Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan hakimiyyətinin vətəndaş təşəbbüslərinə verdiyi önəmdir

Bakı, 16 aprel (AZƏRTAC). Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 5 illiyi münasibətilə yubiley mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, mərasimdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri qatılmışlar.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının dövlətlə vətəndaş cəmiyyəti institutları arasında mühüm əməkdaşlıq körpüsü olduğunu vurğulamışdır. Ə.Həsənov bildirmişdir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan adlı vətəndaş cəmiyyəti platformasında 5 ildir cəmiyyətin əsas institutlarından biri kimi bizimlə bir sırada addımlayır. Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra demokratik və siyasi plüralistik cəmiyyət quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi elan etmişdi. Bu istiqamət Ulu Öndərin təşəbbüsü ilə işlənib hazırlanaraq 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının mühüm prinsiplərindən biri kimi ölkəmizin əsas qanunvericilik bazasına daxil edildi. 1997-ci ildə biz ilk dəfə BMT ilə birlikdə bu istiqamətdə Resurs Mərkəzi yaratdıq. Əlbəttə, bu mərkəz QHT-lərə yalnız informasiya dəstəyi verə bilirdi. Amma bu gün Azərbaycan xarici QHT-lərə donorluq edə bilir. Bu yaxınlarda dövlətimizin başçısının tapşırığı və QHT-lərin missiyasına daxil olan yeni təşəbbüslə biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə xarici QHT-lər üçün qrant layihələri elan edəcəyik.

Ötən dövrdə bu istiqamətdə görülmüş işlərə nəzər salsaq, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin məğzini anlamış olarıq, - deyən Ə.Həsənov bildirmişdir ki, Azərbaycan cəmiyyəti demokratik bir cəmiyyətdir. Bu cəmiyyətdə vətəndaş təşəbbüsləri dövlət səviyyəsində dəstəklənir. Biz nəinki təkcə vətəndaş təşəbbüslərinə meydan veririk, eyni zamanda, o təşəbbüslərin reallaşması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Vətəndaş təşəbbüsləri sistemləşdirilərək həm Azərbaycanın daxili, həm də xarici siyasətində milli resurs kimi istifadə olunur.

Şöbə müdiri qeyd etmişdir ki, vaxtilə dövlət tərəfindən irəli sürülən Şuranın yaradılması təşəbbüsünə bəzi dırnaqarası “dostlar” şübhə ilə yanaşırdı. Yadınızdadırsa, 5 il bundan əvvəl bu Şuranın yaradılması ərəfəsində biz beynəlxalq təşkilatlarla birlikdə böyük müşavirə keçirdik. O müşavirədə açıq şəkildə bəyan etdim ki, Azərbaycan dövlətinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaratması və konsepsiya qəbul etməsi, o cümlədən dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması yalnız bir məqsədə xidmət edir - bütün fəal vətəndaşların təşəbbüsləri dövlət tərəfindən dəstəklənsin, onların dövlət həyatında iştirakı təmin olunsun və bu istiqamət Azərbaycanın gücünə güc qatsın. Bu gün demək olar ki, bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində QHT-lərdən və ictimai şuralardan istifadə olunur. Bu gün bütün qanun və qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi nəzərə alınır. Biz bunu Azərbaycanı insan hüquqlarının, vətəndaş təşəbbüslərinin pozulması ilə ittiham edən təşkilatların diqqətinə çatdırmalıyıq.

Bu gün dünyada QHT-lərin maliyyələşməsində subyektiv mülahizələrin, subyektiv məqamların əksini tapdığını vurğulayan Ə.Həsənov demişdir ki, bizi tənqid edən, islamafobiya xəstəliyinə tutulmuş beynəlxalq QHT-lər, hüquq müdafiə təşkilatları vardır. Bu gün bəlli dövlətlərin, bəlli qüvvələrin sifarişlərini yerinə yetirərək, müəyyən dövlətlərə, xalqlara qarşı kampaniya aparırlar. Onlardan fərqli olaraq, Azərbaycanda dövlətdən maliyyə yardımı alan heç bir QHT-yə dövlət tərəfindən sifariş verilmir. Bu mənada Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmiş və beş ildir ki, bizimlə addım-addım gələcəyə doğru irəliləyən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan hakimiyyətinin, Azərbaycan cəmiyyətinin vətəndaş təşəbbüslərinə verdiyi önəmdir.

Biz vətəndaş cəmiyyəti institutlarına, azad mediaya, siyasi partiyalara və bütövlükdə vətəndaş cəmiyyətini təmsil edən digər qurumlara ona görə dəstək vermirik ki, bunları kiməsə göstərmək istəyirik. Ona görə dəstək veririk ki, bu, bizim inkişafımızın əsas atributlarıdır, bu, bizim tutduğumuz yolun əsas mahiyyətini təşkil edir və biz vətəndaş cəmiyyəti quruculuğu ilə xalqımızın, dövlətimizin maraqlarını təmin edirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun yaranma tarixi barədə məlumat verərək bildirmişdir ki, Şuranın 11 üzvündən 8-i QHT-lərin, 3-ü isə müvafiq dövlət qurumlarının təmsilçiləridir. Keçən il Şura üzvlüyünə ikinci seçkilər keçirilmiş və dövlətimizin başçısının Sərəncamı ilə yeni Şura üzvləri təyin edilmişdir. Şuranın qərarları Katiblik tərəfindən həyata keçirilir.

Ötən 5 ildə Şura Azərbaycan cəmiyyəti, Azərbaycan Hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi naminə Şura 1500-dən artıq QHT layihəsini dəstəkləmişdir. Həyata keçirilmiş layihələr çərçivəsində 2 minə yaxın təlim keçirilmiş, 21 film, 67 elektron resurs yaradılmış, 152 kitab çap edilərək yayılmışdır.

Şura sədri qeyd etmişdir ki, ötən 5 ildə qurumun fəaliyyətini beynəlxalq standartlara uyğun qurulması, QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi baxımından uğurlu saymaq olar.

Yubiley münasibətilə Şuranı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar adından Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobia təbrik etdi. R.Kobia bu illər ərzində Azərbaycan QHT-ləri ilə Avropa İttifaqının müvafiq qurumları arasında əməkdaşlığın davam etdirildiyini və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində QHT əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

QHT-lər adından Şuranı təbrik edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni 5 il ərzində Şura-QHT əməkdaşlığının yüksək səviyyədə qurulduğunu və Şuranın QHT-lərdən gələn bütün dəyərli təşəbbüsləri dəstəklədiyini qeyd etdi.

Sonra R.Zeyni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətində göstərdiyi xidmətə görə A.Quliyevə Milli QHT Forumunun nişanını təqdim etdi.

Tədbirdə, həmçinin Şuranın 5 illik fəaliyyətini əks etdirən kitabın və filmin təqdimatı keçirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq