CƏMİYYƏT
Qurban bayramı münasibətilə Gürcüstanda yüzlərlə ailəyə yardım göstərilib
![](/files/galleryphoto/2022/2/1200x630/16573689511665231384_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16573689505701628749_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16573689515955458835_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16573689513953135015_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16573689513034138096_1200x630.png)
![](/files/galleryphoto/2022/2/1200x630/16573567255195734084_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16573567255695412448_1200x630.jpg)
Tbilisi, 9 iyul, AZƏRTAC
Müqəddəs Qurban bayramı Gürcüstanda da geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bayram günündə yüzlərlə ailəyə bayram sovqatı paylanılıb. Qurban bayramı sovqatı Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Azərbaycanlı İş Adamları Birliyinin və Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə bu ölkənin Saqareco, (Qaraçöp), Telavi, Qaracalar, Qardabani, Marneuli, Dmanisi, Bolnisi, Kaspi və Axaltsixi rayonlarında yaşayan mindən çox soydaşımıza təqdim edilib.
AZEBİ-nin İdarə heyətinin sədri Nəriman Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə təmsilçisi hacı Əli Əliyev, səfirliyin məsul əməkdaşları Eldar Bayramov, Anar Rəsulov, Sərxan İsmayılov və başqaları çıxış edərək soydaşlarımızı bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar. Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına təbriklərini çatdırıb, soydaşlarımıza göstərilən diqqət və qayğıdan söz açıblar.
Bildirilib ki, bu yardımlar əsasən, Qarabağ, Xocalı, 20 Yanvar şəhidləri, imkansız, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrə verilib.
Xətayi Əzizov,
AZƏRTAC -ın xüsusi müxbiri
Tbilisi