Qazax sakinlərinin suvarma suyuna olan tələbatı yaxşılaşdırılır
Qazax, 2 aprel, Famil Quliyev, AZƏRTAC
Qazax şəhərinin Osman Sarıvəlli küçəsində yaşayan sakinlərin həyətyanı sahələrini suvarmaları üçün yeni su xətti çəkilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, su xətti çəkilən ərazidə qazma işləri aparılıb, sahələr təmizlənib. Su xətti diametri 100 millimetrlik dəmir borular vasitəsilə çəkilir. Uzunluğu 250 metr olan su xətti tezliklə istismara veriləcək.