CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı səfiri ilə görüşmüşdür
Bakı, 13 oktyabr (AZƏRTAC). Oktyabrın 13-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi əl Barrak ilə görüşmüşdür.
Şeyxülislam Azərbaycan ilə İraq arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışmışdır.
Ölkələrarası gediş-gəlişin sıx olduğunu vurğulayan Allahşükür Paşazadə din adamlarının İraqa ziyarət məqsədilə səfərlərinin daha da asanlaşdırılmasının vacibliyini vurğulamışdır.
Azərbaycanda şahidi olduğu tolerantlığı, nümunəvi dinlərarası münasibətləri xüsusi vurğulayan səfir, bu nailiyyətlərin qazanılmasında dövlətin rolunu, QMİ-nin fəaliyyətini yüksək dəyərləndirmişdir.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.
######