Qəbələ RLS-in statusu və istifadə şərtləri barədə məsləhətləşmələr davam etdiriləcəkdir
Moskva, 16 fevral (AZƏRTAC). Fevralın 15-də Moskvada Qəbələ RLS-in gələcək taleyi haqqında Rusiya-Azərbaycan danışıqları olmuşdur.
RF Müdafiə Nazirliyinin Mətbuat Xidməti və İnformasiya İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, Rusiya müdafiə naziri Anatoli Serdyukov Baş nazirin birinci müavini Yaqub Eyyubov başda olmaqla Azərbaycan Respublikasının nümayəndə heyəti ilə RF və AR arasında Qəbələ RLS-in statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında 2002-ci il 25 yanvar tarixli Sazişin fəaliyyətinin uzadılması məsələlərinə dair danışıqlar aparmışdır.
Müvafiq ikitərəfli sənədlərin hazırlanması və vaxtında imzalanması məqsədi ilə həmin məsələ üzrə məsləhətləşmələri davam etdirməyə dair razılaşma əldə olunmuşdur.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [14:10]
Slovakiya Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
- 17.05.2026 [13:34]
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
- 17.05.2026 [06:36]
Keniya Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
- 17.05.2026 [05:58]
CICA-nın Baş katibi Azərbaycana səfərə gəlib
- 17.05.2026 [03:30]
Albaniyanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
- 17.05.2026 [01:45]