REGİONLAR
Qaxda meyvə istehsalı artıb
Qax, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 10 min 245,2 ton məhsul tədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 711,8 ton çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 12 min 16,2 hektardır. Bu bağların 10 min 186,9 hektarını fındıq bağları təşkil edir. İndiyədək bağlardan 4131,2 ton fındıq, 1558, 7 ton alma, 1158,8 ton şaftalı, 1058,1 ton armud, 481,8 ton badam, 454,8 ton gavalı, 268,8 ton gilas və digər meyvələr yığılıb. Xurma, nar, şabalıd yığımına isə hələlik başlanılmayıb.
İdarədən verilən məlumata görə, hazırda rayonda 152 hektar üzüm bağı var. İndiyədək bağlardan 4099 ton məhsul yığılıb.