CƏMİYYƏT
Qubada avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü aşkar olunub
![Qubada avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü aşkar olunub](/files/2024/2/1200x630/17182517265852049340_1200x630.jpeg)
Bakı, 13 iyun, AZƏRTAC
Quba rayonu ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 10 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [19:13]
"İTi Zəka-2" hakatonunun növbəti mərhələsi başa çatıb
- 03.07.2024 [18:41]
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub
- 03.07.2024 [18:41]
Ötən ay 23 aptekdə yoxlama aparılıb
- 03.07.2024 [18:37]
Vəzifəli şəxsin qanunsuz əməlləri barədə cinayət işi başlanılıb
- 03.07.2024 [18:11]