Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert və ustad dərsləri keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Sankt-Peterburq Musiqi Liseyinin beynəlxalq müsabiqələr laureatları və müəllimlərindən ibarət nümayəndə heyəti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində olublar.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məktəbdə U.Mixaylovskaya tərəfindən qoboy aləti üzrə ustad dərsi və qərb bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Musiqiçilərin rəngarəng ifaları dinləyicilər tərəfindən maraqla qarşılanıb.