Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rauf Mirqədirovla bağlı cinayət işinin istintaqı zamanı yeni xüsusatlar üzə çıxıb

Bakı, 16 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Mirqədirov Rauf Həbibula oğlunun Ermənistan Respublikasının xüsusi xidmət orqanının əməkdaşlarına qəsdən kömək edərək casusluğu ilə dövlətə xəyanət etməsinə əsaslı şübhələr olduğundan o, 2014-cü il 19 aprel tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, 2014-cü il 21 aprel tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işinin icraatı zamanı yeni xüsusatlar üzə çıxdığından ictimaiyyətə daha geniş məlumat verilməsi qərara alınıb.

Baş Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyinin AZƏRTAC-a daxil olmuş birgə məlumatında bildirilir ki, hələlik adları açıqlanmayan Azərbaycan Respublikasının vətəndaşları Gürcüstanda olarkən özünü “Samvel” kimi təqdim edən şəxs tərəfindən onlara verilmiş iki diskdə ölkəmizin təhlükəsizliyinə və dövlət maraqlarına toxunan videoçəkilişləri aşkar etdiklərindən həmin diskləri sifarişli poçt bağlaması ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun ünvanına göndəriblər.

Üzərində montaj əlamətləri olmadığı müəyyən edilmiş həmin disklərə baxış keçirilərkən 2009-cu il fevralın 2-də Tbilisidə Rauf Mirqədirovun Laura Baqdasaryan və Araik Şirvanyan adlı şəxslərlə restoranda danışıqlar aparması və pul vəsaitini alaraq qəbz imzalaması məlum olub.

Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adı çəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi “Region” Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb.

Əməliyyat yolu ilə əldə edilmiş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən həmin mərkəz Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən Azərbaycan Respublikası vətəndaşlarını müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır. Əslində isə məqsəd kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək, maddi maraq zəminində ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasətdə baş verə biləcək dəyişikliklər barədə məlumatlar toplamaqdır.

“Region” Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistan Respublikasına səfərləri təşkil edilib, Azərbaycan Respublikasının bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib.

Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildə ”Fridrix Nauman Fondu”nun təşkilatçılığı ilə Türkiyədə Gürcüstanın və Ermənistanın nümayəndələrinin də iştirak etdikləri konfransda olan zaman Ermənistanın sabiq mili təhlükəsizlik naziri David Şahnazaryan onunla qapalı görüş keçirib. Həmin görüşdən sonra Rauf Mirqədirov öz internet yazışmalarında Laura Baqdasaryana Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın fikirləri ilə razılaşdığını bildirib, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplayaraq dövlət və hərbi sirri təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər əlavə olunmaqla ötürüb. O cümlədən R.Mirqədirov Azərbaycan hakimiyyətinin guya ABŞ-a İrana hazırlanan hərbi müdaxilədə öz ərazilərindən istifadə etməsinə icazə verməsi, ABŞ tərəfindən Bakıda gizli hərbi obyektlərinin tikiləcəyi, Zığ şosesinin betondan hazırlanmaqla yol tikintisinin gələcəkdə İrana hərbi zərbələr endirilməsi zamanı hərbi təyyarələrin uçuş-enmə zolağı kimi istifadə olunması məqsədilə maliyyələşdirilməsi, qeyd olunan ərazilərin və digər hərbi obyektlərin fotoşəkilləri və sxemləri ilə birgə məlumatları ötürüb.

Həmin məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ilə İran arasında mövcud münasibətlərə ziyan vurulması və düşmənçilik münasibətlərinin yaradılması üçün istifadə edilib.

Rauf Mirqədirov Laura Baqdasaryanın tapşırıqları əsasında 2008-2013-cü illərdə dəfələrlə Gürcüstanın “Sadaxlo” sərhəd-buraxılış məntəqəsini keçməklə Ermənistan Respublikasına səfərlər etmiş, orada Laura Baqdasaryan, David Şahnazaryan və erməni milliyyətindən olan digər şəxslərlə görüşlər keçirib.

Rauf Mirqədirovun nə işlədiyi qəzetin rəhbərliyinə, nə müvafiq dövlət orqanlarına, nə də ictimaiyyətə Ermənistana səfərləri və keçirdiyi görüşlər barədə heç bir məlumat verməməsi, həmin səfərlərin aviabiletlərinin Yerevanda fəaliyyət göstərən “Levon travel” şirkəti vasitəsilə alınması, səfərlər zamanı onun təhlükəsizliyinin Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təmin edilməsi, casusluq fəaliyyətinin ifşa edildiyini güman edərək 2010-cu ilin iyulun 29-da təcili olaraq Azərbaycanı birdəfəlik tərk etməklə Türkiyəyə getməsi, həmin ölkədə yaşaması və işləməsini təmin etmək məqsədilə əməkdaşı olduğu “Ayna-Zerkalo” qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditasiya olunması və 2014-cü il 19 aprel, yəni Türkiyədən deportasiya olunduğu tarixədək Azərbaycana qayıtmaması, hətta Türkiyənin müvafiq qurumları tərəfindən akkreditasiyası ləğv edildikdən sonra belə Azərbaycana qayıtmaq niyyətində olmaması və David Şahnazaryan ilə əlaqə saxlayaraq ailəsinin qayğısına qalınmasını xahiş etməsi əməkdaşlıq etdiyi erməni dairələrinə sığındığını ehtimal etməyə əsas verir.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bir şəxsi öldürməkdə, digərini öldürməyə cəhddə təqsirləndirilən Pakistan vətəndaşı barəsində cinayət işi məhkəməyə göndərilib

Tələbələrə vahid tələbə kartı veriləcək

Gürcüstan ilin ilk beş ayında Azərbaycandan 48 min ton avtomobil yanacağı idxal edib

Asim Xudiyev Konfrans Liqasının oyununa təyinat alıb

Növbəti köç karvanı Laçına çatıb

İyulda havanın temperaturunun bəzi yerlərdə iqlim normasından yüksək olacağı gözlənilir

Elşad İskəndərov: Mina qurbanlarının hüquqlarının bərpası üçün əməli addımlar atmağın zamanı çatıb

Çin elektriklə uçan təyyarəni sınaqdan keçirib

® ABB-dən “Bolt” sürücülərinə özəl “Visa” kartı!

Türkiyə FATF-ın “boz siyahı”sından çıxarılıb

Milli Məclisə növbədənkənar seçkilərin vaxtı açıqlandı - SƏRƏNCAM

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şəhid Əhliman Əsgərovun nəşinin qalıqları Şəmkirdə torpağa tapşırılıb

Avstriya tamaşaçılarının rəğbətini qazanan gənc pianoçu Ayan Məmmədlinin növbəti uğuru

Baş prokuror Lerikdə vətəndaşları qəbul edəcək

Xəzərin Azərbaycana mənsub sularında qaçaqmal aşkarlanaraq götürülüb

Azərbaycan millisinin baş məşqçisi klubundan ayrılıb

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır VİDEO

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etnokonfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında yeni film çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır