ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutu alimlərinin rəhbərliyi ilə şagirdlərin hazırladığı 2 layihə müsabiqədə uğur qazanıb
Bakı, 3 mart, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutu alimlərinin rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” XI respublika müsabiqəsində qalib olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Müsabiqədə institutun laboratoriya rəhbəri fizika elmləri doktoru Mətanət Mehrabova və aparıcı elmi işçi biologiya üzrə fəlsəfə doktoru Aygün Nəsibovanın rəhbərliyi ilə şagirdlər tərəfindən hazırlanmış 2 layihə uğur qazanıb.
Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 10-cu sinif şagirdi Salman Vahabov və Fərhad Kərimbəylinin təqdim etdikləri “Yeni nəsil günəş enerjisi fotoçeviriciləri” adlı layihə fizika üzrə 2-ci yerə layiq görülüb. 247 saylı məktəbin 9-cu sinif şagirdi Həvva Qəmbərova və “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdi Camal Axundovun təqdim etdikləri “Bitkilərin ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsində bioindikator rolu” adlı layihə isə ekologiya üzrə 2-ci yerin qalibi seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [18:36]
Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar
- 28.06.2024 [18:10]
ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş
- 28.06.2024 [17:51]
AMEA-nın əməkdaşı Çində elmi məruzə ilə çıxış edib
- 28.06.2024 [17:47]
“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır
- 28.06.2024 [17:13]