Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət TƏHLİL

“Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət TƏHLİL

Bakı, 20 iyun, AZƏRTAC

Qafqaz dünyanın həm coğrafi, həm etnoqrafik, həm də siyasi mənada ən zəngin, rəngarəng və eyni zamanda, ziddiyyətli bölgələrindən biridir. Asiya və Avropanın sərhədində yerləşən bu regionda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, tarix boyu yan-yana yaşayan və yadelli işğalçıların mütəmadi hücumlarına məruz qalan Qafqaz xalqları bir-birindən dəstək gözləyir, ümumi düşmənlərə qarşı vuruşurdular. Onu da iddia etmək olar ki, taleyin amansız sınaqlarına məruz qalan Qafqaz xalqları çoxsaylı işğalçılara qarşı birgə mübarizədə qarşılıqlı dəstək sayəsində öz fiziki varlıqlarını və orijinal mədəniyyətlərini qoruyub saxlaya bildilər.

Məşhur yazıçı Rəsul Həmzətovun sözləri ilə ifadə etsək deyə bilərik ki, hər bir qafqazlının öz Qafqazı var. Qafqaz kimliyini Qafqaz xalqlarının, ümumən qafqazlıların hansısa ümumiləşdirilmiş, eyniləşdirilmiş obrazı şəklində təsvir etmək son dərəcə çətindir, həm də faydasız görünür. Qafqaz xalqlarının mədəni-tarixi fərqliliyi nəzərə alınmaqla ümumi maraqlara xidmət edən müttəfiqliyin, birliyin qurulması, xüsusilə xarici müdaxilələrə, çətinliklərə qarşı birgə müqavimət naminə birləşmək ideyaları zaman-zaman pozitiv ictimai şüur kimi müzakirə olunub və dövrün aydınları, liderləri tərəfindən həlli yolları axtarılıb. Bu təşəbbüslərdən biri də “Qafqaz evi” ideyasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

“Qafqaz evi” və ya “Qafqaz İttifaqı” ideyasının yeni olmadığını bildirən Ə.Abbasbəyli əlavə edib: “Bu, müasir formada XX əsrin əvvəllərində yaranıb və 1920-ci ildə Qafqazda müstəqil milli dövlətlərin süqutundan sonrakı siyasi mühacirət illərində də uzun inkişaf yolu keçib. Hesab edirik ki, tarixə qısa ekskurs edərək, ən vacib məqamları diqqətə çatdırmağa ehtiyac var. Belə ki, hələ, XX əsrin əvvəllərində “Azad Qafqaz” ideyasının praktiki həyata keçirilməsi istiqamətində ciddi addımlar atılıb. Şimali Qafqazdan, eləcə də Azərbaycan və Gürcüstandan gələn mühacirlər Türkiyədə “Qafqaz Komitəsi” təşkil ediblər. 1915-ci ilin dekabrında Komitə Memorandum qəbul edərək, onu Qərb dövlətlərinə təqdim etmək üçün Berlin və Vyanaya nümayəndə heyəti göndərib.

1917-ci fevralında Rusiyada baş vermiş inqilab və Çar mütləqiyyətinin ləğvindən sonra Cənubi Qafqaz regionunun ən böyük siyasi partiyaları Zaqafqaziya Federasiyasını yaradıblar ki, bu da Cənubi Qafqazın müxtəlif xalqlarının dinc yaşamasını təmin etməli idi. Zaqafqaziya Federasiyasının formalaşdığı vaxtda, Birinci Dünya Müharibəsi hələ də davam edirdi və Cənubi Qafqaz xalqlarının nümayəndələri arasında bir sıra məsələlərlə bağlı fikir ayrılığı mövcud idi. Məhz xalqlar arasında fikir ayrılıqları, ziddiyyətlər məntiqi sonluqla nəticələndi: 1920-ci ilin mayın 26-dan 28-dək Tiflisdə yeni müstəqil dövlətlər - Azərbaycan, Gürcüstan və Ermənistan elan edildi.

1920-1921-ci illərdə Sovet Rusiyasının işğalı nəticəsində əvvəlcə Azərbaycan, sonra isə Ermənistan və Gürcüstan müstəqilliklərini itirdilər. Sovet Rusiyasının işğalının ilkin dövrlərində Zaqafqaziya Sosialist Sovet Respublikaları Federativ İttifaqı yaradıldı (sonralar ZSFSR adlandırıldı). Lakin bu inteqrasiyaya səbəb kimi nə Qafqaz xalqları siyasi elitalarının, nə hökumətlərinin və nə də ictimaiyyətinin istəyini qeyd etmək düzgün olmaz. Buna səbəb sadəcə Sovet Rusiyasının mərkəzi hakimiyyətinin iradəsi oldu. Əlbəttə, yenə məhz Mərkəzi hakimiyyətin iradəsi ilə bu qurum da ləğv edilərək, üç yarımmüstəqil respublika yaradıldı. 1980-ci illərin sonuna qədər davam edən bu vəziyyətdə Qafqaz xalqları, xüsusən də Cənubi Qafqaz xalqları nisbətən dinc şəraitdə yaşadılar. Əlbəttə ki, bu birgəyaşayışı təmin edən, daha doğrusu məcbur edən, sovet imperiyası çərçivəsindəki tələblər, ciddi diktatura rejimi və sərt cəza tədbirləri qorxusu idi”, - deyə siyasi şərhçi qeyd edib.

O bildirib ki, bu proseslərlə paralel olaraq müstəqilliyini itirmiş üç respublikanın rəhbərlikləri xaricdə fəaliyyətlərini sonralar da davam etdirirdilər. Azərbaycan və gürcü istiqlal fəalları müxtəlif layihələrində bir çox hallarda erməni tərəfinin iştirakı olmadan birgə iştirak edirdilər. Artıq 1921-ci il iyunun 10-da Mərkəzi Qafqazın üç respublikasının səlahiyyətli nümayəndələri Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə ilk iclaslarını keçirdilər və bu iclasda bu dövlətlər arasında siyasi və iqtisadi ittifaq haqqında qərar qəbul edildi. Mərkəzi Qafqaz respublikalarının nümayəndələrinin rus mühacirətinin nümayəndələri ilə ilk görüşü 1921-ci il iyulun 7-də Paris Ədliyyə Palatasının iclas zalında oldu.

Sonra 1927-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqazın nümayəndələri Qafqaz İstiqlal Komitəsini yaratdılar.

Daha sonra, 1934-cü il iyulun 14-də Qafqaz mühacirləri növbəti addımı atdılar və marşal Y.Pilsudskinin dəstəyi ilə Brüsselə toplaşaraq Qafqaz Konfederasiyasının Paktını imzaladılar. Azərbaycan, Gürcüstan və Şimali Qafqazın mühacir Milli mərkəzləri Qafqaz Konfederasiyasının prinsiplərini elan etdilər.

1980-ci illərin sonunda, sanki tarix yenidən təkrarlandı, Qafqaz xalqları öz əcdadlarının Rusiya İmperiyasının sonunda yaşadıqları mənzərəyə oxşar mənzərəni yaşamalı oldular. Dağılan sistem həm də Sovet İmperiyasının mövcud olduğu bütün dövr ərzində süni şəkildə “möhkəmlənmiş” xalqlar arasında əlaqələrin məhvinə səbəb oldu. Köhnə münaqişələr yenidən alovlandı.

Əlbəttə ki, həmin dövrdə Azərbaycanla Ermənistan arasında gedən amansız müharibə, həmçinin Abxaziya, Osetiya və s. kimi münaqişələr fonunda “Qafqaz evi” birliyindən söhbət gedə bilməzdi.

Lakin 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsinin qaynar mərhələsinin başa çatması ilə müharibənin yeganə geosiyasi qurbanı olan Azərbaycan sosial, iqtisadi və heç də az əhəmiyyətli olmayan siyasi yenidənqurma prosesinə başlamaqla yanaşı, bir neçə dəfə sülh prosesinin təşəbbüskarı oldu. Belə ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan iqtisadi dirçəliş və inkişaf yolu tutmuşdu. Əlbəttə ki, iqtisadi inkişaf üçün beynəlxalq investorların cəlb edilməsinə ehtiyac var idi. Aydın idi ki, hərbi-siyasi vəziyyətin qeyri-sabit olduğu ölkəyə investorların cəlb edilməsi müşkül iş ola bilərdi. Digər tərəfdən, uzunsürən qanlı müharibədən çıxmış Azərbaycan təbii ki, ərazi bütövlüyünü bərpa etmək niyyətində idi. Lakin o dövrdə demək olar ki, etibarlı və güclü hərbi-siyasi müttəfiqi olmayan, iqtisadi, hərbi potensialı zəif olan dövlət üçün güclü havadarlarına güvənən düşmənlə mübarizə insan və iqtisadi itkilər hesabına başa gələ bilərdi. Bu səbəbdən də, müharibədən sonra, ilk dövrlərdə Azərbaycan itirilmiş ərazilərinin azad olunmasına itkilər vermədən, ən azı bir hissəsini diplomatiya yolu ilə geri qaytarmağa çalışırdı. Nəhayət, Azərbaycan Ermənistandan fərqli olaraq güclü beynəlxalq hüquqa, diplomatik arqumentlərə söykənirdi. Bir çox beynəlxalq qurumlar tərəfindən dəfələrlə Ermənistan qoşunlarının viran olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair çağırışlar edilmişdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi bir sıra digər qətnamələrdən fərqli olaraq, icra edilmədi.

1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatması fonunda Bakıda “Əsrin müqaviləsi” imzalandı və bu müqavilə yeni müstəqillik qazanmış respublikanın iqtisadi inkişafına yol açdı. Aydındır ki, Azərbaycanın neft mədənlərini xarici dünya ilə birləşdirən kəmərin çəkilməsi vacib idi. Bu məsələ ilə bağlı Azərbaycan Gürcüstana arxalandı və ona üstünlük verdi.

1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan-Gürcüstan bəyanatını imzaladılar. Bu bəyanat iki ölkə arasında güclü siyasi və iqtisadi əlaqələrin qurulması üçün başlanğıc nöqtə oldu.

Azərbaycanla Ermənistan arasında da istər Heydər Əliyev dövründə, istərsə də ondan sonrakı münasibətlər Qarabağ məsələsinin sülh yolu ilə həlli cəhdləri ilə müşayiət olunsa da, Ermənistanın tutduğu ədalətsiz mövqe səbəbindən təəssüf ki, nəticə vermədi.

“Nəhayət bildiyimiz kimi, 2020-ci ildə Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə oldu. Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş ərazilərini əks-hücum nəticəsində azad etdi və suverenliyini tam bərpa etdi.

Qətiyyətlə qeyd etmək olar ki, 44 günlük müharibə 1994-cü ildə Bişkek müqavilələrinin bağlanmasından sonra iki ölkə arasında hər iki tərəfdən minlərlə itkilər hesabına başa gələn ən ciddi hərbi qarşıdurma idi. Lakin məhz bu hadisələrdən sonra Qafqaz regionun çağdaş yolu öz istiqamətini dəyişdirdi və regionda yeni düzən formalaşdı.

Artıq bu tarixdən etibarən tarixin axarını dəyişdirən sənədlər imzalandı: 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin Bəyanatı, sonralar 2021-ci il 11 yanvar tarixli Bəyanat, 2021-ci il noyabrın 26-da Soçi şəhərində imzalanmış Bəyanat, 2022-ci il 31 oktyabr tarixli Bəyanat və sair.

Ən nəhayət, 2024-cü il yanvarın 1-i müasir “Qafqaz evi”nin formalaşmasında yeni hekayə açdı. Bütün bəlaların mənbəyi, “regionun bədxassəli şişi” birdəfəlik kəsilib atıldı, saxta “Artsax respublikası” ləğv edildi. Təbii ki, bu, bir gündə baş vermədi. Yəni 2023-cü il sentyabrın 19-da Azərbaycan antiterror tədbirləri həyata keçirərək, separatçıların qeyri-qanuni silahlı birləşmələrinə zərbələr endirərək, Azərbaycan ərazilərində etnik təmizləmə və qırğınlara bilavasitə cavabdeh olan faktiki terror təşkilatına - “Artsax müdafiə ordusuna” son qoydu. Beləliklə, yalnız Azərbaycanın deyil, ümumiyyətlə, regionun təhlükəsizliyi üçün risk və təhdid mənbəyi olan erməni separatizmi məhv edildi, başqa sözlə desək, 100 ildən çoxdur bu regiona faciə və fəlakət gətirən təhlükəli faktorlar neytrallaşdırıldı. Region üçün yeni bir dövr başlandı, region dövlətləri üçün dinc yanaşı yaşamağın dayanıqlı formasını həyata keçirmək üçün zəmin, “Qafqaz evi” ideyasının reallaşması üçün şans yarandı.

Məhz bunu nəzərdə tutaraq, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 8-də Gürcüstana növbəti səfəri zamanı da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının regionda tamamilə yeni vəziyyət yaradacağını, Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, regional əməkdaşlıq, Ermənistanla münasibətlərin normallaşması üçün kənar qüvvələrə ehtiyac olmadığına da işarə etdi. Yəni rəsmi Bakı, Tbilisi və İrəvan aralarında olan problemləri özləri ilə həll edə biləcəklərini diqqətə çatdırdı”, - deyə Ə.Abbasbəyli bildirib.

Onun sözlərinə görə, tarixin dərsləri sübut edir ki, Cənubi Qafqazın taleyi birmənalı olaraq Azərbaycan, Gürcüstan və Ermənistandan asılıdır. Odur ki, bir əsrdən artıq yaşı olan “Qafqaz evi” ideyası üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olunması əsas və zəruri məsələdir. “Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət yaranıb.

Təəssüf ki, qlobal güclər regionda öz maraqları uğrunda apardıqları gərgin mübarizənin fonunda “Qafqaz evi” ideyasını kölgədə saxlamağa cəhd edir və bu təşəbbüsün reallaşmasını çətinləşdirir. Lakin Azərbaycan faktiki olaraq “Qafqaz evi” uğrunda daha geniş miqyasda gərgin mübarizəyə start verib. Dövlətimizin, onun siyasi rəhbərliyinin bu məqsədinə çatacağına inam hissi böyükdür. Azərbaycanın mövqeyini və təşəbbüsünü gücləndirən bir çox səbəblər var. İlk növbədə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü proqram çərçivəsində əməkdaşlıq Cənubi Qafqazda yeni siyasi-iqtisadi mühit yarada, yeni səmərəli layihələrin icrasına yol aça bilər. Bu, region ölkələrinin inteqrasiyasını, yeni əməkdaşlıq və qonşuluq modelinin yaranmasını da şərtləndirər.

Digər tərəfdən Ermənistan da yeni regional modelin tərkib hissəsi olmaq üçün havadarlarına arxalanaraq qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından, militarist, revanşist ideyalardan, regional təhlükəsizliyi təhdid edən, sabitliyin pozulmasına yönəlik davranışlardan əl çəkməlidir.

“Son yüz ildə baş verənlər sübut edir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülmüş “Qafqaz evi” ideyasının təşəbbüskarı olmaqla yanaşı, bu ideya uğrunda davamlı və ardıcıl mübarizə aparır. Bu gün də görülən işlər Azərbaycanın regional miqyasda tarixi missiya yerinə yetirmək üçün tam hazır olduğunu göstərir. “Qafqaz evi” ideyası qarışıq dünyada Cənubi Qafqazda etimad mühitinin yaranmasına, sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsinə zəmin yarada, bölgəni bir çox fəsadlardan qoruya, xalqların dinc yanaşı yaşamasına şərait yarada bilər”, - deyən siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb