Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib
Bakı, 2 iyul, AZƏRTAC
Son bir həftə ərzində ümumilikdə 303 qeyri-qanuni miqrant Liviyadan öz ölkələrinə deportasiya edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, ötən həftə 162 miqrant Benqazidən Dəkkəyə, 141 miqrant isə Tripolidən Qvineya Bisau və Beninə gətirilib. Deportasiya miqrantların ölkələrinə qayıtmasını asanlaşdıran VHR proqramı vasitəsilə həyata keçirilib.
Məlumatda qeyd edilib ki, bu ilin ötən dövründə Liviya sahillərində 8980 miqrant saxlanılıb, 358 nəfər ölüb, 513 nəfər isə itkin düşüb.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən bəri Liviya Aralıq dənizini keçərək Avropa sahillərinə çatmağa çalışan bəzi afrikalı miqrantlar üçün çıxış nöqtəsinə çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]