Qaz xətlərinin yerdəyişmə məsələləri ilə bağlı qaydalar dəyişib
Bakı, 2 sentyabr, AZƏRTAC
Qaz xətlərinin yerdəyişməsi, qapı keçidləri və bu tip məsələlərlə bağlı abonentlər artıq “Azəriqaz” İstehsalat Birliyinə deyil, regionlar üzrə “ASAN xidmət”, Bakı şəhəri üzrə isə “ASAN Kommunal” mərkəzlərinə müraciət edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib.
“Qapı keçidləri, xətt yerinin dəyişdirilməsinin həm qiyməti, həm də dəyişmə prosesi ilə bağlı cəmiyyətdə tez-tez müzakirələr olur. Ona görə də biz bununla bağlı qaydaları dəyişdik. Artıq bu müraciətlər “ASAN xidmət” mərkəzlərinə olacaq. Orada da seçim abonentin öz üzərindədir. 20-dən çox podratçı təşkilat var ki, onlar vasitəsilə bunu həyata keçirə bilərlər. Ümid edirəm ki, bundan sonra xətt dəyişmələri, qapı keçidləri məsələlərində qiymətin azalması baş verəcək. Çünki rəqabətlilik artır, əvvəl bu sahədə 5-6 və yaxud 10 podratçı təşkilat var idisə, indi bunların sayı 20-dən çoxdur. Bu da vətəndaşlara imkan yaradır ki, daha çox podratçı təşkilatlarla danışıqlar aparıb, hansı daha sərfəli, bu işi operativ və təhlükəsiz görə bilirsə, işləri onunla aparsınlar”, - deyə baş direktor bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]