Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

REGİONLARIN 2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI DÖVLƏT PROQRAMININ İCRASININ BİRİNCİ İLİNİN YEKUNLARINA HƏSR EDİLƏN RESPUBLİKA KONFRANSINDA QARŞIYA QOYULAN VƏZİFƏLƏR BÖLGƏLƏRDƏ MÜZAKİRƏ OLUNUR

Yevlax, 3 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin 2010-cu il martın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr edilmiş respublika konfransında verdiyi tapşırığa əsasən iqtisadi rayonlar üzrə zona müşavirələri keçirilir.

Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin və İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə növbəti müşavirə Yevlaxda keçirilmişdir.

Müşavirədə Aran və Şəki-Zaqatala iqtisadi rayonlarına daxil olan 27 şəhər və rayon icra hakimiyyətinin başçıları, onların sosial-iqtisadi məsələlər üzrə müavinləri, yerli iş adamları iştirak etmişlər.

Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev müşavirəni açaraq qeyd etmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkə həyatının bütün sahələrini əhatə etməklə əhalinin rifahının yüksəlməsinə xidmət edir. Birinci Dövlət Proqramının icrası nəticəsində şəhər və rayonlarımızda müasir infrastrukturlar yaradılmışdır. Regionların siması dəyişmiş, əhalinin rifahı yaxşılaşmışdır. 2009-2013-cü illər üçün qəbul olunan ikinci Dövlət Proqramında da şəhər və rayonlarımızda geniş infrastruktur şəbəkəsinin yaradılması nəzərdə tutulmuşdur.

Z.Nağdəliyev demişdir ki, zona müşavirələrinin keçirilməsində məqsəd də bölgələrin inkişafına təkan verə biləcək konkret və əsaslandırılmış təklifləri üzə çıxarmaqdır.

Müşavirə ərəfəsində dövlətimizin başçısının respublika konfransındakı nitqlərindən irəli gələn vəzifələr şəhər və rayon icra hakimiyyəti başçıları yanında şuraların geniş yığıncaqlarında müzakirə olunmuş, 2308 təklif irəli sürülmüşdür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev zona müşavirəsində 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş respublika konfransında Prezident İlham Əliyevin nitqlərindən irəli gələn vəzifələri diqqətə çatdırmış, ötən bir ildə ölkəmizdə, o cümlədən Aran və Şəki-Zaqatala iqtisadi rayonları üzrə görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, son illər dünyada baş verən qlobal maliyyə böhranı nəticəsində bir çox ölkələrin iqtisadiyyatında geriləmələr baş versə də, ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində sosial-iqtisadi göstəricilər yüksəlmişdir. 2009-cu ildə ölkədə ümumi daxili məhsul istehsalı 9,3 faiz, onun adambaşına düşən həcmi 7,9 faiz, qeyri-neft sektoru 3,2 faiz, əhalinin gəlirləri 8 faiz artmışdır. Orta aylıq əməkhaqqı 298 manat təşkil etmiş, yoxsulluğun səviyyəsi 11 faizə enmişdir. Bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 milyard manat, o cümlədən regionlar üzrə 2,9 milyard manat investisiya yönəldilmişdir.

İkinci Dövlət Proqramının icrasına başlanmasından ötən dövrdə dövlətimizin başçısı regionlara 27 səfər etmiş, 150-dək müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Bu dövrdə 705 kilometr ümumi istifadədə olan yollar tikilmiş və təmir olunmuş, 10 yeni körpü inşa edilmişdir. 6137 kilometr kabel quraşdırılmış, 522 kilometr yeni elektrik xətləri çəkilmiş, 155 transformator quraşdırılmış, 4349 transformator təmir edilmiş, 4162 yarımstansiya tikilmiş və təmir olunmuş, 169 min elektrik sayğacı quraşdırıl­mış­dır. Ümumilikdə 28,7 kilometr istilik sistemi xətləri çəkilmiş və bərpa edilmiş, 32 qa­zanxana tikilmiş və təmir olunmuşdur. Regionlarda 186 kilometr müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmiş və təmir edilmiş, 54 yeni qaztənzimləyicisi quraşdırılmışdır. Səksən şəhər, qəsəbə və kənddə poçt şöbəsi binası tikilib istifadəyə verilmiş, regionlarda 74 yeni elektron ATS istismara verilmiş, 68 ATS yenidən qurulmuşdur. On iki rayonun 122 kəndində əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğuları quraşdırılmış, 18 rayonun 62 kəndində bu iş davam etdirilmiş, 39 min 810 metr uzunluğunda suvarma kanalları çəkilmiş və yenidən qurulmuş, 1492 hektar sahəni suvarmağa imkan verən 46 subartezian quyusu qazılmışdır. Altmış üç səhiyyə, 87 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuşdur. Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında 67 çoxmərtəbəli yaşayış binası, 287 fərdi ev inşa olunaraq əlil və şəhid ailələrinin istifadəsinə verilmiş, beləliklə də 2166 ailə mənzillə təmin olunmuşdur. Yeddi Olimpya İdman Kompleksi tikilib istifadəyə verimiş, 5314 yeni müəssisə yaradılmış, 54,5 mini daimi olmaqla 74 minə yaxın iş yeri açılmışdır.

Nazir 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər haqqında danışaraq bildirmişdir ki, Aran iqtisadi rayonu üzrə Dövlət İnvestisiya Proqramından maliyyələşdirilən iri infrastruktur və sosial sahələr üzrə layihələrin bir çoxunun icrasına başlanılmış, bəzilərinin həyata keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir. Belə ki, Ucar-Yevlax avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması davam edir. Muğanlı-Yevlax və Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yollarının bərpası, Ələt-Hacıqabul avtomobil yolunun təmiri, Biləsuvar şəhərinin əhatə yolunun tikintisi, Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin, Saatlı-Becər mənzilinin 98-ci kilometrliyində Araz çayı üzərində yerləşən metal körpünün, Göyçay və Ağdaş şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin, Əzizbəyov adına kollektorun yenidən qurulması, Neftçala magistral kanalının, nasos stansiyasının, Biləsuvar rayonunun sərhəd ərazilərində suyığıcı kollektorun, Kürdəmir rayonunda Axtaçı-Ərəbqubalı kanalının inşası davam etdirilir.

Əhalinin sosial müdafiəsi sahəsində də xeyli iş görülmüşdür. Mingəçevir şəhərində 36, Neftçala, Biləsuvar, Saatlı, Ucar və Şirvanda hər biri 16, Yevlaxda 36 mənzilli yaşayış binasının, Beyləqanda Əlillərin Sosial Müdafiə Mərkəzinin tikintisi başa çatdırılmışdır. Ağcabədi, Ağdaş, Sabirabad, Bərdə, Zərdab və Kürdəmir rayonlarında məktəb binaları tikilmiş, Saatlıda orta məktəb, Mingəçevirdə lisey binası təmir edilmişdir. Şirvan Mərkəzi Şəhər Xəstəxanasının, Bərdə doğum evinin təmiri və avadanlıqla təchiz olunması işləri, Mingəçevirdə “Kür” Olimpiya İdman-Təlim Mərkəzinin və şəhər stadionun yenidən qurulması davam etdirilir. Göyçay və Ağdaş rayonlarında olimpiya idman kompleksləri tikilmişdir. İmişli rayonunda Olimpiya İdman Kompleksi tikilir, Yevlax Uşaq-Gənclər İdman Mərkəzində bərpa-yenidənqurma işləri görülür, üzgüçülük hovuzu inşa olunur.

Şəki-Zaqatala iqtisadi rayonu üzrə görülən işlərdən danışan Ş.Mustafayev, Muğanlı-Yevlax və Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yollarının bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun, Şəki ərazisində Şin çayı, Küngütçay, Zaqatalada Talaçay çayları üzərində körpülər salınmasını, Oğuzda Qalaçay çayı üzərindəki körpünün bərpasını, Qaxda 16, Balakəndə 36 mənzilli yaşayış binalarının inşasını xatırlatmışdır. Qeyd edilmişdir ki, Oğuz, Qax, Balakən və Zaqatala rayonlarında məktəblər tikilmişdir. Hazırda Zaqatalada vərəm əleyhinə dispanser inşa edilir. Qaxda Mərkəzi Rayon Xəstəxanası təmir olunur, Balakən, Qəbələ və Qax rayonlarında olimpiya idman kompleksləri, Balakəndə Gənclər Evi tikilir.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2009-cu ildə və 2010-cu ilin ötən dövründə ayrılan vəsait hesabına maliyyələşdirilmiş investisiya layihələrindən danışan nazir demişdir ki, hesabat ilində Aran iqtisadi rayonu üzrə 860 sahibkarlıq subyektinə 51,9 milyon manat məbləğində güzəştli kredit verilmiş, nəticədə 4013 yeni iş yeri açılmışdır. Şəki-Zaqatala iqtisadi rayonu üzrə 226 sahibkarlıq subyektinə 7,3 milyon manat məbləğində güzəştli kredit verilməsi sayəsində 572 yeni iş yeri açılmışdır. İnvestisiyalar əsasən taxıl və soyuducu anbarların tikilməsinə, sənaye və kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin yaradılmasına yönəldilmişdir.

Əhalinin ərzaq təhlükəsizliyi Dövlət Proqramından bəhs edən Şahin Mustafayev bu sahədə də müsbət irəliləyişlərin olduğunu vurğulamış və qarşıdakı illərdə uğurların daha da artırılması üçün həyata keçiriləcək tədbirləri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.

İstehsal olunan məhsulların ixracında nəzərəçarpacaq dərəcədə irəliləyiş olduğunu deyən nazir bildirmişdir ki, 2004-2009-cu illər ərzində Azərbaycan Respublikasının ümumi ixracı 3,1 dəfə artaraq 14,7 milyard ABŞ dollarına çatmışdır. Neft və neft məhsulları ixracı 3,6 dəfə, qeyri-neft məhsulları ixracı 68,5 faiz artmışdır. 2004-2009-cu illərdə kənd təsərrüfatı və emal məhsullarının ixracı 1,8 dəfə yüksəlmişdir. Bu dövrdə meyvə ixracı 3,2 dəfə, bitki və heyvan mənşəli yağların ixracı 1,7 dəfə, tərəvəz ixracı 2,7 dəfə, kartof ixracı 3,7 dəfə, çay ixracı 44,6 faiz, meyvə və tərəvəz emalı məhsullarının ixracı 94 faiz, spirtli və spirtsiz içkilərin ixracı 16 dəfə, iri və xırdabuynuzlu heyvan dərilərinin ixracı 2 dəfə çoxalmışdır.

Regionlarda ixrac qabiliyyətli müəssisələrin sayı artmışdır. Aran iqtisadi rayonunda “Lalə-Tekstil” MMC-nin, Gilan Holdinqin “Gilan dəri” MMC-nin və “Şərqi co Ltd” MMC-nin, “Azər Yod” MMC-nin, “Hacı Camalxan” kəndli fermer təsərrüfatının konserv zavodunun, Azərsun Holdinqin “İmişli Şəkər İstehsalı Birliyi” MMC-nin, “Göyçay-Süd” ASC-nin, “Kür” Elektron Avadanlıqları İstehsalı MMC-nin, Şəki-Zaqatala rayonu üzrə “Qax Konserv” ASC-nin, “Aqro Azər İnvest” MMC-nin, “Balacan S” MMC-nin, "Şəki İpək" ASC-nın istehsal etdiyi məhsullar xarici ölkələrə ixrac edilir.

Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirmişdir ki, 2009-cu ildə ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 30 faiz artaraq 446,7 milyon manat təşlik etmişdir. Pul gəlirləri 2008-ci illə müqayisədə 32,1 faiz artmış, 252 layihə həyata keçirilmişdir. 2009-cu ildə uşaq xəstəxanası, teatr binası, şahmat məktəbi, elektron kitabxana, regional televiziya, əlillərin bərpa mərkəzi, şəhid və Qarabağ müharibəsi əlilləri üçün 36 mənzilli yaşayış binası, gənclər evi istifadəyə verilmişdir. Şəhərin girişində abidə kompleksi tikilmiş, dövlət bayrağı ucaldılmış, 8 nömrəli şəhər orta, uşaq-gənclər və idman məktəblərinin binaları tikilib istifadəyə verilmişdir. Hazırda Dövlət Proqramına uyğun olaraq 1 nömrəli şəhər orta məktəbinin, Cırdaxan və Xaldan kənd əsas məktəblərinin, uşaq-gənclər idman məktəbində üzgüçülük hovuzunun tikintisi aparılır.

İcra başçısı demişdir ki, Yevlaxda otel-bulvar kompleksinin, “Azərtoxum” MMC-nin, baytarlıq idarəsi binalarının, qala kompleksinin, açıq havada muzeyin, “Lalə-tekstil” fabriki ikinci növbəsinin, Laminat-parket zavodunun, ayaqqabı fabrikinin, biznes mərkəzinin, Mərkəzi Bankın ərazi idarəsi, Beynəlxalq Bankın filialı, miqrasiya xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Milli Təhlükəsizlik, Sənaye və Energetika nazirliklərinin, Aqrolizinqin, Könüllü Hərbi Vətənpərvərlik Cəmiyyətinin, “Azəriqaz”ın regional idarələri binalarının, 612 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin, ümumilikdə 23 böyük layihənin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev bildirmişdir ki, 2009-cu ildə rayonda müalicə-diaqnostika mərkəzi, avtovağzal kompleksi, ticarət mərkəzi, tarix-diyarşünaslıq muzeyi, Qaradırnaq kəndində 480, Kətəlparaq kəndində 640 şagird yerlik orta məktəb binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 24 mənzilli yaşayış binası, su-kanal və qaz-istismar idarələri üçün inzibati binalar, Xəsili kəndində həkim ambulatoriyası tikilərək istifadəyə verilmiş, mərkəzi kitabxanada yenidənqurma işləri aparılaraq elektron kitabxana yaradılmışdır. Keçən il 31,3 min ton tərəvəz, 20,6 min ton şəkər çuğunduru, 4,6 min ton kartof, 22,2 min ton bostan məhsulları, rayon tarixində ilk dəfə olaraq 95,2 min ton taxıl istehsal edilmişdir.

Müşavirədə Şəki şəhər, Biləsuvar, Saatlı, Zərdab rayon icra hakimiyyətlərinin başçıları Nazim İbrahimov, Adil Məmmədov, Siraqəddin Cabbarov və Lütvəli Babayev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin giriş və yekun nitqlərində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün görülən işlərdən danışmış, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı rəy və təkliflərini bildirmişlər.

Ağcabədi Rayon Sahibkarlar Şurasının sədri Mülhazil Balakişiyev, “İmişli Quşçuluq” MMC-nin təsisçisi Əlif Heydərov, Ağdaş rayonundakı “Orelay” firmasının rəhbəri Namiq Ədilov və Qəbələ rayonundakı “Qafqaz-Resort” otelinin marketinq meneceri Süleyman Məmmədov çıxış edərək ölkədə özəl sektorun inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş, maraqlı təkliflər irəli sürmüşlər. Bu təkliflər ümumiləşdirilərək Dövlət Proqramına daxil edilmək üçün hökumətə göndəriləcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik

NATO ilə Azərbaycan arasında güclü siyasi dialoq və əməkdaşlıq əlaqələri qurulub

Azərbaycan hər zaman ordu quruculuğunu inkişaf etdirəcək – ŞƏRH

ATƏT-in iclasında Qərbi azərbaycanlıların qayıdış hüququndan danışılıb VİDEO

Azərbaycan klubu rusiyalı qapıçını transfer edib

ETSN: Çaylarda suyun səviyyəsi izlənilir

Avro-2024: Türkiyə millisi bu gün Çexiya ilə qarşılaşacaq

Qarabağda ucalan azadlıq bayrağı müzəffər Ordumuzun şərəf əsəri kimi dəyərləndirilir ŞƏRH

Azərbaycanda küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək

Nazirlik: Əmək, məşğulluq və sosial müdafiə sahələrində e-xidmətlərin dairəsi genişləndirilir

DİN: Ötən gün 57 cinayətin üstü açılıb

Leysan nəticəsində Qax və Qəbələ rayonları ərazisindən axan çaylardan sel keçib

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Azərbaycan idmançıları VIII "Asiya Uşaqları" Oyunlarında ilk medalı qazanıb

Güclü küləklə müşayiət olunan leysan yağışları Qəbələdə fəsadlar törədib

Azərbaycan Ordusu 106 yaşında: Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırığını icra etməyə qadirdir

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Ruslan Stefançuk: Ukraynanın NATO Sammitindən real gözləntiləri var

Silahlı Qüvvələr Günü təkcə hərbçilərin deyil, bütün xalqımızın bayramıdır - ŞƏRH

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

Culian Assanc azadlığa buraxılıb VİDEO

Araşdırma: Qəzəbli insanlar çətinliklərin öhdəsindən daha yaxşı gəlirlər

ABŞ-ın keçmiş vitse-prezidenti: Culian Assanc mühakimə olunmalı idi

Aralıq dənizində 7 min illik yol tapıldı

Ərdoğan: Türkiyəyə zərər vurmaq məqsədi daşıyan istənilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq

Keniya Prezidenti: Etirazçılarla dialoq konstitusiya mexanizmlərinə əsaslanmalıdır

Diş çıxaran dərmanın nə vaxt buraxılacağı açıqlanıb

Rusiya əsirliyindən azad edilənlər arasında “Azovstal”ın 52 müdafiəçisi var

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub

Culian Assancın təyyarəsi Sakit okeanda yerləşən Saypan adasına eniş edib

Şərur rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib

Avro-2024: Daha iki yığma 1/8 finala vəsiqə qazanıb

Prezident İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edib

Yaponiya İmperatoru və xanımı üçün Bukinqem sarayında rəsmi ziyafət verilib

Naxçıvanın dağ kəndlərinin avtomobil yollarında yaranan məhdudiyyət aradan qaldırılır

Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə əsirləri dəyişdiriblər

Keniyada etirazlar nəticəsində 10 nəfər ölüb

Naxçıvan Dövlət Universitetində məzun günü keçirilib

Müdafiə naziri: Azərbaycan müstəqilliyini bərpa edəndən ikili standartlarla qarşılaşırıq

Avro-2024: Daha 3 ölkənin yığması 1/8 finala vəsiqə qazanıb

Müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günü ərəfəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək

“Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda tədbir keçirilib

Azərbaycan güləşçiləri Avropa çempionatına 4 medalla başlayıblar

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

İcma sədri: Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli irəliləyişə mane olur

SOCAR ilə VNG şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib

Bakıda Moskva Quberniya Teatrının artistlərinin ustad dərsi: Mədəniyyətlərarası qarşılıqlı əlaqə hər zaman sərvətdir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

N.S.Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Əziz Ələkbərli: Qərbi Azərbaycan İcması səsini beynəlxalq müstəviyə çıxara bilib

Avropa çempionatı: Azərbaycanın dörd güləşçisi finala yüksəlib

Naxçıvanın dağ kəndlərində güclü yağış və sel fəsadlar törədib VİDEO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 20 nəfərin şəxsiyyəti müəyyən olunub

Nazir Ceyhun Bayramov İqor Xovayev ilə regionda mövcud vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan nəqliyyat sektorunda ESG prinsiplərinin həyata keçirilməsi beynəlxalq standartlara uyğunluğu artırır

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində yaşıl hidrogenin ixrac imkanları araşdırılır

BMU və AQTİ arasında anlaşma memorandumu imzalanıb

“Azərkosmos” Çexiya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

® “Kapital Bank”ın dollar istiqrazlarının abunə yazılışı ilə yerləşdirilməsi yekunlaşıb

® 700-dən çox gənc doğru yolu seçdi!

Kənd təsərrüfatı nazirinin müavini Gədəbəydə vətəndaşların ərizə və şikayətlərinə baxıb

Sabirabad Sənaye Məhəlləsində yeni rezident qeydiyyata alınıb

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilib

YAP Sədrinin müavini ilə Braziliyanın Əmək Partiyasının Beynəlxalq əlaqələr üzrə katibi arasında görüş olub

Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 54 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin Nizamnaməsi”ndə.dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 13 noyabr tarixli 259 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli 58 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qapalı paylayıcı şəbəkələrin fəaliyyət Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səbinə Əliyeva Mərakeşdə İƏT Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin 11-ci iclasında çıxış edib

Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib

Beynəlxalq tədbirdə Azərbaycanda gender fərqlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışılıb

Rusiya Dövlət Arxivindən Naxçıvanla bağlı 300-dən artıq arxiv sənədi əldə olunub

Türkiyə və Ermənistanın xarici işlər nazirləri regional prosesləri müzakirə ediblər

Göyçayda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi: Küləkli hava ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırırıq