Qərb Ukrayna üçün silah alınmasına 675 milyon dollar ayıracaq
Bakı, 2 iyul, AZƏRTAC
Qərb ölkələri sonradan Kiyevə təhvil verilməsi üçün Ukraynadakı istehsalçılardan silah alınmasına 675 milyon dollar ayırmağı vəd edib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın strateji sənaye nazirinin müşaviri Yuri Sak bu barədə milli telemarafonun efirində deyib. Onun sözlərinə görə, Ukrayna hərbi-sənaye kompleksi Kiyevin təkbaşına ala biləcəyindən qat-qat çox məhsul istehsal etməyə qadirdir. Kiyev bu məqsədlər üçün Qərbdən pul ayırmasını istəyir. Danimarka, Kanada və Niderlandın artıq buna razılıq verdiyi bildirilir.
“İndiyədək Qərbin vəd etdiyi məbləğ 675 milyon dollar təşkil edir. Ümumi məqsədimiz isə bunun 10 milyard dollara çatdırılmasıdır”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Ukraynada 2024-cü il üçün 43,9 milyard dollar büdcə kəsiri nəzərdə tutulub. Kiyev kəsirin 37,3 milyard dollarını Qərb tərəfdaşlarının köməyi ilə bağlamağı planlaşdırır. Ukraynanın maliyyə naziri Sergey Marçenko büdcənin ayda 3 milyard dollarlıq xarici dəstəyə ehtiyacı olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]