Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşmüşdür

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşmüşdür

Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşmüşdür. Prezident deputatları salamlayaraq dedi:

-İlk növbədə mən sizin hamınızı - Yeni Azərbaycan Partiyasının üzvlərini parlament seçkilərində qazandığınız qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi və bu gün parlamentin birinci iclası keçiriləcəkdir. Bildiyiniz kimi, seçkilər çox ədalətli, şəffaf şəkildə keçirildi. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi gözlənilən qələbəni əldə etdi.

Partiyamız son 5 il ərzində - keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bilmişdir. Partiyamız, sözün əsl mənasında, ümumxalq partiyasıdır, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır. Partiyamızın təşəbbüsü ilə ölkədə çox mühüm işlər görülmüşdür. Partiya 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə müxalifət partiyası kimi yaranmışdır. Ancaq partiyamız bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur. Hətta müxalifətdə olan dövrdə heç vaxt milli maraqlara zidd heç bir addım atmamışdır. Əksinə, Azərbaycanda o illərdə hakimiyyətdə olan qüvvələrin milli maraqlara diqqət yetirməsi üçün səylər göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının tələbi və səyi ilə Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev 1993-cü ildə prezident vəzifəsinə seçilmişdir. O dövrdən sonra partiyamız hakim partiyadır. Mən bu tarixi ona görə xatırlayır və qeyd etmək istəyirəm ki, partiyamız həm müxalifətdə, həm iqtidarda olmuşdur. Bugünkü Azərbaycanın reallıqları onu göstərir ki, partiyamız hələ uzun illər bundan sonra hakim partiya kimi fəaliyyətini davam etdirəcəkdir.

Partiyamızın çox geniş beynəlxalq əlaqələri vardır. Biz tərəfdaş partiyalarla çox səmərəli əməkdaşlıq edirik. Beynəlxalq əlaqələrimiz həm partiyanın, həm də ki, ölkəmizin maraqlarına xidmət göstərir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, cəmiyyət tərəfindən Yeni Azərbaycan Partiyası böyük rəğbət qazana bilmişdir. Nümayəndələrimizin seçkilərdə qələbəsi bunun əyani sübutudur. Hər bir namizəd əlbəttə ki, öz dairəsində öz kampaniyasını aparmışdır. Ancaq təsadüfi deyil ki, bu dəfə qələbə qazanmış namizədlərimizin sayı daha da çox olmuşdur. Bu onu göstərir ki, Azərbaycan xalqı bizim partiyaya olan münasibətini seçkilərdə belə şəkildə göstərir. Əlbəttə ki, partiyamızın dəstəyi seçilmiş deputatların qələbə qazanmasında mühüm rol oynamışdır.

Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə digər siyasi partiyalar üçün yaradılan şəraitdən də danışdı. Qeyd etdi ki, bütün siyasi qüvvələr Azərbaycanın siyasi həyatında fəal rol oynamalıdırlar.

Sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan danışaraq dedi:

- Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu haqqında geniş danışmaq olar. Mən partiyanın sədri kimi çox şadam ki, son illər ərzində partiyaya olan axın güclənir, xüsusilə partiyamızın sıraları gənclər hesabına genişlənir. Bu, onu göstərir ki, partiyamızın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir.

İqtidar partiyası olmaq o qədər də asan deyildir. Adətən hər şeyi tənqid etmək, yaxud da ki, proseslərdən kənarda qalmaq daha da asandır. İqtidar partiyası olmaq böyük məsuliyyətdir və ölkədə gedən bütün proseslər istər-istəməz partiyamızın adı ilə bağlıdır, çünki partiyanın nümayəndələri rəhbərlikdə təmsil olunurlar. Ancaq ölkəmizdə həm siyasi, həm iqtisadi proseslər müsbət istiqamətdə getdiyinə görə, əlbəttə ki, cəmiyyətdə olan gözəl ab-hava partiyamızın gücləndirilməsinə xidmət göstərir.

Keçirilən parlament seçkiləri Azərbaycanda islahatların düzgün istiqamətdə aparıldığını bir daha təsdiq etmişdir. Ölkəmizdə quruculuq-abadlıq işlərinin görülməsi xalq tərəfindən dəstəklənir və hesab edirəm ki, seçkilərdəki nəticələr, məhz, bu reallığı əks etdirir.

Milli Məclis son beş il ərzində səmərəli işləmiş, çoxlu qanunlar qəbul edilmiş, parlamentin beynəlxalq əlaqələri genişlənmişdir. Milli Məclisin ölkəmizin həyatında rolu artmaqdadır və bu müsbət haldır. Hakimiyyətin bütün qolları ölkədə gedən proseslərdə fəal iştirak etməlidirlər və əlbəttə ki, Milli Məclisin uğurlu fəaliyyəti bütövlükdə ölkəmizdə gedən proseslərə müsbət təsir göstərmişdir.

Milli Məclisin rəhbər orqanları da, rəhbər vəzifələri tutanlar da öz fəaliyyəti ilə bu müsbət meyilləri gücləndirmişlər. Mən keçən beş il ərzində Milli Məclisin ümumi fəaliyyətini yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu meyillər, yəni, bu kurs davam etdirilməlidir.

Milli Məclisin yeni tərkibində müəyyən dəyişikliklər olmuşdur. Bu da təbiidir, çünki həyat yerində durmur. Deputatların müəyyən faizi ilk dəfə seçilmiş deputatlardır. Bu da lazımdır. Yəni bu, əlbəttə ki, vətəndaşların iradəsi ilə həll olunan məsələdir. Ancaq bu da təbii prosesdir və cəmiyyətdə gedən islahatların təzahürüdür.

Milli Məclisin rəhbər vəzifələrini tutan şəxslərə gəldikdə, hesab edirəm ki, onların fəaliyyətini bütövlükdə müsbət fəaliyyət kimi qiymətləndirmək olar.

Milli Məclisin ötən beş ildəki fəaliyyətini yüksək qiymətləndirən partiyanın sədri İlham Əliyev parlament rəhbərliyində hər hansı dəyişiklik üçün heç bir əsas olmadığını söylədi.

Dövlətimizin başçısı Milli Məclisin sədrliyinə yenidən partiyanın üzvü Oqtay Əsədovun, sədrin birinci müavini vəzifəsinə partiyanın üzvü Ziyafət Əsgərovun, sədr müavinləri vəzifəsinə partiyanın üzvü Bahar Muradovanın və bitərəf deputat Valeh Ələsgərovun namizədliklərini təklif edərək bildirdi:

- Bir daha demək istəyirəm ki, Milli Məclisin Azərbaycanın müasir inkişafında çox mühüm rolu və funksiyaları vardır. Parlament seçkiləri bunu bir daha göstərdi. Çünki parlament seçkilərinə cəmiyyətdə olan maraq bir daha onu göstərir ki, vətəndaşlarımız istəyirlər ki, onların layiqli nümayəndələri onları Milli Məclisdə təmsil etsinlər.

Seçkilər tam şəffaf, demokratik şəkildə keçirilmişdir və bunu həm vətəndaşlarımız bilirlər, həm də beynəlxalq təşkilatlar qeyd ediblər. Ona görə də mən parlamentin gələcək fəaliyyətini çox uğurlu görürəm və bunu arzulayıram. Hesab edirəm ki, artıq Azərbaycanda parlamentarizm ənənələri yaranmışdır. Bu, müsbət ənənələrdir. Parlamentdə sivil, mədəni siyasi mübarizə aparmaq üçün bütün imkanlar vardır. Hesab edirəm ki, Milli Məclisin yeni tərkibi məhz bu sivil, mədəni siyasi mübarizə qaydalarının tətbiq edilməsi işinə daha da dəyərli töhfələr verəcəkdir.

Prezident İlham Əliyev parlamentdə sivil mübarizəyə xas olmayan metodların artıq arxada qaldığını diqqətə çatdırdı və yeni tərkibdə Milli Məclisə uğurlar arzulayaraq dedi:

- Hesab edirəm ki, yeni tərkibdə Milli Məclis həm peşəkarlıq, həm intellektual baxımından Azərbaycanın inkişafına töhfəsini verməyə qadirdir. Mən çox şadam ki, Azərbaycan xalqının seçimi düzgün olmuşdur. İstənilən seçim düzgün seçimdir, çünki bu, xalq tərəfindən edilən seçimdir. Amma mən çox şadam ki, Azərbaycan cəmiyyəti artıq elə yüksək pilləyə qalxıb ki, ən dəyərli nümayəndələrini seçməyə qadirdir.

Mən ümid edirəm ki, növbəti beş ildə yeni Milli Məclis və əlbəttə, onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafını Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcəkdir.

Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Azərbaycana gələn xarici turistlərin sayı 36 faiz artıb

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində gümüş medal qazanıb

Ulu Öndər Heydər Əliyev hər bir qələbəmizin rəmzidir - ŞƏRH

Türkiyə parlamentinin sədri Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib

“Azərişıq” Qurban bayramında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək

Çinin hərbi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Baş nazir və Milli Məclisin sədri Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Türkiyə ordusu İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Cəlilabadda birgə tədbir keçiriblər

Türkiyənin müdafiə naziri: NATO-ya alternativ axtarmaq cəhdləri uğursuzluğa məhkumdur

NBA: “Dallas Maveriks” final seriyasını uzadıb

Milli Hidrometeorologiya Xidməti baş verə biləcək sel və daşqınlarla əlaqədar xəbərdarlıq edib

Şamil Ayrım: Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları ilə qürur duyur

Muxtar Respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi həyata keçiriləcək

Macarıstan Aİ-nin Ukrayna ilə danışıqlar üzrə Budapeştin şərtini qəbul etdiyini bildirib

Attila Tilki: Azərbaycanın mədəniyyət paytaxtında toplaşmağımız qürurvericidir

Sabah ölkə ərazisində havanın yağmursuz keçəcəyi gözlənilir

Füzulidə “Milli Qurtuluşdan Zəfərə” adlı məktəblilərin yaradıcılıq festivalı keçirilib VİDEO

Zafer Sırakaya: TDT ölkələrinin parlamentlərarası və siyasi partiyalarının əlaqələri birliyimiz üçün önəmlidir

Şimali Kiprin Baş naziri: TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür

Hərbi Qənimətlər Parkında “2K11 Kruq” zenit-raket kompleksinin nümayişi Azərbaycan Ordusunun qəhrəmanlıq və şücaətinin bir nümunəsidir VİDEO

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Şuşada keçirilən plenar sessiyada TDT-nin qlobal təhlükəsizliyə regional töhfələri müzakirə edilib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Əli Əhmədov: Türk dünyası ölkələrinin indiyədək mövcudluğunun səbəbləri ortaq dəyərlərə malik olmalarıdır

Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir

Aktam Xaitov: TDT qlobal təhlükəsizliyə və regional inkişafa töhfə verməyə qadirdir

Milli Qurtuluş Günü ilə bağlı fləşmob hazırlanıb VİDEO

Aslana Əliyeva: Azərbaycan rəqsi zərifliyi ilə seçilir

Aktam Xaitov: Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır

AMANAT-ın icra katibi: Partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir

Daulet Kəribek: Şuşada keçirilən bugünkü konfransın yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacağına inanıram

Milli Qurtuluş Günü – Zəfər salnaməmizin başlanğıcı

TBMM-nin üzvü: Regionda normallaşma istiqamətində Azərbaycanın səylərinə dəstəyimizi davam etdiririk

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Birinci vitse-prezident Mehriban Əliyeva 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Dövlət Yol Polisi Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq

Tibb Universitetində əcnəbi tələbələr üçün "Miqrasiya qaydaları" mövzusunda tədbir keçirilib

Efkan Ala: Şuşa Bəyannaməsi bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir

Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri sağlam təməllər üzərində qurulub

Türkiyə XİN: “Bir millət, iki dövlət” olaraq əbədiyyən bir yerdə olacağıq

YAP Sədrinin müavini: Qlobal kataklizmlər fonunda dövlətçilik maraqlarının qorunması aktual və vacib məsələdir

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Tahir Budaqov: Ümummilli Liderin Türk dünyasında xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır

YAP Sədrinin müavini: Zəngəzur dəhlizinin reallaşdırılması Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək

Tahir Budaqov: Müasir Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır

Federasiya prezidenti: Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində gördüyü işlər bu gün öz bəhrəsini verir

Azərbaycan Prezidenti: Türk Dövlətləri Təşkilatı ölkələrinin siyasi partiyalarının əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır

Şuşanın dağıdılmış 200-dək tarix və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib

Prezident İlham Əliyev: Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin münasibətləri sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir

Nailə Əliyeva: Blogerlərin insanlara və ölkəyə daha çox fayda vermələrini istərdim

“Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

Avro-2024: Bu gün daha üç oyun baş tutacaq

Şuşada TDT-nin yeni strateji hədəfləri ilə bağlı beynəlxalq konfrans keçirilir

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Roma Papası süni intellektlə bağlı xəbərdarlıq edib

ABŞ isveçli neofaşistləri qara siyahıya salıb

Milli Qurtuluş Günündən başlayan Zəfər tariximiz

Kanada təbiətə görə məsuliyyət haqqında qanun layihəsini qəbul edən ilk ölkələrdəndir

Nəqliyyat Nazirliyi: Türkiyə dəniz daşımalarının həcmini genişləndirmək üçün səylərini artırır

“Coca-Cola” Rusiyada ticarət nişanlarını qeydiyyata alır

Əfsanəvi voleybolçu İnna Rıskalın 80 illik yubileyi keçirilib VİDEO

Macarıstan NATO-nun Ukraynadakı missiyalarında iştirak etməyəcək

Daha 254 müdafiəçinin meyitləri Ukraynaya qaytarılıb

Türkiyə Prezidenti İtaliyada keçirilən G7 sammitində iştirak edir

"Azərbaycanım" Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalının iştirakçıları ilə görüş olub

Füzulidə Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

Avro-2024: Almaniya millisi açılış oyununda Şotlandiyaya böyük hesabla qalib gəlib - YENİLƏNİB 7

Xərçəngə görə müalicə alan Keyt Middlton səhhəti ilə bağlı açıqlama yayıb

Gəncədə Mir Cəlal irsinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib

Naxçıvanda çimərlik mövsümü açıq elan edilib

Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Mikayıl Cabbarov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Türkiyədə amfibiya təyyarə qəzaya uğrayıb, heyət xilas edilib