Belarusda ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlaşdırılır
Kiyev, 2 iyul, AZƏRTAC
Belarusda ikinci Atom Elektrik Stansiyası tikiləcəyi təqdirdə heç vaxt elektrik enerjisi çatışmazlığı olmayacaq.
AZƏRTAC “Belta”ya istinadla xəbər verir ki, bu barədə iyulun 2-də Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident Administrasiyasının rəhbəri və Belarusun Rusiyadakı səfirinin hesabatını qəbul edərkən bildirib.
"Biz ikinci Atom Elektrik Stansiyasının tikintisi məsələsini düşünürük və üzərində işləyirik", -deyə Lukaşenko bildirib.
Dövlət başçısı qeyd edib ki, elektrik enerjisi təkcə sənaye və ya məişət ehtiyacları üçün lazım deyil. “Biz elektriklə işləyən evlər tikirik, buna ciddi yanaşmışıq və ciddi qəbul etdiyimiz elektrik avtomobilləri var. Bizdə nəinki yaxşı inkişaf var, yaxşı istehsalımız da var - xüsusən də avtobuslar və trolleybuslar. Elektrik enerjisi hər yerdə lazımdır. Ona görə də biz irəliyə baxmalıyıq”, - deyə prezident vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [21:41]
Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib
- 17.10.2026 [20:17]
Media: İranın cənubunda partlayış səsləri eşidilib
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]