Keniya Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib
Bakı, 17 may, AZƏRTAC
Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Müxbir - Mehrac Ağasiyev
Foto - Orxan Kərimov