CƏMİYYƏT
Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər
![Akademik: Yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər](/files/2024/2/1200x630/17199201001137912249_1200x630.jpg)
Bakı, 2 iyul, AZƏRTAC
Ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin Azərbaycan-İsrail əlaqələrindən bəhs edən "Dostumuz, müttəfiqimiz" adlı kitabının təqdimat mərasimində deyib.
Vaqif Abdullayevin çapdan çıxan növbəti kitabı haqqında danışan Atatürk Mərkəzinin direktoru nəşrin həm Azərbaycan, həm də yəhudi dillərində nəşr olunduğunu diqqətə çatdırıb. Azərbaycan-İsrail münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu qeyd edən N.Cəfərov əlaqələrimizin tarixi köklərinə nəzər salıb.
O, həmçinin vurğulayıb ki, müəllifin kitablarında azərbaycançılıq ideyası, Azərbaycan həqiqətləri özünü qabarıq şəkildə büruzə verir.