CƏMİYYƏT
Qan Bankı qan donorluğunun təşkilində fəal iştirakına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib
![](/files/galleryphoto/2023/2/1200x630/1686752980392235409_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/168675295288160805_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16867529524939653233_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-ü Ümumdünya Qan Donoru Günü münasibətilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qan donorluğunun təşkilində fəal iştirakına görə təşəkkür edib.
AZƏRTAC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına istinadən bildirir ki, qurumun kollektivi qanvermə aksiyalarında daim iştirak edir, xroniki və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyan həmin işlərdə öz töhfəsini verir.
Bundan əvvəl 2021-ci ildə də qanvermə aksiyalarında fəal iştirakına görə Qan Bankı tərəfindən nazirliyə təşəkkür edilib.