Qırğızıstanda avtomobil qəzası beş nəfərin həyatına son qoyub
Bişkek, 29 yanvar, AZƏRTAC
Qırğızıstanın Batken vilayətində ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş Özbəkistan vətəndaşı ölüb.
AZƏRTAC Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, “Oş-Batken-İsfara” magistral yolunda “Nexia” markalı minik avtomobili əks istiqamətdən gələn “Mercedes-Benz Sprinter” furqonu ilə toqquşub. “Nexia”nın sürücüsü və sərnişinləri həlak olublar.
Hadisə ilə bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]