Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Xanımlar və cənablar!

İlk növbədə, mən istərdim ki, zirvə görüşünün yüksək səviyyədə təşkil olunmasına və bizə göstərilən qonaqpərvərliyə görə Türkiyə dövlətinə və şəxsən Türkiyə Cümhurbaşqanı Əhməd Necdət Sezərə dərin minnətdarlığımı bildirim. 15 ildir ki, biz bir təşkilatda fəaliyyət göstəririk. Təşkilatın bu 15 il ərzindəki fəaliyyəti çox müsbətdir. Bu illər ərzində ölkələrimiz bir-biri ilə sıx əməkdaşlıq etməyə başlamışdır və bu əməkdaşlığın praktik nəticələri də görünməkdədir. 15 il bundan əvvəl təşkilata üzv olan ölkələrin yarısı cəmi bir ildən az bir müddətdə müstəqil ölkələr kimi yaşayırdı, o cümlədən Azərbaycan da.

Sovet İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan cəmi bir neçə ay idi müstəqil ölkə kimi yaşayırdı. Əlbəttə ki, o illərlə bugünkü vəziyyət arasında çox böyük fərq var. Bu illər ərzində ölkəmiz çətin, ancaq şərəfli yol keçmişdir. Demək olar ki, 1990-cı illərin ortalarında üzləşdiyimiz problemlərin tam əksəriyyəti artıq arxada qalmışdır. Ölkəmiz dünyada özünə layiq yeri tuta bilmişdir. Aparılan çox ciddi siyasi və iqtisadi islahatlar ölkəmizin hərtərəfli inkişafına gətirib çıxarmışdır. Son üç il ərzində Azərbaycanda ümumi daxili məhsul 96 faiz artmışdır və əlbəttə ki, bu, bizim iqtisadi imkanlarımızı çox gücləndirir. Biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqət göstəririk, bəzi hallarda çox böyük layihələrin təşəbbüskarıyıq. Bütövlükdə Xəzər dənizi-Qara dəniz əməkdaşlıq məsələlərində də Azərbaycan çox fəal rol oynayır. Bizim artıq real, konkret nəticələrimiz var, layihələrimiz var və bu layihələr hər bir iştirakçı ölkənin xeyrinədir. Azərbaycanın çox zəngin enerji resursları həm ölkəmizi gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri üç istiqamətdə Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə çıxır və biz bu məsələlərdə tərəfdaşlarımızla - Gürcüstan, Rusiya və Türkiyə ilə çox sıx əməkdaşlıq edirik. Gələn ildən başlayaraq, Azərbaycanda gündə 1 milyon barrel neft hasilatı gözlənilir və bu rəqəm artacaqdır. Azərbaycan bu ildən başlayaraq, qaz ixrac edən ölkəyə çevrilir. Artıq bu sahədə də böyük işlər görülüb, müvafiq nəqliyyat infrastrukturu, boru kəməri mövcuddur. Biz demək olar ki, öz enerji problemlərimizi uğurla həll etmişik və indi enerji siyasətimizin növbəti mərhələsindəyik. Mən şübhə etmirəm ki, gələcəkdə regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərimiz daha da böyük uğurlara gətirib çıxaracaqdır.

Bizim artıq nəqliyyat sektorunda da gözəl nəticələrimiz var. Bu yaxınlarda tikintisinə başlanacaq Bakı-Tbilisi-Qars dəmir yolu da böyük regional əhəmiyyətə malikdir. Avropanı Asiya ilə birləşdirəcək bu dəmir yolu ilə daşınacaq yüklərin həcmi kəskin şəkildə artacaq və bütövlükdə bütün dost ölkələr üçün yeni imkanlar yaradacaqdır. Bu məsələyə də biz çox ciddi şəkildə yanaşırıq və artıq Azərbaycan ərazisindən keçən enerji dəhlizləri nəqliyyat dəhlizlərinin yaradılmasına da gözəl zəmin yaradır.

Bütün bunlar həm regional əməkdaşlıq əlaqələrinin nəticələridir, həm də ki, bütövlükdə təşkilata üzv olan ölkələrin inkişafının təzahürüdür. Bir daha demək istəyirəm, təşkilata üzv olan ölkələrin yarısı ancaq 90-cı illərin əvvəllərində öz dövlət müstəqilliyini bərpa etmişdi və bu illər ərzində həqiqətən tarixi, uğurlu və şanlı yol keçmişdir.

Bununla bərabər, bizi narahat edən problemlər, məsələlər da var. O cümlədən həll olunmamış münaqişələr. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ölkəmizin, torpaqlarımızn 20 faizi hələ də işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, böyük ədalətsizlikdir, beynəlxalq hüquq normalarının pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu məsələyə dair 4 qətnaməsi icra olunmamış qalır. O qətnamələrdə işğalçı qüvvələrin çıxarılması nəzərdə tutulurdu. Beləliklə, məsələnin həll olunmaması bölgədə gərginliyin artmasına gətirib çıxarır. Bölgədə sülh bərqərar olunmur. Müvəqqəti atəşkəs mövcuddur, o da ki, çox həssasdır. Mən düşünürəm ki, Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır. Biz istəyirik ki, bölgədə sülh olsun. Biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir. Mən bu fürsətdən istifadə edib dövlət və hökumət başçılarının diqqətini bir daha bu məsələyə çəkmək istəyirəm. Çünki bu məsələnin həll olunmaması həm bizim üçün, həm bütün region üçün, həm də regionda yaranan və güclənən əməkdaşlıq üçün çox böyük təhlükə mənbəyidir. Biz hesab edirik ki, məsələ yalnız və yalnız beynəlxalq hüquq əsasında öz həllini tapa bilər. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır, 1 milyondan artıq soydaşımız, on ildən artıq əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə isə, dünyada, o cümlədən Avropada kifayət qədər müsbət muxtariyyət nümunələri var və əlbəttə ki, bu müsbət nümunələr bizim bölgədə də tətbiq olunmalıdır. Əgər hər bir milli azlıq yaşadığı ölkədə öz müqəddəratını təyin etmək istəyərsə, təsəvvür etmək çətin deyil ki, dünyada nə qədər yeni dövlətlər yaranacaqdır. Azlıq olmaq o demək deyil ki, yaşadığı ölkənin bir hissəsini qoparıb başqa ölkəyə birləşdirmək mümkün olsun. Bu, qətiyyən belə deyil və beynəlxalq hüquq normaları və sadəcə olaraq, normal davranış qaydaları buna yol vermir. Mən ümid edirəm ki, gələcəkdə məsələlərin həlli və bütövlükdə həll olunmamış münaqişələrin həlli öz yerini tutacaq və bölgəyə əmin-amanlıq, uzunmüddətli sülh və əməkdaşlıq gələcəkdir.

Əziz həmkarlar, sizin hamınızı bu gözəl yubiley münasibətilə bir daha təbrik etmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonrakı illərdə də bizim təşkilatımız çox fəal işləyəcək, bölgədə və regionda yeni-yeni layihələr öz həllini tapacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib

Yan Vanmin: Azərbaycanın COP29 konfransını uğurla keçirəcəyi şübhəsizdir VİDEO

“Qəbələ” klubu növbəti futbolçu transferini açıqlayıb

Monteneqro-Azərbaycan biznes-forumu keçirilib

Azərbaycanın xarici işlər naziri ABŞ Dövlət katibinin köməkçisi ilə regional məsələləri müzakirə edib

Biləsuvarda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Aqrar Sığorta Fondunun sədri Qaxda vətəndaşları qəbul edib

Bakı İlahiyyat Kollecinə dini mənəvi xidmət ixtisası üzrə qəbul üçün qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə