Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib
Bakı, 2 iyul, AZƏRTAC
Hindistanın Assam ştatının 19 rayonunda 640 mindən çox insan şiddətli musson yağışlarının yaratdığı daşqınlardan zərər çəkib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat regional hökumətin yaydığı bülletendə yer alıb.
Bölgənin əsas çayı Brahmaputrada və onun qollarında suyun səviyyəsi hazırda təhlükə həddini keçib. Rəsmi məlumatlara görə, 2024-cü ildə daşqınlar və nəticədə torpaq sürüşməsi 45 nəfərin həyatına son qoyub.
Ştat hökuməti 72 müvəqqəti sığınacaq düşərgəsi və 64 yardım paylama mərkəzi yaradıb. Xilasetmə işlərinə quru qoşunlarının, sərhəd qoşunlarının və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]