İQTİSADİYYAT
Qeyri-neft-qaz məhsullarının ixracı artıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə faktiki qiymətlərlə 24,2 faiz, real ifadədə 11,4 faiz artaraq 1 milyard 682 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,5 faiz), Türkiyəyə (27,5 faiz), Gürcüstana (6,4 faiz), İsveçrəyə (6 faiz), ABŞ-a (3,5 faiz), İtaliyaya (2,4 faiz), Niderlanda (2 faiz), Qazaxıstana (1,9 faiz), Rumıniyaya (1,9 faiz), Hindistana (1,8 faiz), Özbəkistana (1,4 faiz), Belarusa (1,2 faiz), Çinə (1,2 faiz), Braziliyaya (1,2 faiz), Ukraynaya (1,1 faiz), İsveçə (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.