyyətdə olan müəssisə əsasən tikinti və kənd təsərrüfatı texnikalarının idxalı və satışı sahəsində böyük təcrübəyə malikdir. Müəssisə, həmçinin İtaliyanın “New Holland” və “Maschio Gaspardo” şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəsidir.

Sərgidə təmsil olunan yerli şirkətlərdən biri də “ASPI AGRO” MMC-dir. Şirkət öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycanın şərabçılıq ənənələrinə əsaslanaraq üzümün yetişdirilməsindən yüksək keyfiyyətli məhsulların buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.

Almaniyanın “CLAAS Global Sales GMBH” şirkəti də sərgidə təmsil olunur. Şirkətin Azərbaycandakı təmsilçiliyi müştərilərə “CLAAS” markalı kənd təsərrüfatı texnikası təqdim edir. “CLAAS” şirkəti təxminən 100 ildir ki, məhsul yığımı dövründə müştərilərin işini asanlaşdıran kənd təsərrüfatı maşınları üçün yüksək texnologiyalı həll variantları işləyib hazırlayır. Müəssisə, həmçinin sahələrdə texnikaya yüksək keyfiyyətli xidmət göstərir və maşınları orijinal ehtiyat hissələri ilə təchiz edir.

İndoneziya sərgidə ayrıca pavilyonda təmsil olunur. Bu ölkənin pavilyonunda qənd, ədviyyat, çay, kofe, kakao, dəniz məhsulları və digər məmulatlar nümayiş etdirilir.

Sərgidə təmsil olunan yerli şirkətlərdən biri “Azərtoxum” MMC-dir. Cəmiyyətin fəaliyyətə başladığı gündən əsas hədəfi fermerləri yüksək reproduksiyalı toxumla təmin etməkdir. Müəssisənin illik istehsal gücü 250 min tondur. İstehsal prosesi əsasən dörd sahəni əhatə edir.

“Azəryem” MMC də müştərilərə ekoloji cəhətdən təmiz məhsullar təqdim edir.

Pavilyonlarla tanış olan dövlətimizin başçısına bildirildi ki, bütün Qafqaz regionunun qida sənayesində və kənd təsərrüfatında ən iri hadisə olan bu sərgilər müvafiq sahələrin inkişafına, iş adamları arasında işgüzar əməkdaşlığın genişlənməsinə, məhsul istehsalının təkmilləşdirilməsinə və istehsalatda modern texnologiyaların tətbiqinə imkan yaradacaqdır.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir