Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qarlı və şaxtalı hava şəraiti ölkənin nəqliyyat infrastrukturunun işinə ciddi təsir göstərməmişdir

Bakı, 31 yanvar (AZƏRTAC - C.Rüstəmov). Yanvarın 30-dan başlayaraq respublika ərazisində hava şəraiti kəskin dəyişmişdir. Şaxtalı və qarlı hava həftənin sonunadək davam edəcəkdir. AZƏRTAC-ın müxbiri mövcud hava şəraiti ilə əlaqədar ölkənin nəqliyyat infrastrukturunun işində yaranmış vəziyyətlə maraqlanmışdır.

Beynəlxalq Avtovağzal Kompleksindən bildirmişlər ki, ümumiyyətlə, son günlər ərzində sərnişinlərin sayında azalma müşahidə olunur. Bölgələrdən və beynəlxalq istiqamətlərdən avtobuslar son məntəqəyə gecikmələrlə gəlib çatır. Hələlik hansısa ciddi problem yaranmamışdır. Hər bir marşrut avtobuslarla təmin olunmuşdur.

Hava şəraiti ilə əlaqədar bütün nəqliyyat vasitələrinin sahiblərinə qabaqlayıcı tədbirlər görülməsinə dair göstəriş verilmişdir. Avtobuslar yola çıxmazdan əvvəl texniki baxışdan keçirilir. Eyni zamanda, yollardakı vəziyyətlə bağlı Baş Dövlət Yol Polisindən mütəmadi məlumatlar alınır. Bu məlumatlar dərhal sürücülərə ötürülür və alternativ yollardan istifadə olunmasına dair göstəriş verilir. Hazırda Ağsu-Şamaxı-İsmayıllı yolu istisna olmaqla, sürücülər alternativ yollardan istifadə edirlər.

Bu günlər yol işçiləri də gücləndirilmiş rejimdə çalışırlar. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev demişdir ki, yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə qurum tərəfindən lazımi tədbirlər görülür. ASC-nin bütün istismar idarələri hava şəraitinin dəyişməsi ilə əlaqədar zəruri material və mexanizmlərlə təmin edilmişdir. Yollarda problemlərin aradan qaldırılması məqsədi ilə respublika üzrə, ümumilikdə, 25 min kubmetrə yaxın qum, 1500 ton texniki duz tədarük olunmuş və 1100-ə yaxın texnika tam hazır vəziyyətə gətirilmişdir.

Yanvarın 30-da gecədən başlayaraq texnikalar yolların qardan təmizlənməsinə səfərbər olunmuşdur. Bəzi səriştəsiz sürücülər qarlı hava şəraitində nəqliyyat vasitələrini lazımi səviyyədə idarə edə bilmədiklərindən həm digər avtomobillərə, həm də yollarda aparılan təmizlik işlərinə mane olurlar. Lakin çətinliklərə baxmayaraq, yolların təmizlənməsi davam etdirilir. Qurumun yol-istismar idarələri bu gecə də yolların təmizlənməsi ilə məşğul olacaqlar.

Nəqliyyat Nazirliyinin qış qarajındakı bütün texnikalar paytaxtda yolların təmizlənməsinə səfərbər olunmuşdur. Eyni zamanda, nazirlikdə hava şəraiti ilə əlaqədar mərkəzi qərargah yaradılmışdır. İstər regionlarda, istərsə də Bakıda lazımi tədbirlər həyata keçirilir. Hər bir yol-istismar idarəsində 24 saat fəaliyyət göstərən növbətçilik təşkil olunmuşdur.

Ölkənin polad magistralında da hərəkət dayanmamışdır. Yanvarın 31-də qarlı-şaxtalı hava şəraitinə baxmayaraq Bakı-Moskva, Bakı-Ağstafa-Qazax, Bakı-Astara-Horadiz, Bakı-Böyük Kəsik, Bakı-Köçərli-Balakən sərnişin qatarları cədvələ uyğun olaraq mənzil başına çatmışdır.

Bakı-Tbilisi sərnişin qatarının müəyyən gecikmə ilə Bakı sərnişin stansiyasına çatdığını deyən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov qeyd etmişdir ki, bəzi qısamüddətli gecikmələri nəzərə alınmazsa, qatarların qəbulu və yola salınması müəyyən olunmuş cədvələ uyğun həyata keçirilir.

Ümumiyyətlə, QSC-nin kollektivi hava şəraitinin əlverişsiz olması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmişdir. Sərnişinlərin və qatar heyətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər görülür. Dəmir yolunun rels bərkidicilərinə, relslər arasındakı məsamələrə, siqnal və enerji təchizatı sistemlərinə gün ərzində bir neçə dəfə baxış keçirilir. QSC-nin sərnişin daşımaları departamenti tərəfindən sərnişin vaqonlarının istilik sisteminin normal işləməsinə ciddi nəzarət olunur.

Hava şəraiti ilə əlaqədar sərnişinlər rahat və qiymət baxımından daha münasib nəqliyyat vasitəsi kimi dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Sərnişin axını nəzərə alınaraq qatarlara əlavə vaqonların qoşulması təmin olunur. Qərb istiqamətinə hərəkət edən sərnişin qatarlarına yanvarın 31-də əlavə 14 vaqon qoşulmuşdur.

Bakıda gecədən başlayan güclü çovğun Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə də ciddi təsir etməmişdir.

Aeroportdan bildirmişlər ki, təyyarələrin qəbulu və yola salınması gün ərzində normal rejimdə davam etmişdir. Yalnız Rusiyadakı hava şəraiti ilə əlaqədar “Aeroflot” aviaşirkətinin Moskva-Bakı reysi müəyyən gecikmə ilə qəbul olunmuşdur. Digər yerli və beynəlxalq aviareyslərdə hər hansı problem yaşanmamışdır. Ehtiyac yaranacağı təqdirdə aeroportun enmə və qalxma zolaqlarının təmizlənməsi üçün kifayət qədər texnika hazır vəziyyətdə saxlanılır.

Havanın kəskin soyuması, yolların buz bağlaması səhər saatlarında paytaxtda sərnişin daşınmasında bəzi çətinliklər yaratmışdır.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyindən bildirmişlər ki, səhər saatlarında Sumqayıt, Əhmədli, Günəşli, Yasamal istiqamətlərində hərəkət edən ictimai nəqliyyatın işində çətinliklər yaransa da, qısa müddətdə bu problemlər aradan qaldırılmışdır.

Bakı Şəhər İcra Hakimiyyətinin, Nəqliyyat Nazirliyinin və yol polisinin birgə tədbirləri nəticəsində paytaxt ərazisinin avtomobil yollarının böyük əksəriyyətinin gün ərzində qardan təmizləndiyini deyən Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov vurğulamışdır ki, müvafiq qurumların səyi nəticəsində Xocasən-Sumqayıt istiqamətində avtomobillərin hərəkətində yaranan problem aradan qaldırılmışdır.

V.Əsədov məlumat vermişdir ki, Xocasən-Sumqayıt istiqamətində avtomobillərin hərəkətində yaranan problemə səbəb üç yük avtomobilinin sürücülərinin səhlənkarlığı nəticəsində baş verən yol qəzası olmuşdur. Qəza nəticəsində texniki cəhətdən nasaz olan avtomobillər dəmir maneələrə çırpılaraq yolu bağlamışdı. Həmin avtomobillər yolun hərəkət hissəsindən kənarlaşdırılmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb