Politico: Şolts nasizm qurbanı olan polşalılara təzminat vəd edir
Bakı, 2 iyul, AZƏRTAC
Almaniya Kansleri Olaf Şolts Varşavaya səfəri zamanı nasist rejiminin əlindən sağ qurtaran polşalılara təzminat ödəniləcəyini açıqlayacaq.
AZƏRTAC “Politico” nəşrinə istinadla xəbər verir ki, Almaniya kansleri Olaf Şolts iyulun 2-də Varşavaya səfəri zamanı iki ölkə arasında münasibətlərinin yaxşılaşdırılması üçün tədbirləri, o cümlədən nasist cinayətlərindən əziyyət çəkmiş polşalılara təzminat ödəniləcəyini elan edəcək.
Almaniyanın müxalif Xristian Demokrat İttifaqı partiyasının baş katibi Pol Tsimyak kompensasiyanın Polşada nasist rejiminin fəaliyyətindən zərər çəkənlərə və hazırda yaxşı tibbi sığortası olmayan yoxsul insanlara veriləcəyini bildirib.
Yüksəkvəzifəli məmurun sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq kanslerin səfəri zamanı Berlin və Varşava arasında məsləhətləşmələrin əsas mövzusu olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:36]
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi Nyu-Yorkda başlayır
- 22.09.2026 [16:33]
Rumıniya Aİ-də benzinin ən çox bahalaşdığı ölkələr sırasındadır
- 22.09.2026 [16:32]
Rubio: Tramp İran Prezidenti ilə görüşə açıqdır
- 22.09.2026 [16:18]
Rumıniya neft tələbatının 77 faizini idxal hesabına ödəyir
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]