ELM VƏ TƏHSİL
QAXDA ELMİ-TEXNİKİ YARADICILIQ MÜSABİQƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qax şəhərində uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin zona mərhələsi keçirilmişdir.
Təhsil Nazirliyinin xətti ilə ənənəvi olaraq hər il keçirilən bu müsabiqədən məqsəd uşaq və yeniyetmələr arasında elmi-texniki yaradıcılığı inkişaf etdirməkdir.
Şahmat məktəbində keçirilən müsabiqədə Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət göstərən texniki yaradıcılıq mərkəzləri dərnək üzvlərinin avtomodel, aviamodel, gəmi modeli, kosmik raket, radiotexnika və digər nominasiyalar üzrə hazırladıqları 26 model nümayiş etdirilmişdir.
Bütün nominasiyalar üzrə birinci və ikinci yerləri tutan iştirakçılar müsabiqənin mayın 16-da Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə etmişlər.