Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Qazax Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzində təhsil və mədəniyyətin vəhdəti mövzusunda konfrans keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

ADA Universiteti Qazaxda “Təhsil və mədəniyyətin vəhdəti: nümunələr və yeni missiya” mövzusunda konfrans keçirib. Konfrans Beynəlxalq Müəllimlər Gününü və Qazax Müəllimlər Seminariyasının bərpası üçün imzalanan Niyyət sazişinin ildönümü münasibətilə təşkil edilib.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, konfrans maarifpərvərlər torpağı olan Qazaxda bir müəllimin və bir sahibkarın manifestinə yeni səhifələr əlavə etmək üçün xeyriyyəçi tərəfdaşlarını, müəllim və tələbələrini, təhsil və mədəniyyət xadimlərini bir araya gətirib. Konfransda xeyriyyəçiliyin ictimai əhəmiyyəti, nəcib əməlləri ilə tarixi dəyərlərimizi canlandıran sahibkarların keçmişlə bu gün arasında qurduğu əlaqə və bu əlaqənin elmdəki, mədəniyyətdəki və müəllimlərin yetişdirilməsi prosesindəki təzahürü müzakirə edilib.

Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Şəhidlər xiyabanında onların məzarı önünə gül dəstəsi qoyulub.

Vətən Müharibəsi Qəhrəmanı mayor Nicad Bədəlov Şəki rayonunun İbrahimkənd tam orta məktəbinin direktoru və Vətən Müharibəsi Qəhrəmanı Cəlal Bayramova milli marş fonunda Azərbaycan Bayrağını təhvil verib. Beləcə, Vətənin müstəqilliyinin əsgərin əzmi, müəllimin isə biliyi ilə qorunduğu simvolik olaraq nümayiş etdirilib. Daha sonra Dövlət Himnimiz səsləndirilib. Tədbirə Qazax şəhidlərinin övladları Nigar Nəsibova, Fəqan Veyisli, Jalə Veyisli və Niyazi İsmayılov dəvət edilib.

Qonaqları salamlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dövlətimizin inkişafında müəllimlərin rolundan bəhs edib. O deyib: “Qəlbi öyrətmək eşqi ilə döyünən bu müəllimlər sayəsində Qazax Müəllimlər Seminariyasının varisi olan ADA Qazax Mərkəzində bir əsr sonra təlim-tədris ənənələri davam etdirilir”.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında “Qəhrəman ordumuz öz missiyasını yerinə yetirdi. İndi isə məharətli gənclərimiz və tarixi dərindən bilən ziyalılarımızla birgə həqiqətlərimizi dünyaya çatdırırıq”, - deyə ifadə edib. Rektor Paşayev torpaqlarımızın işğaldan azad edilməsindən sonra qələbəmizin qorunub saxlanılmasının yalnız elm və təhsillə mümkün olacağını vurğulayıb.

Diqqətə çatdırılıb ki, ADA Universiteti Seminariyanın önündə yerləşən Müəllimlər evinin açılışını məhz Beynəlxalq Müəllimlər Günündə həyata keçirməklə bu günü daha da yaddaqalan edib.

Qazax Müəllimlər Seminariyası İdarə Heyətinin üzvü Qalib Məmməd çıxışında bildirib: “Ərazisi işğaldan azad edilən, qələbə qazanan xalqın nümayəndələrinə təhsil indi hər zamankından daha çox önəm daşıyır, həyati əhəmiyyət kəsb edir. Təhsil milli mənlik şüuruna yiyələnməyin mühüm vasitələrindəndir. Məhz bu səbəbdən Seminariyanın yeni kurrikulumu, burada verilən təhsil azərbaycançılıq məfkurəsindən irəli gələn milli maraqlarımızı, milli ruhumuzu əks etdirir. Burada milli-mənəvi və bəşəri dəyərlər düşüncəsində, kimliyini, köklərini bilən nəsillər yetişdirilir. Onların dünənini, bu gününü və sabahını burada — təhsildə varisçilik ənənəsinin təcəssümü olan Seminariyada qururuq”.

Qeyd edilib ki, irsə sahib çıxmağı özünün missiyasına çevirən ADA Universiteti Qazaxda yerləşən İsrafil ağa hamamını İncəsənət mərkəzinə çevirəcək. Bu bölgədə kollec tipli məktəb təsis edərək, Vətənimizə zəkası ilə xidmət edəcək istedadlar yetişdirəcək. Həmin o istedadlar isə öz növbəsində sələflərinin izi ilə gedərək genetik yaddaşımızdakı xeyriyyəçilik dəyərlərini fəaliyyətlərinin əsas prinsipinə çevirəcəklər.

Konfrans panel müzakirələrlə davam edib.

İlk panel ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdalın moderatorluğu ilə baş tutub. Paneldə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev iştirak ediblər. Onlar müəllimlik missiyasının keçmişini və indiki dövrünü, “Bir müəllimin manifesti” ideyası əsasında öyrətmək, məslək sahibi etmək bacarıqlarının mahiyyətini müzakirə ediblər. Təhsil ekspertləri ilə birgə müəllimlərin peşəkar inkişafı üçün atılan addımlardan və ərazilərimizin işğaldan azad edilməsi fonunda müəllimlərin önündə duran yeni çağırışlardan bəhs edilib. Panel müzakirədə iki məslək sahibinin, ömür-gün və missiya yoldaşının - Badisəba ana və Firudin bəy Köçərlinin həyat və fəaliyyətini əks etdirən video nümayiş etdirilib.

Tədbirdə - “Bir müəllimin manifesti”nin (BMM) ikinci qrupunun 19 regionu təmsil edən 21 məzununa diplomları, 2023-2024-cü tədris ilinə yenicə qəbul edilmiş 23 regional məktəbin müəllim və direktorlarına isə ADA medalları elm və təhsil nazirinin müavini Firudin Qurbanov və ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən təqdim edilib. Bu medallar vasitəsilə onlara çatdırılıb ki, müəllimlik şərəf və ləyaqət peşəsidir və bu keyfiyyətə malik olanlar yalnız bir insanı, bir fərdi deyil, bütöv bir cəmiyyəti yetişdirirlər. Buna görə də onların etdiyi əməl məhz belə adlandırıla bilər - Cəmiyyət quruculuğu!

Tədbirdə, həmçinin BMM Məzunlar Assosiasiyasına seçilən sədrlərin adları açıqlanıb.

Xatırladaq ki, “Bir müəllimin manifesti” Qazax Müəllimlər Seminariyasında tədris olunan ilk ixtisasartırma proqramıdır. Bu proqram ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən müəllim və məktəb direktorlarının peşəkar inkişafına dəstək verir, onlara qabaqcıl və beynəlxalq təlim-tədris praktikası qazandırır. Məhz buna görə də proqramın coğrafi marşrutu Qazax-Bakı-Vaşinqtondur.

Konfransın ikinci paneli ADA Universitetinin xarici əlaqələr və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib. Panel öncəsi ADA Universitetinin missiyasını, eləcə də Seminariyanın bərpası istiqamətində sahibkarlarla olan birgə fəaliyyəti əks etdirən qısa film nümayiş etdirilib.

Paneldə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndəsi Şamil Əzizov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “NEQSOL Holding”in Baş icraçı direktorunun müavini İsrail Asəliyev, “PMD Group” MMC-nin Baş icraçı direktoru Ruslan Mikayılov və ADA Universiteti Fondunun (Azərbaycan) prezidenti Natiq Hacıyev çıxış ediblər. Onlar Seminariyanın bərpası ilə təhsildə və mədəniyyətdə xeyriyyəçilik ənənələrinin yenidən canlanmasından, “Bir sahibkarın manifesti” konsepti fonunda Universitet-özəl sektor əməkdaşlığından söhbət açıblar. Qeyd edilib ki, cəmiyyətin bütün sahələrində fəaliyyət göstərən peşəkarları yetişdirən müəllimlərdir - xeyriyyəçini də müəllim yetişdirir, sahibkarı da. Məhz elə buna görə də sahibkarlarımız da öz növbələrində müəllimlərin yetişdirilməsinə dəstək göstərirlər. Bu yolla onlar həm vaxtilə məktəblər açan xeyriyyəçilərimizin yolunu davam etdirirlər, həm də dəyərlərimizə sahib çıxaraq, cəmiyyətin inkişafına xidmət göstərirlər. Budur, öyrədənlə öyrənən arasındakı tarixi bağlılıq və minnətdarlığın ifadəsi!

Təltifetmə mərasiminin davamı olaraq Seminariyanın təmir və bərpasında Universitetlə çiyin-çiyinə verən xeyriyyəçi tərəfdaşlara - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “NEQSOL Holding”, Heydər Əliyev Fondu, "PMD Group” MMC və Amerika-Azərbaycan Cəmiyyətinə təşəkkürnamə təqdim edilib. Sahibkarlara alicənab azərbaycanlıların izi ilə getdikləri və yeni nəsil müəllimlərin, intellektualların yetişdiriləməsinə verdikləri töhfə üçün minnətdarlıq ifadə edilib.

Konfransda mədəniyyət nazirinin müavini Murad Hüseynov da iştirak edib.

Tədbir Xalq artisti Yeganə Axundovanın direktoru, Əməkdar artist Fuad İbrahimovun baş dirijoru olduğu Bakı Kamera Orkestrinin konserti ilə başa çatıb. Xalq artistləri Nəzakət Teymurova, Gülnaz İsmayılova və əməkdar artist Anar Şuşalının ifasındakı xalq mahnıları dinləyənlərin zövqünü oxşayıb.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir